XudafərinQubadlıLaçın avtomobil yolunun inşasında


Digərləri 27 Apr 2023 11:36:00 219 0

XudafərinQubadlıLaçın avtomobil yolunun inşasında

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bu barədə Son.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4 - 56.4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. "İnşaat Norma və Qaydaları"na uyğun olaraq, yol yatağı hazır olan 20.4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42.5% işlərin icrası yekunlaşıb.

Bundan başqa, Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir.

Artıq layihə üzrə 80 dairəvi, 31 düzbucaqlı boru və 13 yeraltı keçid tikilib, 3105 metr istinad divarı da inşa olunub.

Layihə üzrə ümumi uzunluğu 2397 m-lik 8 ədəd tunel inşası da nəzərdə tutulur. Hazırda T-1 və T-2 tunellərində qazma və qrunt bərkitmə işləri davam edir.

"İnşaat Norma və Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilən layihə üzrə 501.8 min kub.metr ərazidə bitki qatının çıxarılması, 6.1 milyon kub.metr həcmində qazma işləri aparılıb, 3.0 milyon kub.metr həcmində isə dolğu işləri icra olunub.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Məşhur şirkət qadın işçilərini gündə 2 dəfə soyundurur like
  • 27 Apr 11:34  
Dünya Məşhur şirkət qadın işçilərini gündə 2 dəfə soyundurur

Rusiyalı oliqarx Tatyana Bakalçukun idarə etdiyi "Wildberries" adl�

arrow Ətraflı
Polkovnik: Rusiya hazır deyil, hücum olmayacaq like
  • 27 Apr 11:23  
Digərləri Polkovnik: Rusiya hazır deyil, hücum olmayacaq

Hazırda Rusiya qoşunlarının Uqledara hücumu real deyil.

arrow Ətraflı
İqor Levitin: Heydər Əliyevin sayəsində Rusiyanın Uzaq Şərqə çıxışı var like
  • 27 Apr 11:12  
Siyasət İqor Levitin: Heydər Əliyevin sayəsində Rusiyanın Uzaq Şərqə çıxışı var

Rusiya prezidentinin köməkçisi İqor Levitin Azərbaycanın ümummilli lideri

arrow Ətraflı
Əsir hərbçimizin İrəvandan anasına göndərdiyi like
  • 27 Apr 11:07  
Digərləri Əsir hərbçimizin İrəvandan anasına göndərdiyi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun

arrow Ətraflı
Çin Mərkəzi Asiyanı Qərbə verməyəcək like
  • 27 Apr 11:01  
Dünya Çin Mərkəzi Asiyanı Qərbə verməyəcək

Bu gün Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici

arrow Ətraflı
FIA prezidenti Bakıya gəlir like
  • 27 Apr 10:58  
Digərləri FIA prezidenti Bakıya gəlir

Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti, ralli üzrə keçmiş pil

arrow Ətraflı
Özbəkistanda Daşkənd Beynəlxalq İnvestisiya Forumu işə başlayıb  FOTO like
  • 27 Apr 10:54  
Dünya Özbəkistanda Daşkənd Beynəlxalq İnvestisiya Forumu işə başlayıb FOTO

2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF-2023) öz işinə başlayı

arrow Ətraflı
Orucluqdan sonra toy qiymətləri bahalaşdı like
  • 27 Apr 10:51  
Digərləri Orucluqdan sonra toy qiymətləri bahalaşdı

Ramazan ayından sonra artıq bir neçə gündür ki, toy mövsümü başlayıb.

arrow Ətraflı
Mayın 1dən ibtidai siniflər üçün like
  • 27 Apr 10:40  
Digərləri Mayın 1dən ibtidai siniflər üçün

Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində Salvador Dalinin əsərləri sərgilənir like
  • 27 Apr 10:33  
Kriminal Heydər Əliyev Mərkəzində Salvador Dalinin əsərləri sərgilənir

Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvado

arrow Ətraflı
AXC generalının nəvəsi vəfat etdi like
  • 27 Apr 10:29  
Digərləri AXC generalının nəvəsi vəfat etdi

Azərbaycan Xalq Cümhuriyyətinin generallarından olan İbrahim ağa Vəkilovu

arrow Ətraflı
Bakıda şadlıq evində dava like
  • 27 Apr 10:18  
Kriminal Bakıda şadlıq evində dava

Ötən gecə saat 23 radələrində Binəqədi rayonunda yerləşən "Vhite

arrow Ətraflı
Müğənni türk həyat yoldaşından ayrıldı like
  • 27 Apr 10:07  
Şou-biznes Müğənni türk həyat yoldaşından ayrıldı

Amerikali müğənni Holsi ilə türk həyat yoldaşı Alev Aydın yollarını

arrow Ətraflı
Yeni müavinətlər kimlərə veriləcək? like
  • 27 Apr 10:05  
Digərləri Yeni müavinətlər kimlərə veriləcək?

"Sosial müavinətlər haqqında" Qanuna təklif edilən düzəlişlə

arrow Ətraflı
İlham Əliyev Avropanın enerji xəritəsini necə dəyişir? like
  • 27 Apr 10:01  
Siyasət İlham Əliyev Avropanın enerji xəritəsini necə dəyişir?

Hazırda Azərbaycanın Avroatlantik məkanda nüfuzu günü-gündən artmaqdad�

arrow Ətraflı