Bakıda Olimpiya çempionu sevgilisinin həyat yoldaşını döyüb


Kriminal 26 Apr 2023 14:00:00 175 0

Bakıda Olimpiya çempionu sevgilisinin həyat yoldaşını döyüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Elman Muxtarov bildirib ki, üzərində heç bir bıçaq olmayıb və heç kimdən pul tələb etməyib: "Mən zərərçəkmişə sadəcə bir şillə vurmuşam".

Daha sonra iş üzrə yeganə şahid olan zərərçəkmişin arvadı Günay Əliyeva dindirilib. O, təqsirləndirilən şəxsin xeyrinə ifadə verib: "Ərimlə yaşamağıma səbəb uşaqlarımı əlimdən alması qorxusu olub. Bu səbəbdən evdən çıxmırdım. Elman orda heç kimə bıçaq çıxarmayıb və pul tələb etməyib. Ərim mənə hədə-qorxu gəldi ki, əgər polisdə onun istədiyi kimi izahat verməsəm, valideynlərimə hər şeyi deyəcək və uşaqlarımı əlimdən alacaq. Mən də məcbur qalıb Elmanın əleyhinə ifadə verməli oldum. Sonradan ərim hər şeyi valideynlərimə açıb danışdı və artıq onlar hər şeyi bilirlər. Ona görə də heç nədən qorxmuram və bu gün məhkəmədə həqiqəti danışıram".

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttiham aktına görə, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da zərərçəkmişin oğlunu yaşadığı binanın qarşısında izləyib.

İttiham aktına görə, evə basqın edən idmançı zərərçəkmişə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Son.az 

Qrip və soyuqdəymənin güclü çarəsi like
  • 26 Apr 13:55  
Digərləri Qrip və soyuqdəymənin güclü çarəsi

Artıq yaz fəslinin isti nəfəsini duymaq ərəfəsindəyik. Təbiət oyanmağ

arrow Ətraflı
Şahdəniz yatağı üzrə hasilatdan Neft Fonduna 67 milyard dollar vəsait daxil olub like
  • 26 Apr 13:51  
Digərləri Şahdəniz yatağı üzrə hasilatdan Neft Fonduna 67 milyard dollar vəsait daxil olub

Şahdəniz yatağı üzrə hasilatın ilk günündən bu yana təxminən 189 mil

arrow Ətraflı
Putin və Paşinyan Laçın yolunu like
  • 26 Apr 13:49  
Dünya Putin və Paşinyan Laçın yolunu

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan ara

arrow Ətraflı
İsveçin tədqiqat raketi səhvən Norveçə düşüb like
  • 26 Apr 13:45  
Digərləri İsveçin tədqiqat raketi səhvən Norveçə düşüb

Aprelin 25-də yerli vaxtla saat 08:20-də İsveç Kosmik Şirkəti tərəfində

arrow Ətraflı
Azərbaycan XİN Kanadanın xarici işlər nazirinə cavab verib like
  • 26 Apr 13:41  
Siyasət Azərbaycan XİN Kanadanın xarici işlər nazirinə cavab verib

Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-

arrow Ətraflı
“CinemaPlus”da “Üçlü pürüz” Türk komediyasının nümayişı başlayır like
  • 26 Apr 13:30  
Şou-biznes “CinemaPlus”da “Üçlü pürüz” Türk komediyasının nümayişı başlayır

CinemaPlus kinoteatrlar şəbəkəsində aprelin 27-dən etibarən "Üçlü

arrow Ətraflı
Martda Türkiyə Gürcüstana 36 milyon dollarlıq elektrik avadanlıqları ixrac edib like
  • 26 Apr 13:19  
Digərləri Martda Türkiyə Gürcüstana 36 milyon dollarlıq elektrik avadanlıqları ixrac edib

Bu ilin mart ayında Türkiyə Gürcüstana elektrik avadanlıqları məhsullar�

arrow Ətraflı
Ermənistanın işğalı dövründə təbiət abidəsi statuslu 11 ağac məhv edilib like
  • 26 Apr 13:00  
Digərləri Ermənistanın işğalı dövründə təbiət abidəsi statuslu 11 ağac məhv edilib

Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində a

arrow Ətraflı
Sabahdan istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə like
  • 26 Apr 12:57  
Digərləri Sabahdan istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə

Sabahdan zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik av

arrow Ətraflı
Türkiyə Prezidenti hərbi qulluqçumuzu təltif etdi  FOTO like
  • 26 Apr 12:50  
Siyasət Türkiyə Prezidenti hərbi qulluqçumuzu təltif etdi FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Niyam xaricdən şimpanze gətizdirir like
  • 26 Apr 12:46  
Şou-biznes Niyam xaricdən şimpanze gətizdirir

Müğənni Niyam Salami növbəti açıqlaması ilə marağa səbəb olub.

arrow Ətraflı
Sabah 28 dərəcəyədək isti olacaq like
  • 26 Apr 12:38  
Digərləri Sabah 28 dərəcəyədək isti olacaq

Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

arrow Ətraflı
İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, like
  • 26 Apr 12:35  
Digərləri İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib,

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərb

arrow Ətraflı
Bu dövlət və xalqla vahid ola bilmədin, like
  • 26 Apr 12:33  
Siyasət Bu dövlət və xalqla vahid ola bilmədin,

Deyirlər, qəhrəmanlıq haqda çox düşünənlərin qəhrəman olmağa zamanl

arrow Ətraflı