"Həmrəylik halqası"nın investisiya dəyəri məlum oldu
Digərləri 04 May 2023 10:14:00 320 0
"Həmrəylik halqası" təşəbbüsünün ümumi təxmin edilən investisiya dəyəri 730 milyon avrodur.
Bu xəbəri də oxu: “5 saniyə fərqlə həyatda qaldım”
Trend bu barədə aprelin 25-də Sofiyada bu təşəbbüsə dair Anlaşma Memorandumunu imzalayan tərəflərdən biri olan Macarıstanın "FGSZ" şirkətinə istinadən xəbər verir.
"Həmçinin Aİ-nin "REPowerEU" planı və Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında saziş kimi enerji prioritetlərinə uyğun gələn birgə təşəbbüs 2022-ci ilin sentyabr ayında nəql sisteminin dörd operatoru tərəfindən bəyan edilib və Avropa Komissiyasına təqdim olunub. Təşəbbüs Avropa Komissiyasının prezidenti və Enerji Baş İdarəsi (DG ENER) tərəfindən nəzərdən keçirilərək dəstəklənib", - şirkətin məlumatında deyilir.
Qeyd olunur ki, növbəti addım olaraq nəql sisteminin operatorları bu ilin iyulunda bazar sınaqlarının keçirilməsindən başlayaraq Aİ Komissiyasının 2017/459 (CAM NC) saylı Reqlamentində qeyd olunan mərhələlərə riayət etmək barədə razılığa gəliblər. Bu cür açıq mövsum proseduru kommersiya marağının qiymətləndirilməsi və infrastruktur işləmələrinin reallaşdırılması üçün vacibdir.
Aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib.
Mingəçevirdə baş verən yol qəzasında piyada ölüb.
Bu gün Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xar
Ermənistan Türkiyə ilə normallaşma prosesində addım atmaqda maraqlı gör
Xalq artisti Flora Kərimova və qızı Zümrüdün arxiv fotoları yayılıb.
Qəbələdə polis yol qəzasında ölüb.
Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əhməd şəxsi münasibətlər zə
Bakıda avtomobillər toqquşub.
Rusiyanın Baxmutdakı hücumu dayanıb, Ukrayna Silahlı Qüvvələri isə əks
Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniyaya mayın 13-də baş tutmalı o
Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır.
Fransanın Konstitusiya Şurası pensiya islahatına dair referendumun keçirilm
Aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömr
"Əgər Ermənistana yollar bağlanıbsa, bu, onları bağlayanlardan daha
Xaricdə yaşayan 1 milyon 7 min 165 nəfər Türkiyə vətəndaşı prezident s