Özbəkistanda Daşkənd Beynəlxalq İnvestisiya Forumu işə başlayıb FOTO
Dünya 27 Apr 2023 10:54:00 255 0
2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF-2023) öz işinə başlayıb.
Bu xəbəri də oxu: Günəşdə güclü
Son.az Trend-ə istinadən bildirir ki, forumun açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev salamlama nitqi ilə çıxış edib.
Daşkənd Beynəlxalq İnvestisiya Forumu bütün Mərkəzi Asiya regionu üçün irimiqyaslı dialoq platforması olub beynəlxalq investisiya və işgüzar birliklərin Özbəkistanın investisiya potensialı ilə tanış olmasına imkan verir.
Forumun məqsədi Özbəkistanın dinamik şəkildə inkişaf edən bazarına inteqrasiyada maraqlı olan böyük xarici investisiya, maliyyə-iqtisadi təşkilatların və şirkətlərin rəhbərlərini cəlb etməkdən ibarətdir.
TIIF-2023-də Aİ ölkələri, ABŞ, Böyük Britaniya, MDB ölkələri, Türkiyə, Çin, Cənub-Şərqi Asiya ölkələri, Hindistan, Misir və Yaxın Şərq ölkələrindən olmaqla 2500-dən yuxarı şəxs iştirak edəcək. Müqayisə üçün bildirək ki, ötən il iştirak üçün 1,5 mindən çox nəfər müraciət etmişdi.
Bu il plenar sessiyaların, həmçinin 28 panel sessiyasının və "dəyirmi masaların", bir sıra böyük investisiya sazişləri və ticarət müqavilələrinin imzalanma mərasimlərinin, işgüzar dünyanın aktual mövzuları, o cümlədən investisiya sektorunun inkişaf tendensiyaları, maliyyə institutlarının rəqəmsallaşması, müasir pul-kredit siyasəti üzrə diskussiyaların keçiriləcəyi gözlənilir. Bu tədbirlərdə 150 spiker iştirak edəcək.
Tədbir aprelin 28-dək davam edəcək.
Son.az
Ramazan ayından sonra artıq bir neçə gündür ki, toy mövsümü başlayıb.
Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər
Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvado
Azərbaycan Xalq Cümhuriyyətinin generallarından olan İbrahim ağa Vəkilovu
Amerikali müğənni Holsi ilə türk həyat yoldaşı Alev Aydın yollarını
"Sosial müavinətlər haqqında" Qanuna təklif edilən düzəlişlə
Hazırda Azərbaycanın Avroatlantik məkanda nüfuzu günü-gündən artmaqdad�
Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna q�
İstər şimali İraqda, istərsə də Suriyanın şimalında yeganə hədəfimi
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 20
Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının yeni rəhb
Müğənni Xatirə İslam yenə paylaşımına görə tənqid olunub.