Bu həkimlər xəstələrin başına min oyun açıb, QATİLƏ ÇEVRİLİBLƏR


Digərləri 06 May 2023 01:38:00 195 0

Bu həkimlər xəstələrin başına min oyun açıb, QATİLƏ ÇEVRİLİBLƏR

Son aylarda dünyada COVİD-19 koronavirusuna qarşı mübarizə məqsədilə tətbiq edilmiş karantin çərçivəsində fəaliyyət göstərən tibb işçilərinin dəqiq iş qrafiki yoxdur.

Həkimlər və tibb bacılarının iş günü ən yaxşı halda 10 saat, əksər hallarda isə 16-18 saat davam edir.

Bəzi həkimlər günlərlə ailə üzvlərini görmürlər.

Bununla bağlı məhdudiyyət və ya yasaq yoxdur. Həkimlərin özləri karantin müəssisəni tərk etmək istəmirlər.

Yardım üçün, həyatları xilas etmək üçün.

Həyat ən dəyərli məhfumdur. İndi o dəyəri qoruyanlar da həkimlərimizdir.

İnsanlar daim həkimlərə ən qiymətli olanı etibar ediblər - öz həyatlarını və sağlamlıqlarını.

Amma tarixdə elə hadisələr olub ki, şəfa verənlər açıq-aşkar cinayətkarlara çevrilib.

Son.az tarixin ən amansız və ağılsız həkimlərinin bir neçəsini qısa icmalla oxuculara təqdim edir.

Henri Kotton

Amerikalı həkim-psixiatr Henri Kotton XX əsrin başlanğıcında dəfələrlə ağır xəstələri müşahidə edirdi. Yüksək təzyiqi olan pasiyentlər sayıqlayır, onlarda hallüsinasiyalar olurdu. Bu zaman həkim Henri öz əcaib məntiqlini irəli sürdü: o belə qənaətə gəldi ki, psixi xəstəliklərin səbəbi müxtəlif orqanlarda infeksiyaların olması ilə əlaqədardır.

Həkim Henri öz xəstələrinin müalicəsini onların dişlərinin çıxarılması ilə başladı. Məhz dişlərdə, onun düşüncəsinə görə, adətən naxoşluğun səbəbi "gizlənir". Nəticə əldə olunmayanda, cərrah yumurtalıqları, öd kisəsini, dalağı və s. orqanları tədqiq etməyə başlayır. Əgər bu orqanlardan hansısa normadan sapmış olardılarsa, dərhal kəsilirdi. Henri Kotton öz metodunun məhsuldarlığına əmin idi. Onun sözlərinə görə, xəstələrin 85 %-i sağalırdı.

Amma həqiqət onun tərəfində deyildi: belə "müalicədən" sonra əksər pasiyentlər ölürdülər. 1907-1930-cu illərdə, həkim Henrinin əməliyyat etdiyi pasiyentlərin yarısından çoxu dünyanı tərk edir.

Siro İsii

Yapon ordusu tərəfindən işğal edilmiş Çinin Xarbin şəhərinin ətraflarında, 1932-ci ildə məxfi kompleks açıldı. Kompleks "Dəstə 731" adlanırdı və orada dəhşətli hadisələr baş verirdi. Tədqiqat mərkəzinin əsas məqsədi kimyəvi silahın hazırlaması idi. Bunun üzərində alim-mikrobioloq Siro İsiinin başçılığı altında 3000 insandan ibarət kollektiv işləyirdi.

Bununla yanaşı "Dəstə 731"in həkim-alimləri həm də canlı insanların üzərində bir çox qeyri-insani təcrübə keçirirdilər. Eksperimentatorlar hər hansı, hətta ən qorxunc tibbi suala belə cavab tapmağa çalışırdılar. Bu amansız yollarla yaponlar bildilər ki, insan neçə dərəcəli soyuq şəraitdə yaşaya bilər, hansı yüksək temperatura tab gətirə bilər və s. Bütün bu təcrübələr insan ölümləri ilə əldə olunurdu. Eyni zamanda insanları ölümcül xəstəliklərə yoluxduraraq, onların müalicəsinin mümkün olub-olmadığını əyani surətdə tapmağa çalışırdılar.

İkinci dünya müharibəsi qurtardıqdan sonra "Dəstə 731"in əməkdaşlarının bir çoxu Yaponiyada və başqa ölkələrdə cəzasız qaldılar. Bütün qeyri-insani tədqiqatlara nəzarət etmiş Siro İsii isə ABŞ-a köçərək, bakterioloji silahın hazırlanması istiqamətində orada işini davam etdirməyə başladı.

Yozef Menqele

İkinci dünya müharibəsi illərində nasist Almaniyasında dəhşətli əməlləri ilə məşhur daha bir həkim fəlaliyyət göstərirdi. Osventsim - həbs düşərgəsində Yozef Menqele həkimi hamı tanıyırdı. Bu zahirən ürəyiyumşaq və güləyən insan öz pasiyentlərini ya ölümə göndərir, ya da uzun müddətli əzablara məhkum edirdi.

Onun rəhbərliyi altında insaniyyətdən uzaq ən müxtəlif təcrübələr aparılırdı. Əsirləri axtalayır, ölüm həddinə qədər soyuqda saxlayır, anesteziyasız əməliyyat edir, onlara yad - fərqli rezuslu qan köçürürdülər. "Ölüm mələyi" ləqəbli həkim əkizləri çox sevir və onların üzərində ən amansız təcrübələr keçirirdi. Təcrübələr zamanı 3000 uşaq-əkizdən cəmi 200-ü sağ qalır.

Stabbins Firf

Amerikalı Stabbins Firf hələ yeni-yeni həkimlik oxuyurdu ki, 1793-cü ildə Filadelfiyada "sarı titrətmə" epidemiyası yayıldı. Xəstəlik 5000 insanın həyatına son qoyur və Firf onun yaranmasının səbəblərini öyrənməyə qərar verir. O, fərziyyə irəli sürür ki, bu naxoşluq insandan-insana ötürülmür və o, bu fikrində o qədər əmin idi ki, öz üzərində bir sıra təcrübələr keçirməkdən də çəkinmədi. Xəstələrdən ifrazlar alaraq, öz yaralarına sürtürdü. Doktor Firf bu mayeləri həm də içirdi. O, sağ qalaraq uzun müddət öz kolleqalarını çaşdıra bilmişdi. Yalnız yarım əsr sonra məlum oldu ki, heç də belə deyilmiş, "sarı titrətmə" mığmığalar tərəfindən insandan-insana ötürülür.

Endrü Yur

Şotlandiyalı Endrü Yur kimyaçı, geoloq, iqtisadçı kimi tarixdə qalıb. Amma Endrü daha çox 1818-ci ildə, qatil və oğru Metyu Klaydsdeylin bədənində keçirilmiş qeyri-adi sınaqla məşhurlaşıb.

Meri Şellinin məşhur kitabındakı doktor Frankenşteyn kimi, Yur da ölünü diriltməyə qərar verir. Ölünün boynuna və ayağına elektrodlar bərkidərək, cərəyan buraxır. Elektrikin təsiri altında ayaqlar hərəkət edir, diafraqma azalırdı. Cərəyanı cəsədin kəllə hissəsinə verəndə isə, gözlər bərəldi, üz tamamilə əyildi. Təbii ki, ölü dirilmədi və tamaşaçılar dəhşət içərisində idilər.

Zaur Həsənəliyev Son.az

"Gördüm ki, heç bir hisshəyəcanı yoxdur" like
  • 06 May 01:20  
Digərləri "Gördüm ki, heç bir hisshəyəcanı yoxdur"

7 yaşlı Fərid Bakarovun ölümündə günahlandırılan sambo məşqçisi Meh

arrow Ətraflı
"Ərim olsaydı müğənni ola bilməyəcəkdim" like
  • 06 May 01:00  
Şou-biznes "Ərim olsaydı müğənni ola bilməyəcəkdim"

Efirə ilk addımlarını atan gənc ifaçı Ajlan "Həmin Zaur"da qon

arrow Ətraflı
Arvadları min oyundan çıxan DÖVLƏT RƏHBƏRİ like
  • 06 May 00:31  
Digərləri Arvadları min oyundan çıxan DÖVLƏT RƏHBƏRİ

13 oktyabr 54-cü ildə imperiyanın sərhədlərini Şimali Afrikaya qədər ge

arrow Ətraflı
Məhsul qutusunu təpikləyən polis like
  • 06 May 00:20  
Digərləri Məhsul qutusunu təpikləyən polis

Sosial şəbəkələrdə Yasamal rayonu ərazisində piyadalar üçün nəzərd�

arrow Ətraflı
Günün qoroskopu: Yeni, hətta ən çətin işlərə başlaya bilərsiniz like
  • 06 May 00:01  
Digərləri Günün qoroskopu: Yeni, hətta ən çətin işlərə başlaya bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Siyavuş Aslanın oğlunun ÖLÜM SƏBƏBİ açıqlandı like
  • 05 May 23:58  
Digərləri Siyavuş Aslanın oğlunun ÖLÜM SƏBƏBİ açıqlandı

Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən

arrow Ətraflı
Burun tutulmasından yaxa qurtarmağın metodları like
  • 05 May 23:55  
Digərləri Burun tutulmasından yaxa qurtarmağın metodları

Qrip, soyuqdəymə, indi isə koronavirus kimi mövsümi xəstəliklər qıcıql

arrow Ətraflı
Dumanın konsertində bədbəxt hadisə like
  • 05 May 23:49  
Şou-biznes Dumanın konsertində bədbəxt hadisə

"Duman" qrupunun İzmirdə baş tutan konserti zamanı bədbəxt hadis

arrow Ətraflı
İranda ruhaninin meyiti Xəzər dənizində tapılıb like
  • 05 May 23:44  
Dünya İranda ruhaninin meyiti Xəzər dənizində tapılıb

İranın Mazandaran vilayətində Xəzər dənizi sahilində ayətullah Fazil Ə

arrow Ətraflı
Paşinyanın təyyarəsini də buraxmırıq like
  • 05 May 23:38  
Siyasət Paşinyanın təyyarəsini də buraxmırıq

Türkiyə öz hava məkanını üçüncü ölkələrin VİP şəxslərinin, o c�

arrow Ətraflı
Uşaqlarda şiddətli allergik reaksiyalar anafilaktik şok şəklində təzahür edir like
  • 05 May 23:34  
Digərləri Uşaqlarda şiddətli allergik reaksiyalar anafilaktik şok şəklində təzahür edir

Uşaqlarda şiddətli allergik reaksiyalar anafilaktik şok şəklində təzahü

arrow Ətraflı
"Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır" like
  • 05 May 23:28  
Siyasət "Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır"

Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana q

arrow Ətraflı
Qida dözümsüzlüyü və qida allergiyasının fərqi like
  • 05 May 23:24  
Digərləri Qida dözümsüzlüyü və qida allergiyasının fərqi

Qida allergiyası və qida dözümsüzlüyü bir-birinə klinik olaraq bənzəs�

arrow Ətraflı
“Nemezis” abidəsi yanlış qərar idi like
  • 05 May 23:19  
Dünya “Nemezis” abidəsi yanlış qərar idi

"Nemezis" abidəsi məsələsində yanlış qərar verilib və bu qər

arrow Ətraflı
Spiker Sahibə Qafarova Londonda Birləşmiş Krallığın dövlət naziri ilə görüşüb like
  • 05 May 23:14  
Siyasət Spiker Sahibə Qafarova Londonda Birləşmiş Krallığın dövlət naziri ilə görüşüb

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britani

arrow Ətraflı