“Məzar üçün 16 min ayrılıb, normal, atamın adına yaraşan məzar daşı istəyirəm...” Xalq artistinin qızı


Kriminal 02 May 2023 05:05:00 278 0

“Məzar üçün 16 min ayrılıb, normal, atamın adına yaraşan məzar daşı istəyirəm...” Xalq artistinin qızı

Son.az xəbər verir ki, Xalq artisti, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli sənətkar, görkəmli xanəndə Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli moderator.az-ın suallarını cavablandırıb.   - Rəqsanə xanım, bir müddət əvvəl atanızın məzar daşının hələ də hazır olmamasından giley-güzar etmişdiniz. İşlər hazırda nə yerdədir? - Əslində mən bu 1 il 2 ay gözlədim, səbr etdim və sonra səbrim tükəndi. Vəfatından 1 il 2 ay keçsə də, hələ də məzar daşı qoyulmayıb, boş torpaqdır. Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti iki dəfə məzar eskizi hazırlayıb, göndərdilər. Birinci eskizi ötən ilin avqust ayında, ikinci eskizi isə noyabrın 11-də göndərdilər. Eskizlərdən birində səhv var idi, orada SSRİ xalq artisti yazmışdılar. Onlara bunun səhv olduğunu bildirdim. Dövlət məzar daşı üçün 16 min manat pul ayırıb. Onlara da deyirdim ki, 1-ci Fəxri Xiyabana uyğun məsləhət bildiyiniz məzar daşı hazırlayın. Birinci eskiz ikinci eskizdən daha yaxşı idi. İkinci eskiz nə mənim, nə də ki, ailə üzvlərimin xoşuna gəldi. Çünki 16 minə uyğun məzar daşı deyildi. Dövlət bu məzar daşı üçün 2 min manat ayırsaydı, mən 2 minlik məzar daşı istəyərdim. Axı dövlətimiz 16 min manat ayırıb. Yenə də sağ olsun dövlətimiz, atama sağlığında da, dünyasını dəyişəndən sonra da dəyər verir. Bilirsiniz ki, ölkə başçısı, cənab prezidentimiz İlham Əliyev, muğama, sənətə və sənətkara hər zaman dəyər verən Mehriban xanım Əliyeva atama böyük diqqət və qayğı göstəriblər. Atamı yaşadan da dövlətin bu qayğısı idi.   - Məsələ mətbuatda işıqlandırıldıqdan sonra aidiyyatı qurumlar sizinlə əlaqə saxladı? - Oğlumla əlaqə saxlayıblar. Deyiblər ki, gəlsinlər necə istəyirlərsə, elə də hazırlayacağıq. Mən də şəkilləri toplayıram. Sabah aparıb onlara şəkil verəcəyəm. Mən normal məzar daşı istəyirəm. Bütpərəst deyiləm ki, böyük abidələr istəyim. Heykəl qoymağa da o qədər imkanım yoxdur. O gün gəlinim internetdə tapıb mənə göstərdi, Xaçmazda onun büstünü 10 il əvvəl hazırlayıb, parkda qoyublar. Mən də istəyirəm ki, məzarı üstünə gedəndə qəbirüstü abidəsini görüm. Bununla da təsəlli tapmış olaram. Yeganə övladı mənəm də. Yenə də sabah məzarı üstünə mən gedib-gələcəm.   - Onu da deyim ki, sizin bu müsahibəniz insanlarda heç bir qıcıq yaratmayıb. Əksinə, hamı, ələxsus da Əlibaba Məmmədov sevərlər sizə haqq qazandırıb.   - Nə bilim, mənim orada yazılan rəylərdən heç bir xəbərim yoxdur. Sağ olsunlar. Mən haqqımı tələb etmişəm. Atam həmişə deyirdi ki, "Xalq sevsə sənətkarı, ona dağ bata bilməz". O xalqın böyük sevgisini qazanmışdı.    - Atanız haqda təşkil olunan yaradıcılıq gecəsində də iştirak etmədiyiniz deyilir. Buna səbəb nə idi? - Atamın məzar daşı hazır deyil, necə gedim onunla bağlı tədbirlərdə, yaradıcılıq gecələrində iştirak edim? Adama deməzlər ki, atanın məzar daşı niyə indiyə qədər qoyulmayıb? Elə bilirsiniz ki, demirlər? Vallah, bütün qohum-əqraba, qonum-qonşu, tanış-biliş hamısı soruşur. Mən yorulmuşam onların suallarına cavab verməkdən. Atam min illər keçsə də yaşayacaq, O cismən yanımızda olmasa da, ruhən hər zaman bizimlədir.   - Yuxularınıza tez-tez gəlir?   - Demək olar ki, hər gün yuxularıma gəlir. O yəqin özü də istəməyib ki, məzar daşını başqa adam düzəltdirsin, yenə də bu məsələ il yarımdan sonra fırlanıb mənim üstümə gəldi. Yenə də mən düşdüm qabağa. Mən heç inanmırdım ki, o öləcək. Bu 1 il, 2 ay necə gəlib-getdi heç bilmədim. 1 həftənin içində iki əziz adamımı itirdim. Necə ola bilərəm? İndiyə qədər dərmanla yatıb-dururam. Atam bu yaşımda məni yetim qoyub getdi. Bütün günü telefonumda mahnılarını dinləyirəm.   - Əlibaba müəllimin adını daşıyan nəvəsi varmı?   - Əlbəttə. Atam sağ ikən hələ onun adı qardaşımın oğluna verilmişdi. Bu dəqiqə 50 yaşı var.    - Səhv etmirəmsə Əlibaba müəllim övladlarına da mahnılar bəstələyib. Doğrudurmu? - Böyük bacım həkim idi. Onun şərəfinə "Mehriban həkim" mahnısını bəstələmişdi. Qardaşımın şərəfinə isə "Oğluma nəsihət" adlı mahnı bəstələmişdi. Məni çox istəsə də, şərəfimə mahnı bəstələməmişdi. Həmişə də bunun səbəbini ondan soruşanda deyirdi ki, "kişi ailəsinin adını dillərə salmaz (gülür). Mən evin sonbeşiyi, atamın ən istəklisi idim. Qardaşım və bacım məndən 10 yaş böyük idilər.   - Ömrünün son dəqiqələrini necə xatırlayırsınız?   - Son iki ildə bir az da pandemiya onun səhhətinə mənfi təsir göstərdi. Xalq adamı idi, xalqın içində gəzməyi, söhbət etməyi çox sevirdi. Pandemiyada evdə qaldı, bir az da ayaqları tutuldu. Müalicə alandan sonra bir az özünə gəlmək istəyirdi, bu yandan da qardaşımı itirdik. Qardaşımdan 1 il əvvəl də bacımı itirdik. Onların dərdi atamı yıxdı. Atam 92 il yaşadı. Mənə "Rəqsi" deyirdi. Deyirdi ki, "Rəqsi, özündən muğayat ol". Sonuncu dəfə əlimi tutub buraxmadı.

Son.az  

Elgizin fayton keyfi  VİDEO like
  • 02 May 03:03  
Şou-biznes Elgizin fayton keyfi VİDEO

Aparıcı Elgiz Əkbər Qubaya yollanıb.

arrow Ətraflı
Murad TV əməkdaşlarını tənqid etdi like
  • 02 May 02:59  
Şou-biznes Murad TV əməkdaşlarını tənqid etdi

Aparıcı Murad Əzimzadə TV əməkdaşları ilə bağlı tənqidi status yazı

arrow Ətraflı
May ayında bürcünüz nə vəd edir?  VİDEO like
  • 02 May 02:02  
Digərləri May ayında bürcünüz nə vəd edir? VİDEO

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə

arrow Ətraflı
“Aşiq də həmin hissi keçirir...” Oksana like
  • 02 May 01:59  
Şou-biznes “Aşiq də həmin hissi keçirir...” Oksana

Aktrisa Oksana Rəsulova instaqramda növbəti dəfə paylaşım edib.

arrow Ətraflı
Manafın səsi batdı: toy sahibi PULUNU TƏLƏB ETDİ, like
  • 02 May 01:40  
Şou-biznes Manafın səsi batdı: toy sahibi PULUNU TƏLƏB ETDİ,

"Heç olubmu ki, səsinizin ucbatından behləri geri qaytarasınız?"

arrow Ətraflı
Pərviz Bülbülə aparcını efirdə PƏRT ETDİ: like
  • 02 May 01:01  
Şou-biznes Pərviz Bülbülə aparcını efirdə PƏRT ETDİ:

"İnstaqramda, Tiktok-da nə paylaşırsan deyirlər ki, "bu evli deyi

arrow Ətraflı
Separatçılar Xankəndidə son varianta ƏL ATDI  Qondarma rejimin “müqavimət” şousu like
  • 02 May 00:44  
Siyasət Separatçılar Xankəndidə son varianta ƏL ATDI Qondarma rejimin “müqavimət” şousu

Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəq�

arrow Ətraflı
Bakıdakı səsliküylü toyun sahibi BU ŞƏXS İMİŞ like
  • 02 May 00:30  
Şou-biznes Bakıdakı səsliküylü toyun sahibi BU ŞƏXS İMİŞ

Aprelin 29-u Bakıda səsi-sorağı səngimək bilməyən toy sahibinin kimliyin

arrow Ətraflı
Günün qoroskopu:  Bütün işlərdə nüanslar, səbr və qayğı çox vacibdir like
  • 02 May 00:01  
Digərləri Günün qoroskopu: Bütün işlərdə nüanslar, səbr və qayğı çox vacibdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
ABŞın bu ölkədə hərbi bazaları olacaq like
  • 01 May 23:58  
Dünya ABŞın bu ölkədə hərbi bazaları olacaq

ABŞ-ın hərbi bazaları Finlandiyada da qurulacaq.

arrow Ətraflı
Kişilər niyə qadınlardan daha asan arıqlaya bilir? like
  • 01 May 23:55  
Digərləri Kişilər niyə qadınlardan daha asan arıqlaya bilir?

Testosteron hormonu və əzələ inkişafı sayəsində kişilər qadınlara nis

arrow Ətraflı
İran rialı dollar qarşısında rekord həddə dəyər itirib like
  • 01 May 23:51  
Dünya İran rialı dollar qarşısında rekord həddə dəyər itirib

İran rialı xarici valyutalar qarşısında dəyərini daha da itirib.

arrow Ətraflı
"Baxmuta hücum dayanıb və uğursuz olub" like
  • 01 May 23:41  
Dünya "Baxmuta hücum dayanıb və uğursuz olub"

Baxmuta hücum dayanıb və uğursuz olub.

arrow Ətraflı
Çərəzlər haqqında inanılmaz faktlar like
  • 01 May 23:37  
Digərləri Çərəzlər haqqında inanılmaz faktlar

Çərəzlərin xeyli faydalarının olduğu məlumdur. Tərkibində müəyyən q

arrow Ətraflı