Ordumuz ermənilərin PLANINI POZDU
Siyasət 26 Apr 2023 16:36:00 221 0
Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurdu. Bu addımın 44 günlük müharibədən sonra Ermənistan hərbi siyasi-rəhbərliyinin bölgəni siyasi çəkişmələr, silahlı insidentlər poliqonuna çevirmək cəhdləri fonunda gerçəkləşməsi Azərbaycanın növbəti dəfə belə qısa zamanda mümkünsüzü gerçəkləşdirməsi anlamına gəlir.
Bu xəbəri də oxu: Prezident: Bosniya və Herseqovina ilə dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur
Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması (Aprelin 23-də ) Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsidir. Çünki rəsmi Bakıya qarşı olan xarici təhdidlərə, təzyiqlərə rəğmən məhz dövlət başçısının iradəsi və qətiyyətli mövqeyi Azərbaycanı pillə-pillə bu məntəqəni qurmasına imkan verdi.
Hazırda Laçın-Xankəndi yolunun başlanğıc nöqtəsində Azərbaycan bayrağının dalğalanması, "DİQQƏT! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz" yazılmış lövhənin yerləşdirilməsi və Azərbaycan sərhədçilərinin dayanması İlham Əliyevin 44 günlük müharibənin gedişində dediyi "Mən nəyi, nə vaxt, necə etməyi yaxşı bilirəm" fikilərini bir daha aktuallaşdırdı.
Son hadisələr təsdiq etdi ki, dövlət başçısı Ermənistanla soyuq savaşın, beyin müharibəsinin, informasiya mübarizəsinin davam etdiyi bu postkonflikt mərhələsində hər bir məsələni ən kiçik detalına qədər analiz edərək, ölkənin, xalqın maraqlarına və tələblərinə cavab verəcək şəkildə ən doğru qərarı qəbul etməyi çox yaxşı bilir.
Elə Prezident İlham Əliyevin sərt və barışmaz mövqeyinin nəticəsidir ki, dəhlizin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapmışdı.
Bunun ardınca yeni yolun ilyarıma istifadəyə verilməsi əslində Bakının əsas planının nədən ibarət olduğuna bir mesaj idi. Ermənistanın 7 km yolu süni şəkildə ləngitməsi, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törətməsi belə Azərbaycanı məqsədinə çatması istiqamətində maneçilik törətməyə yetərli olmadı.
2022-ci ilin sentyabrında Laçının mərkəzinin qansız və heç bir qurban olmadan, bir güllə atılmadan Azərbaycanın nəzarətinə keçməsi də məhz İlham Əliyev amili ilə bağlıdır. Hələ təhlükəsizlik tədbirləri tam icra edilməmiş, qondarma rejim qalıqlarının qanunsuz silahlı dəstələrinin, terror qruplaşmalarının ərazidən tərksilah məsələsi yekunlaşmadan bunun ardınca (sentyabrın 21-də) dövlət başçısının Laçına səfəri və şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltması nəyinki Ermənistana, hətta onun havadarlarına da bir mesaj idi ki, heç bir təhdid, təzyiq, təxribat bizi yolumuzdan, məqsədimizdən döndərə bilməyəcək!
Ermənistanın törətdiyi təxribatlar, Laçın yolu vasitəsi ilə Ermənistan Qarabağa həyata keçirdiyi qeyri-qanuni daşımalar hər ötən gün Azərbaycanın sərhəd-keçid məntəqəsi qurması məsələsini daha da zərurətə çevirirdi. Bütün bunlar azmış kimi Qarabağda Azərbaycanın təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana çıxarılması faktları hər ötən gün daha da artmağa başlayınca Azərbayanın bu istiqamətdə ilk addımı Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində ekofəalların aksiyasına start versin.
Ekoaktivisglərin Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlaması, ermənilərin qanunsuz əməllərinin qarşısına çəkilən səddə çevrildi. Bu addıma görə ermənilər və havadarlarının dəstəyi ilə Azərbaycana qarşı dünyada kampaniya təşkil edilməsi, təzyiqlər göstərilməsidə Bakının çıxdığı yoldan dönməsi üçün əsas olmadı. Baxmayaraq ki, xarici mediada Azərbaycana qarşı qara-piar kampaniyası hər ötən gün daha böyük vüsət almağa başladı. Ermənilər bütün dünyaya, beynəlxalq təsisatlara car çəkməyə başladılar ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə siyasəti həyata keçirir.
Lakin heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi. Hətta rəsmi Bakının bunun daha ötəsinə keçdi. Belə ki, Azərbaycan Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək onların nümayəndələrini Bakıya dəvət etdi. Baxmayaraq ki, Bakının bu təklifi müxtəlif yollarla, müxtəlif bəhanələrlə qəbul edilmədi, amma Azərbaycan göstərdi ki, suverenliyi, ərazi bütövlüyü üçün Qarabağın statuskvosu məsləsi olduqca önəmlidir və Ermənistan bu əraziləri Azərbaycanın suveren ərazisi olaraq tanımaq məcburiyyətindədir.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı qondarma rejim qalıqlarının, onlara məxsus qanunsuz silahlı dəstələrin Azərbaycana qarşı təxribatlarının davam etməsi, ara yollarla Qarabağa silah daşınması və bunun nəticəsində ortalığa çıxan eskalasiya riski rəsmi Bakını adekvat addımlar atmaq məcburiyyətində qoydu.
Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaragmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin göstərişi əsasında Ordu bölmələrimizin bu gün Laçın-Xankəndi yolunun başlanğıc nöqtəsində sərhəd-keçid məntəqəsi qurması təkcə Azərbaycanın suverenliyi üçün yox, eyni zamanda regional təhükəsizlik məsələsinə də böyük töhvəsini vermiş olacaq.
Yaxın keçmişə - 10 noyabr üçtərəfli bəyanatından sonrakı mərhələyə nəzər salsaq görərik ki, Azərbaycan bu zamana qədər ermənilərin iştirakı ilə planlaşdırılan, icra edilən istər Qərb, istər Rusiya, istərsə də İran mərkəzli təxribatların öhdəsindən gələrək ən çətin mərhələləri adlayıb, Qarabağ üzrə təxribat kanallarını böyük deaktivləşdirməyi bacarıb. Deməli, nəticə olaraq, Qarabağdakı ermənilərin seçimi indi daraldı, daha konkret seçim imkanı ilə qarşı-qarşıya qalıblar: Ya Azərbaycan Konstitusiyanı qəbul etməli, bu ölkənin vətəndaşı kimi qalıb Qarabağda həyatlarına davam etməlidirlər, yaxud da Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidirlər.
Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması məhz erməni əhalinin seçim qərarlarının aydınlaşdırılması baxımından və Azərbaycanın öz legitim ərazisində qanunlarını tətbiq etmək nöqteyi nəzərdən olmazsa olmaz qərarlardan biri oldu.
Təhməz Əsədov Son.az
"Biz Azərbaycan Respublikasının vətəndaşıyıq və qanuni dövlətdə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şu
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN
Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində
15 il ərzində dünyanın ən yaxşı pilotsuz uçuş aparatı hesab edilə bil
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasın�
Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər
Türkiyəli aktyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə
Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyevin 100 illiyi (1923-2
Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üz
"İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz
Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarl
Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifa