Leyla Zeynalova “Bir Könüllü”nün indiyə kimi keçirdiyi tədbirlərdən danışdı
Digərləri 27 Apr 2023 09:44:00 230 0
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 2015-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq və tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi ilə proqram şəklində yaradılıb, 2019-cu ildən etibarən isə fəaliyyətinə ictimai birlik olaraq davam edir.
Bu xəbəri də oxu: Bakının bu ərazilərində açılan restoranlar
Bu barədə Trend-ə müsahibəsində "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova deyib.
O qeyd edib ki, ictimai birlik 11 regionda ali, orta ixtisas və peşə olmaqla, ümumilikdə 40-dan çox təhsil müəssisəsində fəaliyyət göstərərək 30 mindən çox tələbə-könüllünü əhatə edir və indiyədək 1000-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək göstərib. Birlik Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi ilə tərəfdaş təşkilat olaraq yaxından əməkdaşlıq edir.
İctimai Birliyin hazırki fəaliyyətindən söz açan Leyla Zeynalova Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Bir Gələcək" təşəbbüsü çərçivəsində məktəb şagirdləri üçün silsilə maarifləndirici görüşlər təşkil edildiyini bildirib. Sözügedən layihənin ilkin mərhələsində aprel ayı ərzində "Yüksəliş" müsabiqəsinin qaliblərinin məzunu olduqları məktəblərə səfərinin təşkil edilməsi, may ayı ərzində isə ümumilikdə "Bir Gələcək" təşəbbüsü üçün qeydiyyat formu üzərindən müraciət etmiş namizədlərin emal edilərək məktəblərə səfərlərinin təşkil edilməsi nəzərdə tutulmuşdur. Təşəbbüsün məqsədi yetişməkdə olan gənc nəslin inkişafına töhfə vermək, şagirdlərin düzgün ixtisas sahələrini müəyyən etməklərinə, karyera və peşə seçimi zamanı yaranan suallara mütəxəssislərin rəyini almaq fürsətini yaratmaqdan ibarətdir.
Leyla Zeynalova həmçinin əlavə edib ki, "Bir Könüllü" Təşkilatı 2023-cü ildə maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün "WinterCamp 2023", kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclər üçün "CyberCamp 2023", riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün "MathCamp 2023" və təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün "EduCamp 2023" olmaqla beş günü əhatə edən ümumilikdə artıq 4 tələbə düşərgəsi təşkil edib.
"Əsas məqsədimiz üzvlərimiz üçün onların maraq diarələrini nəzərə alaraq davamlı maairfləndirici və faydalı layihələr təşkil etməkdir." - deyə bildirən sədr birliyin bir neçə layihəsinin artıq silsilə xarakter daşıdığını da əlavə edib.
Bu layihələrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən "Xaricdə təhsil barədə məlumatlandırma sessiyası" aiddir ki, "Layihə bu günə qədər artıq Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetində təşkil edilib", - deyə o bildirib.
Həmçinin o əlavə edib ki, 2019-cu ildən etibarən hər il 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə ilə təşkil edilən "Gəncliyin Bir Həftəsi" layihəsi də silsilə layihələr sırasındadır. Bir həftə ərzində davam edən layihə çərçivəsində gənclərlə birgə maraqlı ekskursiyalar, müsabiqələr, elmi-əyləncəli oyunlar, idman yarışları, aktual mövzular üzrə təlim kursları təşkil olunub.
"Beynəlxalq istiqamətdə də fəaliyyətini genişləndirməyə çalışan təşkilat ilk dəfə beynəlxalq forum da həyata keçirib", - deyə Leyla Zeynalova bildirib və əlavə edib ki, Təhsilin İnkişafı Fondu və Gənclər Fondunun dəstəyi ilə "Şuşa İli"nə həsr olunmuş "Gənclər, sülh və təhlükəsizlik" adlı beynəlxalq tələbə forumu keçirilib. Forumda xüsusi komissiya tərəfindən seçilmiş "Beynəlxalq münasibətlər", "Beynəlxalq hüquq", "Diplomatiya" və digər əlaqəli ixtisaslar üzrə 30 fərqli ölkədən dünyanın top universitetlərində təhsil alan 40 xarici və 10 yerli tələbə iştirak edib.
Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının yeni rəhb
Müğənni Xatirə İslam yenə paylaşımına görə tənqid olunub.
İmişli rayon sakini Emil Mehbalıyev idarə etdiyi "VAZ-2107" markal
Türkiyənin sağlamlıq turizmindən gəliri 20 milyard dollara qədər arta bi
Rusiya Qvardiyanın Çeçenistandakı deparatmentinin "Əhməd-1" OMON
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Sarıkök, darçın, zəncəfil və bir neçə ədviyyatdan hazırlanan bitki ç
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilə
Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov hazırda həb
Rusiya sənayesi son bir ildə ilk dəfə olaraq Ukraynaya qarşı müharibə s�
50 yaşından sonra orqanizm daha çox susuzlaşmağa başlayır. Amma maraqlıs
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri d�