Spiker Sahibə Qafarova Londonda Birləşmiş Krallığın dövlət naziri ilə görüşüb
Siyasət 05 May 2023 23:14:00 238 0
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdədir.
Bu xəbəri də oxu: Prezident: Bosniya və Herseqovina ilə dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a bildirilib ki, mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
Dövlət naziri Leo Dokerti spiker Sahibə Qafarovanı salamlayaraq, tacqoyma mərasimində iştiraka görə təşəkkürünü bildirib. O, Birləşmiş Krallıqla Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təchizahçısı kimi rolunun günbəgün artdığını, onun mühüm ticarət və enerji tərəfdaşı olduğunu qeyd edib. Dövlət naziri Azərbaycanın regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırıb və cari ilin fevral ayında Bakıya səfərini məmnunluqla xatırlayıb. Nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan Milli Məclisinin fəaliyyəti ilə maraqlanıb.
Spiker Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker, Azərbaycan və Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərdən söz açaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dinamik inkişafını qeyd edib.
Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, parlamentlərimiz arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin razılıq doğurduğunu qeyd edib. Milli Məclisin sədri ötən ilin iyul ayında Londona səfərini və səfər çərçivəsində parlament rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Spiker Sahibə Qafarova görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.
"Əhməd" xüsusi təyinatlıları Baxmutda "Vaqner" döyü�
Kolbasa boş yerə zərərli məhsul hesab edilmir, çünki tərkibində çoxlu
Bəzi insanlar pozitiv, nəzakətli və yüksək əhval-ruhiyyəsi ilə seçilir
Slovakiyanın xarici işlər və Avropa işləri naziri vəzifəsini icra edən
Bütün xəstəliklər kimi allergiyanın da müalicəsi mövcuddur. Allergiyan�
Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.
Çexiya Prezidenti Petr Pavel Ukrayna Prezidenti Volodimir Zelenskiyə "CZ
Bir neçə saat qabaq Rusiya HHQ-nin strateji aviasiyasından 4 ədəd Tu-22M3 U
Allergiyanın əlamətləri lokalizasiya yerindən asılı olaraq dəyişir. Bel
Ermənistanın dedikləri və etdikləri arasında çox uyğunsuzluq var.
Ermənistanda hərbi tribunalın yaradılması məsələsinə baxılır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlə
Alimlər təzyiq ölçənlərin sağlamlıq üçün təhlükəli olduğunu açı
Azərbaycanın Ermənistandan tələb etdyi kəndlər məsələsi delimitasiya �
Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə sə