İqor Levitin: Heydər Əliyevin sayəsində Rusiyanın Uzaq Şərqə çıxışı var
Siyasət 27 Apr 2023 11:12:00 232 0
Rusiya prezidentinin köməkçisi İqor Levitin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Baykal-Amur magistralının (BAM) tikintisinə və bununla müasir Rusiyanın nəqliyyat infrastrukturuna verdiyi töhfədən danışıb.
Son.az Trend-ə istinadən bildirir ki, o, Heydər Əliyevin BAM layihəsinin irəliləməsində məqsədyönlü və əzmli olduğunu qeyd edib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Baykal-Amur magistralının tikintisinə verdiyi töhfəyə həsr olunmuş sərgidə Rusiya prezidentinin köməkçisi İqor Levitin "Vestnik Kavkaza" müxbiri ilə söhbətində bildirib ki, Heydər Əliyevin əzmi və peşəkarlığı sayəsində Rusiya bu gün Uzaq Şərqə quru yolu ilə etibarlı yükdaşıma marşrutuna malikdir.
"Bugünkü tədbir Rusiya və Azərbaycanın nəqliyyat nazirlikləri və dəmir yolu administrasiyaları tərəfindən hazırlanıb. Heydər Əliyevin yüzilliyi ərəfəsində onun fəaliyyət istiqamətlərindən bir fraqment olaraq Baykal-Amur magistralının tikintisini göstərmək istədik. Onun fəaliyyətinin digər istiqamətləri də olub, lakin biz bu gün məhz bu mövzuya fokuslanmışıq", - İ.Levitin deyib.
"Heydər Əliyev Siyasi Büroya və hökumətə bu yolun lazım olduğunu sübut edənlərdən biri olub. Onunla heç də hamı razı deyildi, lakin Heydər Əliyev onları inandıra bildi. İndi artıq 50 il ötəndən sonra görürük ki, əgər BAM-ın tikintisi ideyasının müdafiəsində Heydər Əliyevin məqsədyönlülüyü, əzmkarlığı və qətiyyəti olmasaydı biz bu gün indiki həcmdə yüklərlə Uzaq Şərqə gedə bilməzdik", - deyə Rusiya prezidentinin köməkçisi vurğulayıb.
İqor Levitin özünün də BAM-da çalışdığını və Heydər Əliyevlə şəxsən görüşdüyünü bildirib.
"Heydər Əliyev BAM-ın tikintisi üzrə kurator olduğundan tikintinin həm qərb, həm də şərq sahələrini ziyarət edirdi. Mən onunla şərq sahəsində görüşmüşəm - o zaman mən Heydər Əliyevin gəldiyi dəmir yolu stansiyasının hərbi komendantı idim", - deyə o bildirib.
"Mən onun BAM işçiləri ilə görüşlərini görmüşəm, onlarla necə danışdığını eşitmişəm. Heydər Əliyevi tikinti meydançasına gələnlərdən bir xüsusiyyət fərqləndirirdi: o neçə kilometr inşa olunduğunu soruşmazdan əvvəl insanların məişət şəraiti, necə yaşadıqları, necə yerləşdikləri, uşaqlarının məkbətə və bağçaya necə getdiyi barədə soruşurdu. Onun əsas sualları bunlar idi, daha sonra söhbət tonlardan, kilometrlərdən və kublardan gedirdi. Bu mənim yadımda qalıb", - İ.Levitin sonda deyib.
Son.az
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun
Bu gün Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici
Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti, ralli üzrə keçmiş pil
2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF-2023) öz işinə başlayı
Ramazan ayından sonra artıq bir neçə gündür ki, toy mövsümü başlayıb.
Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər
Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvado
Azərbaycan Xalq Cümhuriyyətinin generallarından olan İbrahim ağa Vəkilovu
Amerikali müğənni Holsi ilə türk həyat yoldaşı Alev Aydın yollarını
"Sosial müavinətlər haqqında" Qanuna təklif edilən düzəlişlə
Hazırda Azərbaycanın Avroatlantik məkanda nüfuzu günü-gündən artmaqdad�
Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna q�
İstər şimali İraqda, istərsə də Suriyanın şimalında yeganə hədəfimi
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 20