Azyaşlının ölümünə səbəb olan şəxslə bağlı AÇIQLAMA:
Digərləri 01 May 2023 22:17:00 217 0
Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.
Bu xəbəri də oxu: “Azərbaycanda Ermənistan və Gürcüstanın cəmindən 1,3 dəfə çoxdur”
ACF-dən Son.az-a verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.
Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib: "Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib".
Açıqlamada cüdo məşqləri zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlarına riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyi vurğulanıb: "Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir".
Bildirilib ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib: "Qadağan olunmuş fəndlərə "Ura-nage", "Yoko-guruma", "Yoko-otoshi", "Tani-otoshi", "Sode-tsurikomi-goshi", "Tomoe-nage'', "Makikomi" texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər aiddir. Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərdən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan olunub".
Kosmetoloq şampunların saç tökülməsinə qarşı təsirsizliyindən danış
Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadə formada qalması
TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxa
Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin və Luisvil Universiteti
Hazırda BMT Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayand�
"Onsuz günüm çox pis keçir, həyatı mənasız hiss edirəm. Elə gün
Əsrlər boyu zəlilər insanlar tərəfindən bir çox xəstəliklərin müalic
Almaniya səfirliyinin əməkdaşlarının bir hissəsi bu gün Rusiyanı tərk
Yuxu ağır iş günündən sonra yorğunluqla mübarizə aparmağın ən yaxş�
"Bu gün Anarın çıxışını izlədim. Onu 25 ildir tanıyıram və dost
ANAMA vətəndaşlara müraciət edib.
Qida insanın rifahı və sağlamlığında həlledici rol oynayır, eyni zamand
Müğənni İrem Derici növbəti dəfə sevgilisi ilə bağlı paylaşım edib.
"Əmək Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq, yeni güz