Yeni müavinətlər kimlərə veriləcək?
Digərləri 27 Apr 2023 10:05:00 245 0
"Sosial müavinətlər haqqında" Qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
Bu xəbəri də oxu: “TikTok”da canlı açıb qumar oynayırlar
Son.az xəbər verir ki, bu barədə fikir bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov yeni müavinətlərin kimlərə veriləcəyi ilə bağlı suallara aydınlıq gətirib.
V.Bayramov qeyd edib ki, dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək:
"Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləği dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək.
Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir".
Deputatın sözlərinə görə, dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır.
Hazırda Azərbaycanın Avroatlantik məkanda nüfuzu günü-gündən artmaqdad�
Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna q�
İstər şimali İraqda, istərsə də Suriyanın şimalında yeganə hədəfimi
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 20
Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının yeni rəhb
Müğənni Xatirə İslam yenə paylaşımına görə tənqid olunub.
İmişli rayon sakini Emil Mehbalıyev idarə etdiyi "VAZ-2107" markal
Türkiyənin sağlamlıq turizmindən gəliri 20 milyard dollara qədər arta bi
Rusiya Qvardiyanın Çeçenistandakı deparatmentinin "Əhməd-1" OMON
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Sarıkök, darçın, zəncəfil və bir neçə ədviyyatdan hazırlanan bitki ç
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilə
Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov hazırda həb