Azərbaycan Avropaya enerji resurslarının tədarükünü təmin edə bilən iki ölkədən biridir
Siyasət 04 May 2023 11:12:00 274 0
Azərbaycan Avropaya enerji resurslarının tədarükünü təmin edə bilən iki ölkədən biridir.
Bu xəbəri də oxu: Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi
Bunu Trend-ə 2-4 may tarixlərində Bakıda və Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda iştirak edən Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Robert M.Katler deyib.
"Dünyada Avropaya neft və qaz tədarükü üçün ciddi perspektivlərə malik iki ölkə var: Norveç və Azərbaycan", - Katler deyib.
Onun sözlərinə görə, Azərbaycan şelfdə Avropanın ehtiyacı olan mühüm enerji resurslarına malikdir, lakin Avropa İttifaqının əsasən Şimal axını ilə Rusiyadan qaz satınalmasına yönələn enerji siyasəti ucbatından bu potensial tam reallaşdırılmayıb.
Ekspert həmçinin Cənub Qaz Dəhlizinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu dəhliz postsovet dövründə beynəlxalq enerji əməkdaşlığının ən mühüm nailiyyətlərindən biridir.
"Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib, ilk addım Trans-Anadolu Qaz Kəmərinin (TANAP) tikintisi olub. TANAP da öz növbəsində bütün Cənub Qaz Dəhlizinin formalaşması üçün, o cümlədən Trans-Adriatik Boru Kəməri (TAP) və boru kəmərinin əvvəlcə Bakı-Tbilisi-Ərzurum adlandırılan, indi isə Cənubi Qafqaz Boru Kəməri (CQBK) kimi tanınan genişlənməsi üçün stimul olaraq çıxış edib", - Katler deyib.
Qeyd edək ki, 2-4 may tarixlərində Bakıda və Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda 30-dan çox ölkədən 60-dək nümayəndə iştirak edir.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda əməliyyat keçirib.
Almaniyanın Hamburq şəhər limanında hərbçilər və polis azərbaycanlı o
ABŞ Diplomatik Xidmət İnstitutunda Azərbaycan və Ermənistanın xarici işl
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobillərdən atmos
2023-ci ilin mart ayında Türkiyədə Pakistan kapitalı ilə 36 şirkət qeydi
Müğənni Mehin Hümbətova açıq geyimləri tənqid edənlərə cavab verib.�
TikTok sosial şəbəkəsində "Xaqocan" ləqəbi ilə tanınan Xə
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan
"Hraparak" qəzeti Vaşinqtonda keçirilən Bayramov-Mirzoyan danış�
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin
Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlıq olmayacaq.
Ötən gecə Kiyevə ilin əvvəlindən bəri ən intensiv zərbələr endirilib
"Həmrəylik halqası" təşəbbüsünün ümumi təxmin edilən inves
Mingəçevirdə baş verən yol qəzasında piyada ölüb.
Bu gün Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xar