İlham Əliyev Avropanın enerji xəritəsini necə dəyişir?


Siyasət 27 Apr 2023 10:01:00 215 0

İlham Əliyev Avropanın enerji xəritəsini necə dəyişir?

Hazırda Azərbaycanın Avroatlantik məkanda nüfuzu günü-gündən artmaqdadır. Azərbaycanın həm xarici siyasəti, həm iqtisadi, həm də enerji kursu Avropa liderləri tərəfindən təqdir olunur. Onlar Avropada keçirilən ən mötəbər tədbirlərdə, həmçinin Prezident İlham Əliyevlə keçirilən ikitərəfli görüşlərdə bunu açıq şəkildə dilə gətirirlər.

Məsələn, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev barədə bu fikirləri səsləndirmişdi.

Sitat: "Mən bu səfərdən həqiqətən də çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm".

Azərbaycan liderinin Macarıstana səfəri zamanı Baş nazir Viktor Orban ölkəmizin yerləşdiyi çətin regiona diqqət çəkərək, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasi kursu təqdir etmişdi.

Sitat: "Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib".

Prezident İlham Əliyevin Bolqarıstana son səfəri zamanı isə həm Bolqarıstan lideri Rumen Radevin, həm də Avropanın digər yüksək çinli məmurlarının Azərbaycan barədə səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkir. Bolqarıstan Prezidenti Rumen Radev deyib ki, Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır.

Sitat: " Son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir. Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir".

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Sofiyada imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti barədə danışarkən Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulayıb. O, Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.

Sitat: "Bu Anlaşma Memorandumu böyük əhəmiyyət kəsb edir. Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut etdi. Avropa Komissiyası bundan sonra da Azərbaycanla çalışacaq. Azərbaycan etibarlı tərəfdaşdır".

İmzalama mərasimində Azərbaycanla bağlı xoş sözlər deyən Avropa rəsmiləri arasında Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu da xüsusi qeyd etmək lazımdır. Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman deyib ki, birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq.

Sitat: "Mən neft və qaz mühəndisiyəm və Sovet İttifaqının dağılmasından sonrakı onilliyi xatırlayıram. Mən ittifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın yeni neft layihələrini xatırlayıram. Mən Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında cənab Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlayıram. İnanıram ki, biz indi qaz idxalı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik. Çünki Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq".

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə Azərbaycandan Avropaya qazın idxalı məsələsini vurğulayaraq, bu marşrutun Avropa üçün önəmini qeyd edib.

Sitat: "Mərkəzi Avropada şaxələnmə məsələsinə gəldikdə ən yaxşı, ən real və ən səmərəli həll yolu qazı Azərbaycandan idxal etməkdir. Buna heç bir şübhəmiz yoxdur. Biz özümüzə, ən azından özümüzə düzünü deməliyik. "Həmrəylik Halqası" olmasa, Avropa maliyyələşməsi olmasa, onda Mərkəzi Avropanın həqiqətən də mərkəzində yerləşən bizlərin Azərbaycandan əhəmiyyətli qaz həcmini almağa heç bir imkanı olmayacaq. Bizə mütləq Türkiyə də lazım olacaq. Mərkəzi Avropanın gələcək enerji təchizatının mühüm bir hissəsini təşkil edəcək Azərbaycandan olan qaz həcminə güvənmək üçün ümid edirik ki, onlar da gələn dəfə təmsil olunaraq razılaşmanın bir hissəsi olacaqlar".

Təbii ki, Azərbaycan dünya iqtisadiyyatında böyük paya sahib olan iqtisadi güclərin etimadını qısa müddət ərzində qazanmayıb. Bunun üçün 2000-ci illərin əvvəllərindən, yəni Avropanın enerji xətirəsinin dəyişdirilməsi prosesinə start verildiyi dövrdən gərgin əmək sərf olunub, sistemli iqtisadi lahiyələr həyata keçirilib.

Azərbaycan etibarlı tərəfdaş imici formalaşdırmaq üçün uzun illər ərzində böyük neft və qaz infrastrukturu inşa edib. Həmçinin rəsmi Bakı 27 il ərzində dünya bazarına ixrac etdiyi xam neftlə bağlı imzaladığı müqavilələrə daima sadiqlik nümayiş etdirib. Bu səbəbdən, sonrakı mərhələdə inşa olunan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanı Avropa dövlətləri üçün əvəzolunmaz tərəfdaşa çevirib. İndi hazır infrastrukturun verdiyi imkanlar sayəsində Azərbaycan Avropanın enerji böhranından xilas etmək üçün tarixi missiyanı uğurla icra edir. Ona görə də Avropa liderləri Azərbaycan Prezidentinin dünyada baş verəcək hərbi, siyasi və iqtisadi prosesləri əvvəlcədən proqnozlaşdırıb, uyğun infrastruktur qurmasını, həmçinin layihələrin təşəbbüskarı olmasını yüksək qiymətləndirməyə bilməz. Onlar Azərbaycan Prezidentinə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlıq hisslərini açıq şəkildə dilə gətirirlər. Azərbaycan lideri bundan sonra da Avropanın yeni enerji xəritəsinin cızılması prosesində aparıcı mövqedə dayanmaqda qərarlıdır. Artıq bu istiqamətdə mühüm addımlar atılmaqdadır.

Məsələn, hazırda "Həmrəylik Həlqəsi" təşəbbüsü ilə bağlı atılan addımlar Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin daha da genişləndirilmiş mərhələsi hesab etmək olar. Çünki Azərbaycan əvvəllər qazı TAP vasitəsi ilə Yunanıstana, oradan isə İtaliyaya ixrac edirdisə, hazırda Avropada "mavi yanacaq" ixrac edəcəyimiz ölkələrin sayı 10-dan artıqdır.

Göründüyü kimi, Azərbaycan Avropa liderlərini bir ideya, vahid hədəf uğrunda birləşdirməyi bacarır. Bu isə ümumilikdə Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin yeni mərhələyə qədəm qoyması, Bakıya ehtiyacın artması, həmçinin Azərbaycanın yeni siyasi və iqtisadi təsir imkanlarının formalaşması deməkdir.

Elvin Səxavətoğlu TREND

Türkiyənin sürət qatarı mayın sonuna qədər ödənişsiz olacaq like
  • 27 Apr 09:56  
Digərləri Türkiyənin sürət qatarı mayın sonuna qədər ödənişsiz olacaq

Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna q�

arrow Ətraflı
İraq və Suriyada yeganə hədəfimiz terrorçulardır like
  • 27 Apr 09:49  
Digərləri İraq və Suriyada yeganə hədəfimiz terrorçulardır

İstər şimali İraqda, istərsə də Suriyanın şimalında yeganə hədəfimi

arrow Ətraflı
Ermənilərdən sülhməramlıların komandiri barədə like
  • 27 Apr 09:42  
Siyasət Ermənilərdən sülhməramlıların komandiri barədə

Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının yeni rəhb

arrow Ətraflı
“Kрасный плошад кремле” nədir?" like
  • 27 Apr 09:35  
Şou-biznes “Kрасный плошад кремле” nədir?"

Müğənni Xatirə İslam yenə paylaşımına görə tənqid olunub.

arrow Ətraflı
Xalq artisti vəfat etdi like
  • 27 Apr 09:28  
Şou-biznes Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti Vladimir Borisov vəfat edib.

arrow Ətraflı
Bakıda minik avtomobili "Kamaz"la toqquşub, like
  • 27 Apr 09:21  
Digərləri Bakıda minik avtomobili "Kamaz"la toqquşub,

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb like
  • 27 Apr 09:14  
Kriminal Içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb

İmişli rayon sakini Emil Mehbalıyev idarə etdiyi "VAZ-2107" markal

arrow Ətraflı
Türkiyə sağlamlıq turizmindən 20 milyard dollar qazana bilər like
  • 27 Apr 09:07  
Digərləri Türkiyə sağlamlıq turizmindən 20 milyard dollar qazana bilər

Türkiyənin sağlamlıq turizmindən gəliri 20 milyard dollara qədər arta bi

arrow Ətraflı
Kadırov OMONçuları Ukraynaya göndərir like
  • 27 Apr 08:59  
Dünya Kadırov OMONçuları Ukraynaya göndərir

Rusiya Qvardiyanın Çeçenistandakı deparatmentinin "Əhməd-1" OMON

arrow Ətraflı
186 avtobusun hərəkət intervalında gecikmələr var like
  • 27 Apr 08:54  
Digərləri 186 avtobusun hərəkət intervalında gecikmələr var

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Parazitləri öldürən çay  RESEPT like
  • 27 Apr 08:51  
Digərləri Parazitləri öldürən çay RESEPT

Sarıkök, darçın, zəncəfil və bir neçə ədviyyatdan hazırlanan bitki ç

arrow Ətraflı
Azərbaycanda biznesmeni pula görə oğurladılar like
  • 27 Apr 08:46  
Kriminal Azərbaycanda biznesmeni pula görə oğurladılar

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilə

arrow Ətraflı
Hüseyn Həsənov Rəşad Dağlının oğluyla like
  • 27 Apr 08:40  
Şou-biznes Hüseyn Həsənov Rəşad Dağlının oğluyla

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov hazırda həb

arrow Ətraflı
Rusiya silah istehsalını artırdı like
  • 27 Apr 08:35  
Dünya Rusiya silah istehsalını artırdı

Rusiya sənayesi son bir ildə ilk dəfə olaraq Ukraynaya qarşı müharibə s�

arrow Ətraflı