Azərbaycanda diplomu tanınan universitetlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir?


Digərləri 02 May 2023 09:19:00 242 0

Azərbaycanda diplomu tanınan universitetlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir?

Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin universitetlərinə üz tuturlar. Təhsil alıb qayıtdıqdan sonra isə diplomların tanınmasında problem yaşanır. Bu problemin səbəblərindən biri də abituriyentlərin xarici ölkədə universitet seçərkən o universitetin Azərbaycanda tanınıb-tanınınması ilə bağlı əlaqədar dövlət qurumunda siyahı və ya göstərişlərin olmamasıdır. Azərbaycanda tanınan universitetlərin siyahısı nə xarici diplomların tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) nə də Elm və Təhsil nazirliyi tərəfindən müəyyənləşdirilib.

Bəs Azərbaycanda tanınan universitetlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, Elm və Təhsil nazirliyi və ya TKTA universitet siyahısını verməsə də, istinad edə biləcəyəmiz müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik.

"Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var.

TKTA diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur. Bunun məqsədi odur ki, TKTA tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Çalışmaq lazımdır ki, üzrlü səbəblər istisna olmaqla, tələbə daha çox zamanını təhsil aldığı ölkədə keçirsin.

Digər və ən önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz", - deyə K.Əsədov qeyd edib.

Ekspert həmçinin bildirib ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distanat və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tuturlar.

"Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından stifadə edərək onları bu formada təhsil almağa yönəldirlər.

Bəli, həmən universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Həmən şirkətlər valideyin və abituriyentə Təhsil nazirliyi tərəfinfən həmən universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Ammma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil.

Hal hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmən ölkənin ərazisibndə azı 15 gün, əyani təhsil alanlar isə 90 gün simestr ərzində olmalıdırlar.

Əgər onların simestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasında imtina olunur.

Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər. Və nəticə etibari ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər", - deyə ekspert əlavə edib.

Sərxoş “Boris Conson” Niderlandda Ukrayna sürücülük vəsiqəsi ilə saxlanılıb like
  • 02 May 09:14  
Dünya Sərxoş “Boris Conson” Niderlandda Ukrayna sürücülük vəsiqəsi ilə saxlanılıb

Niderlandın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri

arrow Ətraflı
Türkiyədə ailə faciəsi: Ondan boşanan arvadının yaxınlarını öldürdü  FOTO like
  • 02 May 09:07  
Digərləri Türkiyədə ailə faciəsi: Ondan boşanan arvadının yaxınlarını öldürdü FOTO

Türkiyənin Adana şəhərində 3 uşaq atası zorakılıq iddiası ilə ondan

arrow Ətraflı
Xərçəngə qarşı peyvənd  böyük kəşf yaxın 7 ildə reallaşa bilər, onkoloq deyir ki... like
  • 02 May 08:27  
Digərləri Xərçəngə qarşı peyvənd böyük kəşf yaxın 7 ildə reallaşa bilər, onkoloq deyir ki...

Onkoloq Nəsimi Məmmədov: "Hər bir tədqiqat təqdirəlayiqdir, amma...&

arrow Ətraflı
Ukrayna Rusiyaya hücum edə bilməz  Almaniya like
  • 02 May 08:21  
Dünya Ukrayna Rusiyaya hücum edə bilməz Almaniya

Berlin verilən silahlarla Ukraynanın Rusiya ərazisinə hücum etməsinə nəz

arrow Ətraflı
Zaurun "Qadının evdə oturmasına yaxşı baxmıram, qadınlar işləməlidir" fikrinə reaksiyalar like
  • 02 May 08:15  
Digərləri Zaurun "Qadının evdə oturmasına yaxşı baxmıram, qadınlar işləməlidir" fikrinə reaksiyalar

Aparıcı Zaur Baxşəliyev işləməyən qadınları tənqid edib. Son.az axşa

arrow Ətraflı
Şırnakda neft: Ərdoğan xalqa elan edəcək like
  • 02 May 07:58  
Dünya Şırnakda neft: Ərdoğan xalqa elan edəcək

Quyuların qazılması və ehtiyatlarının qiymətləndirilməsi başa çatmaq

arrow Ətraflı
"Sədərək"də DAVA: like
  • 02 May 07:53  
Digərləri "Sədərək"də DAVA:

"Sədərək" Ticarət Mərkəzində dava olub. 

arrow Ətraflı
Blinken təsdiqlədi: Görüş 1 həftə davam edəcək like
  • 02 May 07:48  
Siyasət Blinken təsdiqlədi: Görüş 1 həftə davam edəcək

Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan�

arrow Ətraflı
Müharibəyə qoşulmadıq deyə...  Kaladze like
  • 02 May 07:37  
Dünya Müharibəyə qoşulmadıq deyə... Kaladze

Hazırkı rəhbərliyin ölkədə ikinci cəbhə açmaqdan imtina etməsi səbə

arrow Ətraflı
"Twitter"in işində problem yaranıb like
  • 02 May 07:32  
Digərləri "Twitter"in işində problem yaranıb

Bir neçə ölkədə "Twitter"in işində fasilələr müşahidə olun

arrow Ətraflı
Papa Ukrayna ilə bağlı müzakirə aparır, Kiyevin xəbəri yoxdur like
  • 02 May 07:27  
Dünya Papa Ukrayna ilə bağlı müzakirə aparır, Kiyevin xəbəri yoxdur

Ukrayna Vatikanın müharibəni dayandırmağa yönəlmiş sülhməramlı missiy

arrow Ətraflı
Dünyada dollardan tədricən imtina qeydə alınır like
  • 02 May 07:22  
Dünya Dünyada dollardan tədricən imtina qeydə alınır

Dünya dollardan tədricən imtina etməyə başlayıb.

arrow Ətraflı
Zelenski iclas keçirdi: Rusiyanın son davranışları... like
  • 02 May 07:17  
Dünya Zelenski iclas keçirdi: Rusiyanın son davranışları...

Ukrayna Prezidenti Vladimir Zelenski məmurlar və güc strukturlarından olan n

arrow Ətraflı
Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir  XİN like
  • 02 May 07:11  
Siyasət Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir XİN

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda dav

arrow Ətraflı