Heydər Əliyev beynəlxalq lider kimi özünü sübut edib
Siyasət 05 May 2023 16:58:00 260 0
Heydər Əliyev beynəlxalq lider kimi özünü sübut edib.
Bu xəbəri də oxu: Milli Məclis Ermənistana təzyiq etməyə çağırdı
Son.az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən "Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Heydər Əliyevin enerji strategiyası" adlı paneldə ABŞ-ın Avrasiya enerji diplomatiyası üzrə keçmiş koordinatoru, sabiq səfir Stiven R.Mən deyib
O qeyd edib ki, ABŞ-ın Avrasiya enerji diplomatiyası üzrə keçmiş koordinatoru təyin ediləndən sonra Azərbaycanın neft və qaz məsələləri ilə daha yaxından tanış olmağa başlayıb.
"Azərbaycan Gürcüstan və Türkiyə ilə birlikdə yeni ixrac marşrutu üzərində işləməyə başladı. Bakı-Tbilisi-Ceyhan neft kəməri ABŞ diplomatiyasının da uğurudur. İstənilən kəməri kağız üzərində qura bilərsiniz. Ancaq banklar əmin olmalıdırlar ki, o kəmərin tikintisini maliyyələşdirsinlər. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Cənubi Qafqaz qaz kəmərinin gerçəkləşdiyini gördük. Bunların hamısı Heydər Əliyev dövrünə qayıtmağı zəruri edir. Xarici investorların bir araya gəlməsi üçün lazımi mühit önəmlidir", - deyə o, əlavə edib.
Stiven R.Mən qeyd edib ki, "Əsrin müqaviləsi" ən xoş sözlərə layiqdir.
"Xəzəri bir çox investorlar tanımırdılar. Bu baxımdan qərarların çevikliyi, qətiyyətiylə bağlı Heydər Əliyevi təqdir etməliyəm. Heydər Əliyevin geosiyasi savadı, intellekti, müxtəlif ölkələrdən investorların seçilməsi təqdirəlayiqdir. BP şirkəti Cənubi Qafqazdakı kəmərlərlə bağlı kommersiya gücü idi. Neft və qaz kəmərlərinin özünü doğrultması üçün hasilat gücü olmalıdır və "Əsrin müqaviləsi" bunu təmin etdi. Digər tərəfdən, İlham Əliyevin rəhbərlik etdiyi SOCAR komandası ilə işləmək çox xoş idi".
Son.az
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB
Tikinti məsələsi son zamanların aktual problemi kimi qalmaqda davam edir.
Son vaxtlar ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problem
Son sutkada Rusiyanın İran istehsallı 18 PUA-sı vurulub.
Bir vaxtlar terrorçu yuvası olan Qabar dağı bundan sonra nefti ilə tanınac
Ölkə rəhbəri İlham Əliyevin Ağdam şəhərinə səfəri zamanı təməlqo
10 may tarixində Azərbaycan Qarabağda növbəti qələbəsini elan edə bilə
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölm�
Türkiyənin Balıkesir vilayətində ağır yol qəzası baş verib.
Türkiyə himninin Ermənistanda səslənməsi mənim üçün qürur mənbəyi i
"Qurtuluş 93" Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgər
Başqa kəndlərdə sahələr susuzluqdan yanır. Bu kənddə isə su var, amma
"Yeni Klinika" Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abba
Dağlar qoynunda yerləşın Laçın şəhəri 30 ilə yaxın düşmən əsarət