Məhkəmə 7 yaşlı Fəridi öldürən Mehman Xəlilov barəsində
Kriminal 02 May 2023 11:03:00 239 0
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür.
Avropada irqi-ayrı seçkilik, ksenofobiya halları sürətlə yayılmaqda davam
Xəbər verdiyimiz kimi, güclü yağış və dolu rayonlarda bir sıra fəsadla
Mayın 2-də ADA Universitetində 30-dan çox ölkənin 40-dək nümayəndəsini
Əməkdar artist Şəbnəm Tapdıq ilk dəfə şəxsi həyatı ilə bağlı aç�
Standard &Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirməni
Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilər
Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir.
Zəngilanda 30 min ağacdan ibarət meşə massivinin bərpası, eyni zamanda ü
Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif
Niderlandın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri
Türkiyənin Adana şəhərində 3 uşaq atası zorakılıq iddiası ilə ondan
Onkoloq Nəsimi Məmmədov: "Hər bir tədqiqat təqdirəlayiqdir, amma...&
Berlin verilən silahlarla Ukraynanın Rusiya ərazisinə hücum etməsinə nəz
Aparıcı Zaur Baxşəliyev işləməyən qadınları tənqid edib. Son.az axşa