Blinken Azərbaycanla sülh sazişi bağlaması üçün İrəvana təzyiq göstərməlidir


Siyasət 02 May 2023 11:38:00 231 0

Blinken Azərbaycanla sülh sazişi bağlaması üçün İrəvana təzyiq göstərməlidir

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla sülh sazişi bağlaması üçün İrəvana təzyiq göstərməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın "Wall Street Journal" (WSJ) qəzetində dərc olunan məqaləsində deyilir.

"Dövlət katibi Entoni Blinken bu həftə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar təşkil edib ki, bu da iki ölkə arasında sülh sazişinin bağlanmasında növbəti vasitəçilik cəhdidir. Bu, Vaşinqtonun vasitəçi kimi rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir və təqdirəlayiqdir. Blinken noyabrda da Bayramovu və Mirzoyanı qəbul edib, lakin bu dəfə təkcə qonaqlarını salamlamadı, həm də onların bir-biri ilə birbaşa ünsiyyətini təşviq etdi", - məqalədə deyilir.

Müəllif həmçinin Azərbaycanın öz tərəfdaşları ilə əməkdaşlığının sürətlə inkişaf etdiyini vurğulayıb.

O qeyd edir ki, Azərbaycanın neft və qaz tədarük etdiyi Avropa ilə davamlı əlaqələrini möhkəmlətməklə Prezident İlham Əliyev eyni zamanda Türkiyə və İsraillə də dərin və davamlı müdafiə əlaqələri qurub.

"Son onillik ərzində bu əlaqələr Azərbaycanın Silahlı Qüvvələrinə öz gücünü hiss olunmayacaq şəkildə, lakin son dərəcə sürətlə artırmağa kömək etdi. Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsində göstərdiyi güc bir çoxlarını sarsıtdı. Azərbaycanın Türkiyə və İsraillə əməkdaşlığı xüsusilə Tehranı qorxuya salıb", - deyə Maykl Doran yazır.

Bundan başqa, müəllif Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqazdakı destruktiv rolundan bəhs edir.

Doran Makronun Cənubi Qafqazda diplomatiyaya çox diqqət ayırdığını və onun buradakı səylərinin Azərbaycan üçün deyil, Ermənistan üçün şərait yaratdığını qeyd edir.

"Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi olaraq tanımayanadək məsələ həll olunmayacaq. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan görünür, bu addımı atmağa hazır deyil. İrəvan fikrindən daşınsa, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək məqsədilə İrəvanla və Bakı ilə əməkdaşlıq edə bilər. Blinken üçün təəssüfedici haldır ki, senator Bob Menendes və Nümayəndələr Palatasının üzvü Adam Şif kimi ABŞ erməni icmasının bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq göstərməkdən imtina edirlər", - məqalədə deyilir.

Son.az 

Dünya mediası Türkiyənin yeni döyüş təyyarəsindən yazır: like
  • 02 May 11:31  
Digərləri Dünya mediası Türkiyənin yeni döyüş təyyarəsindən yazır:

Türk Aerokosmik Sənayesi (TUSAŞ) Kahramankazan mərkəzi şəhərciyində ad�

arrow Ətraflı
"Bu səbəbdən düşmən asanlıqla irəliləyirdi..." like
  • 02 May 11:26  
Siyasət "Bu səbəbdən düşmən asanlıqla irəliləyirdi..."

1992-93-cü illərdə Qarabağda vəziyyət elə bir idarəolunmaz həddə çatm

arrow Ətraflı
Azərbaycan sərhədçiləri mənə dedi ki… like
  • 02 May 11:20  
Digərləri Azərbaycan sərhədçiləri mənə dedi ki…

Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfind

arrow Ətraflı
Qeyrisabit hava BU TARİXƏDƏK davam edəcək like
  • 02 May 11:18  
Digərləri Qeyrisabit hava BU TARİXƏDƏK davam edəcək

Şimal-qərb küləyi arabir Balakən, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Sabir

arrow Ətraflı
Hacı Şahinin yerinə o təyin olundu like
  • 02 May 11:15  
Digərləri Hacı Şahinin yerinə o təyin olundu

Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

arrow Ətraflı
“Kremerata Baltika” solistləri Heydər Əliyev Mərkəzində çıxış edəcək like
  • 02 May 11:14  
Kriminal “Kremerata Baltika” solistləri Heydər Əliyev Mərkəzində çıxış edəcək

İyunun 9-da Heydər Əliyev Mərkəzində "Kremerata Baltika" Kamera

arrow Ətraflı
Su kəmərində qəza nəticəsində Qaradağda yolu su basıb like
  • 02 May 11:09  
Digərləri Su kəmərində qəza nəticəsində Qaradağda yolu su basıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür-B

arrow Ətraflı
Məhkəmə 7 yaşlı Fəridi öldürən Mehman Xəlilov barəsində like
  • 02 May 11:03  
Kriminal Məhkəmə 7 yaşlı Fəridi öldürən Mehman Xəlilov barəsində

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbi

arrow Ətraflı
Metroda müsəlman qadına hücum: İrqi ayrıseçkilik və ksenofobiya like
  • 02 May 11:01  
Dünya Metroda müsəlman qadına hücum: İrqi ayrıseçkilik və ksenofobiya

Avropada irqi-ayrı seçkilik, ksenofobiya halları sürətlə yayılmaqda davam

arrow Ətraflı
Bölgələrə sel hücümu davam edir, güclü yağıntılar gözlənilir like
  • 02 May 10:54  
Digərləri Bölgələrə sel hücümu davam edir, güclü yağıntılar gözlənilir

Xəbər verdiyimiz kimi, güclü yağış və dolu rayonlarda bir sıra fəsadla

arrow Ətraflı
Şəbnəm Tapdıq ailə qurmamasının səbəbini açıqladı like
  • 02 May 10:43  
Şou-biznes Şəbnəm Tapdıq ailə qurmamasının səbəbini açıqladı

Əməkdar artist Şəbnəm Tapdıq ilk dəfə şəxsi həyatı ilə bağlı aç�

arrow Ətraflı
Standard &Poor's agentliyi Kapital Bankın reytinq proqnozunu yüksəltdi like
  • 02 May 10:32  
Digərləri Standard &Poor's agentliyi Kapital Bankın reytinq proqnozunu yüksəltdi

Standard &Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirməni

arrow Ətraflı
KürBakı magistral su kəmərində qəza: like
  • 02 May 10:27  
Digərləri KürBakı magistral su kəmərində qəza:

Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilər

arrow Ətraflı
Şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edildi like
  • 02 May 10:22  
Digərləri Şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edildi

Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir.

arrow Ətraflı