"Postmünaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqe sülh prosesinə töhfə vermir"


Siyasət 27 Apr 2023 17:46:00 255 0

"Postmünaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqe sülh prosesinə töhfə vermir"

27 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolonanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Katrin Kolona arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Fransa arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasından ötən illərdə iki ölkənin iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, humanitar və s. sahələr üzrə birgə layihələr həyata keçirilməsini xatırlayaraq, ölkələrimiz arasında səmərəli əməkdaşlıq təcrübəsinin davam etdirilməsi üçün imkanların mövcud olduğunu qeyd edib. Nazir Ceyhun Bayramov, iki ölkə arasında münasibətlərin mövcud vəziyyətinin müzakirəsi, anlaşılmazlıqların aradan qaldırılması istiqamətində perspektivlərin və imkanların dəyərləndirilməsi üçün qarşılıqlı təmasların, siyasi dialoqun əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib. Nazir Ceyhun Bayramov, mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Fransanın keçmiş münaqişənin həll olunması istiqamətində danışıqlar prosesində iştirakına istinad edən nazir Ceyhun Bayramov, post-münaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqenin sülh prosesinə töhfə vermədiyini diqqətə çatdırıb.

Nazir Katrin Kolona, Azərbaycan və Fransa arasında əlaqələrin, iki ölkənin liderləri arasında siyasi dialoqun tarixindən bəhs edərək, hazırki dövrdə bir sıra məsələlər üzrə yanaşmalarımızın üst-üstə düşməməsinə baxmayaraq, münasibətlərin inkişafı istiqamətində sıx təmasların, siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyət kəsb etdiyini bildirib. Bölgədə sülh və etimad quruculuğu məsələlərinin öz həllini tapmasının uzun müddət tələb etməsinə baxmayaraq, danışıqlar prosesinə sadiqliyin vacibliyini vurğulayan nazir Katrin Kolona, bu xüsusda, regionda sülhün bərqərar olunması səylərinə, Fransanın da dəstək göstərməyə hazır olduğunu bildirib.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Oqtay Əsədovun qardaşının ölkədən çıxışı qadağan edildi like
  • 27 Apr 17:40  
Digərləri Oqtay Əsədovun qardaşının ölkədən çıxışı qadağan edildi

Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun qardaşı Nazim Əsəd

arrow Ətraflı
Binəqədidə 17 narkotik alverçisi saxlanılıb  VİDEO  FOTO like
  • 27 Apr 17:36  
Kriminal Binəqədidə 17 narkotik alverçisi saxlanılıb VİDEO FOTO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə

arrow Ətraflı
Çiyələk bahalaşa bilər  VİDEO like
  • 27 Apr 17:24  
Digərləri Çiyələk bahalaşa bilər VİDEO

Bir neçə gün əvvəl küləklə müşayət olunan dolunun yağması Cəlilaba

arrow Ətraflı
Şəhidin nişanlısı onun qardaşı ilə evlənir  "Burada nə qəbahət var ki?" like
  • 27 Apr 17:04  
Digərləri Şəhidin nişanlısı onun qardaşı ilə evlənir "Burada nə qəbahət var ki?"

Bu gün sosial şəbəkələrdə, bir çox "instagram" və "Tik-t

arrow Ətraflı
Üç nəfərin öldüyü qəzanın VİDEOsu like
  • 27 Apr 17:02  
Digərləri Üç nəfərin öldüyü qəzanın VİDEOsu

Baş Dövlət Yol Polisi İdarəsi aprelin 23-ü saat 22:30-da Bakı Beynəlxalq

arrow Ətraflı
“Anadolu Qartalı  2023” beynəlxalq təliminin açılış mərasimi keçirilib  VİDEO  FOTO like
  • 27 Apr 16:58  
Digərləri “Anadolu Qartalı 2023” beynəlxalq təliminin açılış mərasimi keçirilib VİDEO FOTO

Aprelin 27-də Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviab

arrow Ətraflı
Freddi Merkurinin şəxsi əşyaları hərraca çıxarılacaq  FOTO like
  • 27 Apr 16:50  
Şou-biznes Freddi Merkurinin şəxsi əşyaları hərraca çıxarılacaq FOTO

Mərhum britaniyalı musiqiçi Freddi Merkurinin 1500-ə yaxın şəxsi əşyas�

arrow Ətraflı
Şəkidə itkin düşən qadın Bakıda tapıldı like
  • 27 Apr 16:28  
Digərləri Şəkidə itkin düşən qadın Bakıda tapıldı

Aprelin 15-də itkin düşən Şəki rayon sakini Tünzalə Məmmədova tapılı

arrow Ətraflı
"Ermənistan ona uzadılan sülh əlini tutmalıdır" like
  • 27 Apr 16:26  
Digərləri "Ermənistan ona uzadılan sülh əlini tutmalıdır"

Ermənistanın və erməni diasporunun "soyqırım" iddiaları Erməni

arrow Ətraflı
Doğuş Xoşqədəmlə bağlı sualları cavabsız qoydu like
  • 27 Apr 16:24  
Şou-biznes Doğuş Xoşqədəmlə bağlı sualları cavabsız qoydu

"Xanımımla bağlı danışmaq istəmirəm. Onun həyatıdır.  Xanımım

arrow Ətraflı
Rusiyadan Ermənistana qarşı SANKSİYA like
  • 27 Apr 16:14  
Siyasət Rusiyadan Ermənistana qarşı SANKSİYA

Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.

arrow Ətraflı