Azərbaycanlılar Türkiyədə kimi Prezident görür?
Siyasət 27 Apr 2023 11:39:00 213 0
Azərbaycanda respondentlərin 90.4%-i mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib.
Bu xəbəri də oxu: Baş direktora “Şöhrət” ordeni verildi
Son.az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin apardığı rəy sorğusu nəticəsində məlum olub.
Qurumun İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, sorğuda iştirak edənlərdən seçkilərdəki dörd namizəddən hansını dəstəklədiyi və hansı namizədin qalib gələcəyini ehtimal etdiyi barədə rəylərini qeyd etməsi istənilib: "Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Məhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib. İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89.5%-i, Sinan Oğanı tanıyanların 89.8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87.8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə edib". Sorğu iştirakçılarının namizədlərə olan dəstəyi ilə yanaşı, hansı namizədin qalib gələcəyi ilə bağlı ehtimalları öyrənilib.
Respondentlərin 87.8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünür.
Cəmi 6.3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0.8% və 0.3% təşkil edib. Respondentlərin 5.9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. Ərdoğanı dəstəkləyənlərin 96.7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin Kılıçdaroğlunu dəstəkləyənlərin (6.3%) yarısı seçkilərdə Ərdoğanın qalib gələcəyi ehtimalını bölüşüb.
Son.az
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başç
Rusiyalı oliqarx Tatyana Bakalçukun idarə etdiyi "Wildberries" adl�
Hazırda Rusiya qoşunlarının Uqledara hücumu real deyil.
Rusiya prezidentinin köməkçisi İqor Levitin Azərbaycanın ümummilli lideri
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun
Bu gün Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici
Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti, ralli üzrə keçmiş pil
2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF-2023) öz işinə başlayı
Ramazan ayından sonra artıq bir neçə gündür ki, toy mövsümü başlayıb.
Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər
Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvado
Azərbaycan Xalq Cümhuriyyətinin generallarından olan İbrahim ağa Vəkilovu
Amerikali müğənni Holsi ilə türk həyat yoldaşı Alev Aydın yollarını
"Sosial müavinətlər haqqında" Qanuna təklif edilən düzəlişlə