Necə edək ki, ölüm kağızını problemsiz alaq?
Digərləri 05 May 2023 16:47:00 240 0
Son vaxtlar ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problemlərlə üzləşənlərin sayı artıb. Yaxınını itirənlər həmin vəziyyətdə bir də bu kağızı almaqda çətinliklərlə üzləşirlər.
Bu xəbəri də oxu: Rusiyada azərbaycanlı zabitin meyiti tapıldı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələyə Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Elnur Hidayətoğlu münasibət bildirib.
O, ölüm kağızının alınması ilə bağlı həm sosial şəbəbəkələrdən, həm də zənglərlə çoxsaylı suallar aldığını bildirib: "Vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə üzvünə təqdim olunur. Əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə "xəbərdarlıq vərəqəsi" doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Həmin "xəbərdarlıq vərəqəsi" vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir".
Elnur Hidayətoğlu əlavə olaraq qeyd edib ki, ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir.
Son sutkada Rusiyanın İran istehsallı 18 PUA-sı vurulub.
Bir vaxtlar terrorçu yuvası olan Qabar dağı bundan sonra nefti ilə tanınac
Ölkə rəhbəri İlham Əliyevin Ağdam şəhərinə səfəri zamanı təməlqo
10 may tarixində Azərbaycan Qarabağda növbəti qələbəsini elan edə bilə
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölm�
Türkiyənin Balıkesir vilayətində ağır yol qəzası baş verib.
Türkiyə himninin Ermənistanda səslənməsi mənim üçün qürur mənbəyi i
"Qurtuluş 93" Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgər
Başqa kəndlərdə sahələr susuzluqdan yanır. Bu kənddə isə su var, amma
"Yeni Klinika" Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abba
Dağlar qoynunda yerləşın Laçın şəhəri 30 ilə yaxın düşmən əsarət
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı əraz
Əməkar artist Rafael İsgəndərov paylaşımı ilə diqqət çəkib.
Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm marşrut avtobuslarının m