Vətən müharibəsi qazisini döyən Rəvan Nəbizadə belə saxlanıldı


Digərləri 06 May 2023 18:33:00 208 0

Vətən müharibəsi qazisini döyən Rəvan Nəbizadə belə saxlanıldı

Xəbər veridiyimiz kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.

Bu barədə Son.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib.

Onun sözlərinə görə, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı sağlamlığı qaydasında olmasına baxmayaraq əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib: "Burada səs-küy salaraq iş ahəngini pozan, əməkdaşlara qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə eyni zamanda vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşib".

"Agentliyin qazi əməkdaşı, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq ağır bədən xəsarəti yetirib. Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü iki yerdən sınaraq dişləri qırılıb. O, hazırda tibb müəssisəsində müalicə olunur və əməliyyat olunması üçün hazırlıq görülür", - deyə T.Qurbanov bildirib.

Sözçü vurğulayıb ki, vətəndaş Rəvan Nəbizadənin qanunazidd əməllərinin qiymətləndirilməsi üçün hüquq mühafizə orqanına müraciət edilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Son.az-a bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. R. Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar davam etdirilir.

İnstaqramla ayaqlaşan yaşlı nəsil like
  • 06 May 18:31  
Şou-biznes İnstaqramla ayaqlaşan yaşlı nəsil

Orta və yaşlı nəsilin arada dövrümüzdən gileylərini eşidirik. Deyirlə

arrow Ətraflı
Bir qrup incəsənət xadiminə Prezident mükafatları verilib  SƏRƏNCAM like
  • 06 May 18:23  
Siyasət Bir qrup incəsənət xadiminə Prezident mükafatları verilib SƏRƏNCAM

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Pr

arrow Ətraflı
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü verilib  SƏRƏNCAM like
  • 06 May 18:22  
Siyasət Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü verilib SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Res

arrow Ətraflı
Moda sektoruna 2023 DAMĞASI like
  • 06 May 18:20  
Digərləri Moda sektoruna 2023 DAMĞASI

Pandemiyanın bütün sektorlara vurduğu zərbə bir çox markanın bazardan s

arrow Ətraflı
79 yaşlı Nebahat Çehre... like
  • 06 May 17:51  
Şou-biznes 79 yaşlı Nebahat Çehre...

Türkiyənin ustad aktrisası Nebahat Çehrenin son paylaşımı diqqət çəkib

arrow Ətraflı
Hər gün fındıq yeyənlərin ürəyi sağlam olur like
  • 06 May 17:40  
Digərləri Hər gün fındıq yeyənlərin ürəyi sağlam olur

Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var.

arrow Ətraflı
“Gülşen haqqında qərar yanlışdır” like
  • 06 May 17:31  
Şou-biznes “Gülşen haqqında qərar yanlışdır”

Bakıya gələn Türkiyənin məşhur müğənnisi Edis barəsində həbs qərar

arrow Ətraflı
Bu tarixdən hava şəraiti KƏSKİN PİSLƏŞİR: like
  • 06 May 17:24  
Digərləri Bu tarixdən hava şəraiti KƏSKİN PİSLƏŞİR:

May ayının 8-i və 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti ye

arrow Ətraflı
Trend ayaqqabı modelləri like
  • 06 May 17:20  
Digərləri Trend ayaqqabı modelləri

Artıq yaz gəlib. Bu mövsümdə qarderobumuzda dəyişdirdiyimiz əşyalardan

arrow Ətraflı
Vətən müharibəsi qazisinə hücum olub, like
  • 06 May 17:14  
Digərləri Vətən müharibəsi qazisinə hücum olub,

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, X�

arrow Ətraflı
Məşhur repçinin sevgilsi çılpaq like
  • 06 May 17:11  
Şou-biznes Məşhur repçinin sevgilsi çılpaq

Rusiyalı məşhu repçi Timatinin sevgilisi, model Valentina İvanovna paltars�

arrow Ətraflı
Məşhur aktrisa film təqdimatına qısa şortda getdi like
  • 06 May 16:51  
Şou-biznes Məşhur aktrisa film təqdimatına qısa şortda getdi

Amerikalı aktrisa Natali Portman qısa şortda çıxıb.

arrow Ətraflı
Hər gün 1 portağal yeməyin faydaları like
  • 06 May 16:40  
Digərləri Hər gün 1 portağal yeməyin faydaları

Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nə

arrow Ətraflı
Hollivud ulduzu ərini qısqanmasından danışdı, hər kəs qəhqəhə çəkdi like
  • 06 May 16:31  
Şou-biznes Hollivud ulduzu ərini qısqanmasından danışdı, hər kəs qəhqəhə çəkdi

Son.az bildirir ki, Lent.az-a "Ömrün bir anı" rubrikasında tanınm

arrow Ətraflı
Bu ilin trend saç kəsimi: “Curve cut” like
  • 06 May 16:20  
Digərləri Bu ilin trend saç kəsimi: “Curve cut”

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsin

arrow Ətraflı