Azərbaycan olmadan Avropa ilə Asiya arasında əməkdaşlıq mümkün deyil
Siyasət 04 May 2023 10:20:00 275 0
Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlıq olmayacaq.
Bu xəbəri də oxu: Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi
Bu barədə Trend-ə cümə axşamı polşalı politoloq və jurnalist, siyasi elmlər namizədi Yakub Koreyba deyib.
Onun sözlərinə görə, Azərbaycanın Avrasiya üçün oynadığı rolu anlamaq, xüsusən Avropa ilə Asiya arasında mühüm dəhlizlərin, əsas əlaqə yollarının bağlı olduğu və bunun nə qədər davam edəcəyinin məlum olmadığı böhran vaxtında Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlığın olmayacağını dərk etmək çox vacibdir.
"Məsələn, bu qış bizi Polşada Azərbaycan qazı xilas etdi. Bir çox digər Avropa ölkəsi kimi biz də enerji sistemimizi yenidən qurmaq, yeni neft, qaz, kömür, elektrik enerjisi tədarükçüləri axtarmaq məcburiyyətində qaldıq və onları o cümlədən Azərbaycanda tapdıq", - Koreyba deyib.
O qeyd edib ki, Azərbaycan təkcə Avropa ilə əməkdaşlığa hazır deyil, həm də Asiya ilə əməkdaşlıqda maraqlıdır.
"Biz başa düşürük ki, Avrasiyanın gələcəyi Azərbaycandan asılıdır və Azərbaycan öz növbəsində Avropa ilə Asiya arasında əməkdaşlığı təşviq etmək istəyir və bunu edə bilər", - politoloq deyib.
Qeyd edək ki, Yakub Koreyba 2-4 may tarixlərində Bakıda və Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransın iştirakçısıdır. Konfransda 30-dan çox ölkədən 60-dək nümayəndə iştirak edir.
Ötən gecə Kiyevə ilin əvvəlindən bəri ən intensiv zərbələr endirilib
"Həmrəylik halqası" təşəbbüsünün ümumi təxmin edilən inves
Mingəçevirdə baş verən yol qəzasında piyada ölüb.
Bu gün Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xar
Ermənistan Türkiyə ilə normallaşma prosesində addım atmaqda maraqlı gör
Xalq artisti Flora Kərimova və qızı Zümrüdün arxiv fotoları yayılıb.
Qəbələdə polis yol qəzasında ölüb.
Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əhməd şəxsi münasibətlər zə
Bakıda avtomobillər toqquşub.
Rusiyanın Baxmutdakı hücumu dayanıb, Ukrayna Silahlı Qüvvələri isə əks
Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniyaya mayın 13-də baş tutmalı o
Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır.
Fransanın Konstitusiya Şurası pensiya islahatına dair referendumun keçirilm
Aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömr