Xərçəngə qarşı peyvənd böyük kəşf yaxın 7 ildə reallaşa bilər, onkoloq deyir ki...


Digərləri 02 May 2023 08:27:00 265 0

Xərçəngə qarşı peyvənd  böyük kəşf yaxın 7 ildə reallaşa bilər, onkoloq deyir ki...

Onkoloq Nəsimi Məmmədov: "Hər bir tədqiqat təqdirəlayiqdir, amma..."

Oksford Universitetinin alimi Conatan Kvok xərçəngə qarşı peyvəndin 2030-cu ilədək hazırlana biləcəyini bildirib. Onun sözlərinə görə, artıq tədqiqatın orta mərhələsində olan bir neçə variant var. "İndi müxtəlif yanaşma və strategiyalara malik ən azı 10 şirkətin və akademik bölmənin iştirak etdiyi bir yarış gedir. Bu yanaşmaların hər birinin üstünlüklərinin nə olduğunu, hansı metodların ən yaxşı olduğunu və ən yaxşı xəstə qayğısını təmin etmək üçün onların necə birləşdirilə biləcəyini görəcəyik", - deyə tədqiqatçı İspaniyanın "El Mundo" qəzetinə bildirib.

Britaniyalı alim qeyd edib ki, onların öz peyvəndi 2030-cu ilin başlanğıcından əvvəl peyda olacaq. "Məlumdur ki, xərçəngdən ölüm hallarının 70-90%-i metastazlar səbəbindən baş verir. Biz immunitet sistemi vasitəsilə bunun baş verməsinin qarşısını almaq istəyirik", - deyə Conatan Kvok siçanlar üzərində aparılan sınaqlarda preparatın metastazın qarşısını tam aldığını söyləyib və "İnsanlarla da eyni nəticəyə nail olmaq istəyirik" deyib. Alim strategiyanın təhlükəsizliyini yoxlamaq üçün klinik sınaqların ilk mərhələsinin yaxın aylarda başlamasının lazım olduğunu bildirib. Qeyd edək ki, bu qəbildən nikbin xəbərlər vaxtaşırı mediada peyda olur. Bəs xərçəng metastazına, demək, həm də bəşəriyyətin bəlasına qarşı peyvənd hazırlamaq mümkün olacaqmı? Nəticə doğrudanmı çox da uzaqda deyil?

Qeyd edək ki, ötən il ABŞ-ın əczaçılıq şirkəti "Moderna" koronavirus peyvəndlərində də istifadə olunan mRNA texnologiyasından istifadə edərək xərçəng hüceyrələrini məhv etməyi bacardığını açıqlamışdı. Bu peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli olduğu bildirilib. "Merck" şirkəti tərəfindən hazırlanan "Keytruda" adlı dərman Moderna peyvəndi ilə birlikdə istifadə edildikdə, dəri xərçəngindən ölüm riskini 44 faiz azaldır: "Bu, dərmanların mRNA peyvəndi texnologiyası ilə birlikdə istifadəsinin toxunulmazlığa necə təsir edəcəyini göstərən ilk araşdırmadır. Alınan nəticə statistik cəhətdən əhəmiyyətli və klinik cəhətdən önəmlidir". Fərdi olaraq hazırlana bilən peyvənd üçün xəstədən şiş nümunəsi və sağlam toxuma nümunəsi götürülür. Daha sonra mütəxəssislər fərdi xərçəng peyvəndi hazırlamaq üçün gen ardıcıllığını, mutasiyaya uğrayan zülalları və digər məlumatları təhlil edirlər. Bu qarışıq xəstəyə vurulduqda xəstənin hüceyrələri istehsal mərkəzi kimi işləyir, onun surətlərini çıxarır və immun sistemi şişi aşkar edib məhv edə bilir.

Bu cür tədqiqatlarla bağlı zaman-zaman məlumatlar olsa da, peyvəndlərin uğurlu olması barədə açıqlamalar olmayıb. Bəs görəsən, bu dəfə nəticə olacaqmı? 

Son.az bildirir ki, mövzu ilə bağlı onkoloq Nəsimi Məmmədov "Yeni Müsavat"a dedi ki, bu peyvəndlə bağlı müsbət fikir bildirə bilməyəcək: "Nüsrət Kəsəmənlinin bir şeiri var, "daha nağıllara inanmıram mən". Bu şeiri bu məsələyə aid etmək olar. Bu vaxta qədər çox deyilənlər deyilib. Gələcəkdə ola bilsin, nələrsə tapılacaq. Bizim ölkədə bu cür tədqiqatlar aparılmadığından və o məlumatlar sarı mətbuata çıxdığından nə isə demək çox çətindir. Bunlar böyük maliyyə vəsaiti təşkil edən tədqiqatlardır. İndi tədqiqat aparılır, nəticəsi olanda biləcəyik. İndidən bir söz deyə bilmərəm. Sadəcə olaraq, hər bir tədqiqat təqdirəlayiqdir. Tədqiqat qurtarandan sonra onun nəticəsi mənfi də alınsa, o, ictimaiyyət tərəfindən qəbul olunur, birdəfəlik bilinir ki, belə bir iş aparılıb və alınmayıb. Hərə bir yerdən qrant layihəsinə təklif verir, tədqiqatını aparır. Tək elmdə deyil, hər yerdə belədir. Tədqiqat aparılandan sonra deyə bilərik, heyvanlar üzərində olandan sonra onun insan üzərində yoxlanmasına illərlə icazə lazım olacaq".

Ukrayna Rusiyaya hücum edə bilməz  Almaniya like
  • 02 May 08:21  
Dünya Ukrayna Rusiyaya hücum edə bilməz Almaniya

Berlin verilən silahlarla Ukraynanın Rusiya ərazisinə hücum etməsinə nəz

arrow Ətraflı
Zaurun "Qadının evdə oturmasına yaxşı baxmıram, qadınlar işləməlidir" fikrinə reaksiyalar like
  • 02 May 08:15  
Digərləri Zaurun "Qadının evdə oturmasına yaxşı baxmıram, qadınlar işləməlidir" fikrinə reaksiyalar

Aparıcı Zaur Baxşəliyev işləməyən qadınları tənqid edib. Son.az axşa

arrow Ətraflı
Şırnakda neft: Ərdoğan xalqa elan edəcək like
  • 02 May 07:58  
Dünya Şırnakda neft: Ərdoğan xalqa elan edəcək

Quyuların qazılması və ehtiyatlarının qiymətləndirilməsi başa çatmaq

arrow Ətraflı
"Sədərək"də DAVA: like
  • 02 May 07:53  
Digərləri "Sədərək"də DAVA:

"Sədərək" Ticarət Mərkəzində dava olub. 

arrow Ətraflı
Blinken təsdiqlədi: Görüş 1 həftə davam edəcək like
  • 02 May 07:48  
Siyasət Blinken təsdiqlədi: Görüş 1 həftə davam edəcək

Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan�

arrow Ətraflı
Müharibəyə qoşulmadıq deyə...  Kaladze like
  • 02 May 07:37  
Dünya Müharibəyə qoşulmadıq deyə... Kaladze

Hazırkı rəhbərliyin ölkədə ikinci cəbhə açmaqdan imtina etməsi səbə

arrow Ətraflı
"Twitter"in işində problem yaranıb like
  • 02 May 07:32  
Digərləri "Twitter"in işində problem yaranıb

Bir neçə ölkədə "Twitter"in işində fasilələr müşahidə olun

arrow Ətraflı
Papa Ukrayna ilə bağlı müzakirə aparır, Kiyevin xəbəri yoxdur like
  • 02 May 07:27  
Dünya Papa Ukrayna ilə bağlı müzakirə aparır, Kiyevin xəbəri yoxdur

Ukrayna Vatikanın müharibəni dayandırmağa yönəlmiş sülhməramlı missiy

arrow Ətraflı
Dünyada dollardan tədricən imtina qeydə alınır like
  • 02 May 07:22  
Dünya Dünyada dollardan tədricən imtina qeydə alınır

Dünya dollardan tədricən imtina etməyə başlayıb.

arrow Ətraflı
Zelenski iclas keçirdi: Rusiyanın son davranışları... like
  • 02 May 07:17  
Dünya Zelenski iclas keçirdi: Rusiyanın son davranışları...

Ukrayna Prezidenti Vladimir Zelenski məmurlar və güc strukturlarından olan n

arrow Ətraflı
Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir  XİN like
  • 02 May 07:11  
Siyasət Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir XİN

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda dav

arrow Ətraflı
Türkiyədə zəlzələ baş verib like
  • 02 May 07:05  
Dünya Türkiyədə zəlzələ baş verib

Türkiyənin şərqində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Leyla Əliyeva Uşaqların Sağlam Gələcəyi Erkən Müdaxilə Mərkəzində olub  FOTO like
  • 02 May 07:00  
Siyasət Leyla Əliyeva Uşaqların Sağlam Gələcəyi Erkən Müdaxilə Mərkəzində olub FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı