Bu dövlət və xalqla vahid ola bilmədin,


Siyasət 26 Apr 2023 12:33:00 241 0

Bu dövlət və xalqla vahid ola bilmədin,

Deyirlər, qəhrəmanlıq haqda çox düşünənlərin qəhrəman olmağa zamanları qalmır. Yəqin elə o səbəbdəndir ki, ömür boyu qəhrəmanlıq "travması" ilə yaşayanlar bu həyatda ucalmağın tək yolunu elə məhz arzusunda olduqları qəhrəmanlığı imitasiya etməkdə görürlər.

İnsan məişətdə, məhlədə, kənddə, qəsəbədə hamı ilə dost ola bilər. Amma siyasətdə hamı ilə dost olandan daha təhlükəlisi yoxdur.

Bəli 75 yaşlı deputat Vahid Əhmədov Mehman Hüseynovun "Sancaq"ına keçdi, özü də necə!

Onun sözügedən müsahibəsi bir daha təsdiq edir ki, Vahid Əhmədov hər zaman səmimiyyətdən daha çox, publikaya işləməyi yaxşı bilən, pafoslu çıxışları ilə cəmiyyətin gözündə öz timsalında qəhrəman yaratmaq cəhdini bir an olsun yerə qoymayan deputatlardandır.

Cəmi 3 deputatın halal yolla seçildiyini deyib. Seçkilərdə AXCP-nin, Müsavatın xalqdan səs ala biləcəyini söyləyib. İkisi də hazırkı siyasi konyukturaya uyğun sayılmır. Bir deputatın özünün də təmsil olunduğu Milli Məclisin tərkibinin legitimliyini şübhə altına alması düzgün yanaşma deyil. Belə danışan deputata cavab hər dəfə bu olur ki, xoşun gəlmir, mandatı qoy, get. Üstəlik bu fikir beynəlxalq mühitdə ölkənin ziyanına işləyir. Gərək Vahid Əhmədov heç olmasa danışanda bu nüansı mütləq nəzərə alardı.

Əhmədov onu da qeyd edir ki, Azərbaycanda bir məmur, oliqarx, inhisarçı üçbucağı var. Və bu üçbucağı elə izah edir ki, elə bil "Müfəttiş" əsərini Qoqol yox, o yazıb və müfəttişlərə necə "müfəttişlik" edib, rüşvət almağı öyrədir. Doğrusu, belə anlaşıldı ki, Vahid Əhmədov özü bu üçbucağın içərisindədir. Çünki o özü oliqarx hesab olunur - Baş nazirin birinci müavini olub, indi də millət vəkili. Bu şəxs biznes məsələlərini o qədər dəqiq bilir ki, yalnız bu işlərlə məşğul olan biri bu detalları bu qədər dəqiq bilə bilər.

Təbii ki, fərqli mülahizələr yürütmək, sərbəst fikirlər söyləmək, harada, hansı qütbdə qərarlaşacağını təyin etmək hər kəsin haqqı olduğu kimi elə Vahid Əhmədovun da haqqıdır. Ancaq və lakin heç kimə özünü qaldırmaq istədiyin yerdə tanıdığın, uzun illər bərabər çalışdığın insanları aşağılaya, yerin dibinə endirmək haqqı verilməyib.

"Mən seçilməsəm bölgə ayağa qalxar" klassik şantaj üslubundan istifadə edən, seçki orqanlarını hədələyən, üç-beş insanı tərifləmək üçün ən azı bir parlament insanı öz pafosunun güdazına verən bir şəxs bilməlidir ki, ona bu cür ikili oyun oynamaq səlahiyyətini, haqqını heç kim verməyib. 

Vahid Əhmədov qeyd edib ki, buradakı Milli Məclisdə 3 nəfərdən başqa hamı saxtakardır. Onu da qeyd edib ki, dövlətin yanındadır, Parlament də dövlətin bir qoludur. Adama deyərlər ki, bəyənmirsən, o zaman niyə oturursan? Həqiqətən vicdanın bu kimi şeylərə dözmürsə, o zaman mandatını qoy, get. Bunu edə bilmirsənsə, yediyin qaba tüpürməzdin bari. "Bir bezin qırağı deyilik" mənzərəsi yaratmaq, təəssürat formalaşdırmaq elə "təmsil etdiyin" (xalqa) insanlara uydurduğun ən böyük yalandır.

Cənab Əhmədov müsahibəsində çox qətiyyətlə və iradəli şəkildə bəyan edir ki, bəs dövlət məmuru ilə deputatın biznesi ola bilməz. Daha doğrusu, məmur və ya deputat vəzifəsindən sui-istifadə edərək biznes maraqlarını təmin etməməlidir.

Tamamilə haqlıdır, qanunlarımız da bunu deyir.

Lakin həmin kəlmələr V.Əhmədovun ifasında ironik təsir bağışlayır. Çünki ədalət carçısı, haqq və ədalət, qanunlara icranın məcburluğunun tərəfdarı görüntüsü yaratmağa çalışan deputatın söylədiklərinə, yumşaq desək, inanmaq çətindir.

Bu səbəbdən də suallar yaranır.

Görəsən, cənab Əhmədov məlum Quba hadisələrində xüsusi canfəşanlıq edən, "hakimiyyətin yanlış qərarları" ilə bağlı danışan deputatı tanımır?

Bəlkə o, sabiq müdafiə naziri Səfər Əbiyevin qohumu olan və ona mənsub şirkətlərin bu səbəbdən nazirliyin keçirdiyi tenderlərin əksəriyyətində "qalib" gəlməsi ilə milyonlar qazanmış deputatın ad soyadını bilər? Çünki həmin deputat indi də Səfər Əbiyevlə Çexiyada bir para biznes maraqlarına və fəaliyyətə malikdir.

Və ən nəhayət, bəlkə cənab Vahid Əhmədov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla "çox məhrəm" münasibətlərə malik, Mahmudovun göstəriş və tapşırıqlarını yerinə yetirən, Mahmudovun hədəf kimi göstərdiyi, "Bu adama qarşı kampaniya başlanmalı, sıxışdırılmalıdır!" göstərişini verdiyi şəxsləri sərt tənqid etməyə başlayan, sonra da bəhs edilən kampaniyaya start verən deputatı tanıyar?

Çünki məhz həmin deputat atasının imkanlarından istifadə, daha doğrusu, sui-istifadə nəticəsində bir şəxs Bakının rayonlarından birində prokuror təyin edilmişdi.

Cənab Vahid Əhmədov, Milli Məclisin deputatı olan həmin şəxsi tanımırsınız?

Vallahi və billahi, o deputatda zərrə qədər cəsarət olsaydı, deputat mandatından könüllü imtina etməlidir.

Vahid Əhmədova gəldikdə isə...

Müstəqillikdən bu yana olan bütün hakimiyyətlərin dönəmlərində vitrində qalmağı bacarmaq manevrlik istedadından, elastik siyasətçi bacarığından xəbər verir. Vahid Əhmədov kimi adamın birdən-birə hakimiyyəti tənqid atəşinə tutması, "mənəm-mənəmlik" iddiası onun əslində atmalı olacağı ən sonuncu addımdır.

Bu isə heç, amma heç yaxşı iş deyil.

Mustafa Ömər Son.az

Raminin atası da 5 il əvvəl öldürülübmüş like
  • 26 Apr 12:24  
Kriminal Raminin atası da 5 il əvvəl öldürülübmüş

Aprelin 22-nə keçən gecə Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci

arrow Ətraflı
18 məktəb direktoru, 14 bağça müdiri like
  • 26 Apr 12:16  
Digərləri 18 məktəb direktoru, 14 bağça müdiri

2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerl

arrow Ətraflı
Azərbaycanlı bloqerin 60 min dolları dostunun başına qoyduğu görüntülər GÜNDƏM OLDU like
  • 26 Apr 12:13  
Şou-biznes Azərbaycanlı bloqerin 60 min dolları dostunun başına qoyduğu görüntülər GÜNDƏM OLDU

Rusiya və MDB ölkələrində məşhurlaşan video bloqer və iş adamı Hüsey

arrow Ətraflı
ATAKII helikopterinin mühərrikləri ilk sınaqdan keçirilib like
  • 26 Apr 12:10  
Digərləri ATAKII helikopterinin mühərrikləri ilk sınaqdan keçirilib

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilə

arrow Ətraflı
Füzulidə Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir like
  • 26 Apr 12:07  
Digərləri Füzulidə Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

Füzuli şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ər

arrow Ətraflı
Azərbaycanlı taksi sürücüsünü Türkiyədə məşhur edən çıxışı like
  • 26 Apr 12:05  
Digərləri Azərbaycanlı taksi sürücüsünü Türkiyədə məşhur edən çıxışı

Qardaş Türkiyədə mayın 14-də keçiriləcək seçkilərə tək qardaş öl

arrow Ətraflı
Sülhməramlılar Gorusda qəza törətdi like
  • 26 Apr 12:02  
Digərləri Sülhməramlılar Gorusda qəza törətdi

Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının idarə etdi

arrow Ətraflı
Sabah İstanbulda TEKNOFEST2023 başlayır like
  • 26 Apr 11:54  
Digərləri Sabah İstanbulda TEKNOFEST2023 başlayır

27 aprel -1 may tarixlərində Türkiyənin İstanbul Atatürk Hava Limanında A

arrow Ətraflı
Aktyor 12 plastik əməliyyatdan sonra 22 yaşında öldü like
  • 26 Apr 11:51  
Şou-biznes Aktyor 12 plastik əməliyyatdan sonra 22 yaşında öldü

Kanadalı aktyor Sent von Koluççi plastik əməliyyatdan Cənubi Koreyadakı x

arrow Ətraflı
Türk dövlətləri ilə əlaqələrimizi daha da dərinləşdirəcəyik like
  • 26 Apr 11:46  
Digərləri Türk dövlətləri ilə əlaqələrimizi daha da dərinləşdirəcəyik

Böyük güc rəqabətinin sürətləndiyi bir zamanda, türk dövlətləri ilə

arrow Ətraflı
Ağdamda və Şuşada orta məktəblərin tikintisi başa çamaq üzrədir like
  • 26 Apr 11:44  
Digərləri Ağdamda və Şuşada orta məktəblərin tikintisi başa çamaq üzrədir

Ağdamda və Şuşada orta məktəblərin tikintisi başa çamaq üzrədir.

arrow Ətraflı
Naxçıvana gedən yük avtomobillərinin xərcləri azaldılıb like
  • 26 Apr 11:40  
Digərləri Naxçıvana gedən yük avtomobillərinin xərcləri azaldılıb

Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin tə

arrow Ətraflı
Türkiyə regionda sülhün və stabilliyin təmini üçün hər şey etməyə hazırdır like
  • 26 Apr 11:37  
Digərləri Türkiyə regionda sülhün və stabilliyin təmini üçün hər şey etməyə hazırdır

Suriyada fəaliyyətimizin tək səbəbi terrorçularla, xüsusilə PKK/YPG/PYD

arrow Ətraflı
Seçkilərin nəticəsi ölkədə terrorla mübarizənin davam edibetməyəcəyini göstərəcək like
  • 26 Apr 11:35  
Digərləri Seçkilərin nəticəsi ölkədə terrorla mübarizənin davam edibetməyəcəyini göstərəcək

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinin

arrow Ətraflı
Müdafiə Nazirliyi ermənilərin təxribatları barədə Rusiya tərəfinə like
  • 26 Apr 11:31  
Siyasət Müdafiə Nazirliyi ermənilərin təxribatları barədə Rusiya tərəfinə

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri aras�

arrow Ətraflı