“Kremerata Baltika” solistləri Heydər Əliyev Mərkəzində çıxış edəcək
Kriminal 02 May 2023 11:14:00 229 0
İyunun 9-da Heydər Əliyev Mərkəzində "Kremerata Baltika" Kamera Orkestrinin solistlərinin konserti olacaq.
Son.az Trend-ə istinadən bildirir ki, mükəmməl ifası ilə dünyada böyük rəğbət qazanan "Kremerata Baltika" ilk dəfə geniş auditoriyaya 1997-ci ildə Avstriyanın "Lokenhaus" festivalında orkestrin direktoru, tanınmış skripka ifaçısı Gidon Kremer tərəfindən təqdim olunub. Orkestrdə Latviya, Litva və Estoniyadan olan istedadlı gənc musiqiçilər ifa edirlər. Kollektivi yaradarkən tanınmış maestro Baltik regionundan olan gənc həmkarları ilə zəngin təcrübəsini bölüşmək məqsədi güdürdü. İlkin mərhələdə fəaliyyəti uzunmüddətli təhsil layihəsi kimi nəzərdə tutulan gənc kollektiv qısa zamanda tədris prosesi çərçivəsindən çıxaraq Avropanın məşhur və konsertləri böyük maraqla gözlənilən orkestrləri sırasına daxil olub.
Kollektiv dünyanın aparıcı musiqi meydanlarında fərqli ifaları ilə dinləyicilərin sevgisini qazanıb. "Kremerata Baltika" dünyanın 50-dən çox ölkəsində mindən çox konsert proqramı ilə çıxış edib. Musiqiçilər 20-dən çox CD yazıb, 2002-ci ildə isə "Qremmi" mükafatına layiq görülüb.
Kremeratanın solistləri Litvada yaşayan 9 musiqiçidən ibarət olan ansambldı. Onlar məşhur Kremeratanın ənənələrini davam etdirərək gənc litvalı bəstəkarlarla fəal əməkdaşlıq edir, onların əsərlərini proqramlarına daxil edirlər. Həmin əsərlərdən bəziləri Bakı konsertində səslənəcək.
Bakı konsertinin solistləri - Litva Kremeratasının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir.
Konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də çıxış edəcək. Azərbaycanlı dirijoru "Kremerata Baltika" ilə yaradıcı dostluq bağlayır. O, mütəmadi olaraq müxtəlif festivallarda məşhur orkestr ilə çıxış edir.
Konsertə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Son.az
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür-B
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbi
Avropada irqi-ayrı seçkilik, ksenofobiya halları sürətlə yayılmaqda davam
Xəbər verdiyimiz kimi, güclü yağış və dolu rayonlarda bir sıra fəsadla
Mayın 2-də ADA Universitetində 30-dan çox ölkənin 40-dək nümayəndəsini
Əməkdar artist Şəbnəm Tapdıq ilk dəfə şəxsi həyatı ilə bağlı aç�
Standard &Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirməni
Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilər
Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir.
Zəngilanda 30 min ağacdan ibarət meşə massivinin bərpası, eyni zamanda ü
Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif
Niderlandın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri
Türkiyənin Adana şəhərində 3 uşaq atası zorakılıq iddiası ilə ondan
Onkoloq Nəsimi Məmmədov: "Hər bir tədqiqat təqdirəlayiqdir, amma...&