"Heç kəs imtiyazlardan suiistifadə etməməlidir"
Digərləri 06 May 2023 19:24:00 248 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş müharibə veteranı Namiq Babayev xidməti vəzifəsini yerinə yetirərkən qəbula gəlmiş vətəndaş Rəvan Nəbizadə tərəfindən fiziki və mənəvi hücuma məruz qalmışdır.
Bu xəbəri də oxu: Bir çox ölkələr çörək əvəzinə bunu yeyirlər
Nazirlikdən Son.az-a verilən məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın Bəyanatında bildirilib.
"Belə ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı ilə bağlı probleminin müşahidə edilmədiyi və əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib.
Dövlət qurumunun fəaliyyətinə mane olmağa çalıṣan, Komissiya əməkdaşlarına qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə, eyni zamanda, vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşmiş, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı, Qarabağ qazisi Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman isə ona qəfil hücum çəkmiş, Dövlət qurumunun əməkdaşına yumruq zərbələri vuraraq, ona ağır bədən xəsarəti yetirmişdir.
Nəticədə Komissiyanın əməkdaşı, müharibə veteranı Namiq Babayevin çənə sümüyü 2 yerdən sınmış, dişləri qırılmış və o tibb müəssisəsinə müalicəyə, aĝır əməliyyata göndərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura olaraq bildiririk ki, son illər ərzində ölkədə sosial müdafiə sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, bu istiqamətdə, o cümlədən, əlillik təyinatı ilə bağlı əldə olunan şəffaflıq göstəriciləri təqdirəlayiqdir!
Bununla yanaşı, xüsusilə vurğulayırıq ki, müharibə iştirakçılarının sosial müdafiəsi məsələləri Dövlət Başçısının və bu sahəyə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin danılmaz prioritetlərindəndir!
"Qarabağdakı separatçılar çıxılmaz durumdadırlar. Ona görə də on
Astroloqlar bu həftənin sonuna, mayın 7-nə qədər çoxdan gözlənilən də
Xəbər veridiyimiz kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Age
Orta və yaşlı nəsilin arada dövrümüzdən gileylərini eşidirik. Deyirlə
Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Pr
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Res
Pandemiyanın bütün sektorlara vurduğu zərbə bir çox markanın bazardan s
Türkiyənin ustad aktrisası Nebahat Çehrenin son paylaşımı diqqət çəkib
Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var.
Bakıya gələn Türkiyənin məşhur müğənnisi Edis barəsində həbs qərar
May ayının 8-i və 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti ye
Artıq yaz gəlib. Bu mövsümdə qarderobumuzda dəyişdirdiyimiz əşyalardan
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, X�
Rusiyalı məşhu repçi Timatinin sevgilisi, model Valentina İvanovna paltars�