"İllərlə Təranə ilə aramda nələr yaşanmasına baxmayaraq..." VİDEO
Şou-biznes 26 Apr 2023 16:34:00 215 0
"Biz Azərbaycan Respublikasının vətəndaşıyıq və qanuni dövlətdə yaşayırıq. Mən Təranə Səmədova həbs olunduqdan sonra iki qız övladı Suel ilə Adeli Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa yerləşdirdim. Sonra dedim ki, mənə şərait yaradın ki, uşaqları gəlib görə bilim. Kəmalə xanıma ərizə yazdım ki, uşaqları görmək istəyirəm. Onlar bir həftədən sonra evimə gəldilər. Sonra isə Suel sığınacağa qayıtmaq istəmədi. Dedi ki, xahiş edirəm sizdə qalım. Anayam, övladlarm var. Hamı bilir ki, necə ürəyim və qəlbim var. Suelin bu sözlərindən pis oldum və uşaqların sığınacağa qayıtmasına açığı deyim qoymadım".
Bu xəbəri də oxu: "Şapalağı qoyaram aparıcının ağzına, durub gedərəm"
Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Sənətçi bildirib ki, hazırda həbsdə olan prodüser Təranə Səmədovanın iki qız övladı Suel ilə Adel onun evində qalır. İsmayılova vurğulayıb ki, Adel sığınacaqda yox, müğənnin evində qalmaq üçün rəsmi qaydada ərizə yazıb:
"Dövlət qurumlarına xəbər verdim ki, Suel ağlayır və sığınacağa getmək istəmir. Qızı necə sığınacağa getməyə məcbur edə bilərəm? 14 yaşında bir uşaqdır. Danışığını bilir, savadlı bir övladdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Xətai Rayon İcra Hakimiyyətindən səlahiyyətli şəxslər hətta Kəmalə xanımın özü də bizə gəldilər. Suel rəsmi qaydada yazdı ki, xahiş edirəm məni və bacım Adeli Rəqsanənin evindən heç kim aparmasın, biz burada qalaq. Bacısı Adelə Suel baxıb. Artıq körpə Adel Sueli özünə ana bilir, ona bağlanıb. Bilirsiniz ki, illərlə Təranə ilə aramda nələr yaşanıb. Buna baxmayaraq, onunla danışmayaraq, onun övladlarını sinəmə çəkmişəm və evimdə saxlayıram".
Müğənni həmçinin qeyd edib ki, prodüserin övladlarının tərbiyəsi ilə Rəqsanənin övladlarının baxıcıları məşğul olur:
"Mənim də körpə övladlarım var. Rusiyadan uşaq baxıcılarım var. Onlar hazırda yanımda Bakıdadırlar. Onlar ali təhsilli, pedaqoqdurlar. Suel ilə Adelə mənim uşaqlarım kimi baxıb, tərbiyə verirlər. Təranənin övladları yanımda qalıram. Öz başımdan o uşaqları yanıma gətirməmişəm. Gördüm ki, uşaqlar qalıblar ortada, bir insan olaraq, vicdanım ağrıdı. Həyat yoldaşım Fazil Əmiraslanovdan xahiş etdim ki, icazə versin onlar yanımda qalsınlar. Bu gündə onların maddi və mənəvi hər şeyləri üstümdədir. Suel dedi ki, sinif yoldaşlarıma görə sığınacağa getmək istəmirəm. Mənə biraz zaman verin, psixoloji olaraq özümə gəlim".
Rəqsanə açıqlamasında həmçinin əlavə edib ki, xərc çəkərək Təranənin evini təmirə başladıb:
"Allah bütün xanımlarımıza dayaq olsun. Allah heç bir qadını bu həyatda sınağa çəkməsin. Mən həyatda çox yıxılmışam. Amma qalxmağı bilmişəm. Yıxılsam da, üstünə başqa hərəkətlər edib yenidən üstünə yıxılmamışam. Təranə yanımda olsaydı yıxılmazdı. Həyatdır, Allah ona sınaq verib. Allah onu övladlarına qovuşdursun. İnsan olaraq Təranənin övladlarına sahib çıxmışam. İcazəsiz şəkildə heç kəs mənim yanımda qala bilməz. Onların evi var. Həmin evi isə mən təmirə başlatmışam. Söz vermişəm ki, üç ildən sonra Adelin 18 yaşı olacaq. Ağlı başında, idmançı, savadlı qızdır. Məndən heç kimə pislik gələ bilməz. Düşmənim də olsa belə görsəm ki, o yanır, yenə də kömək edərəm. Vicdanım təmizlir. Nə edirəmsə Allaha görə edirəm. Hansı yaxşılığı edirəmsə, qoy övladlarımın qabağına çıxsın".
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şu
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN
Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində
15 il ərzində dünyanın ən yaxşı pilotsuz uçuş aparatı hesab edilə bil
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasın�
Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər
Türkiyəli aktyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə
Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyevin 100 illiyi (1923-2
Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üz
"İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz
Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarl
Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifa
Aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-cı il təvə