Ermənistanın işğalı dövründə təbiət abidəsi statuslu 11 ağac məhv edilib
Digərləri 26 Apr 2023 13:00:00 214 0
Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5 688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, 1982-ci ildə qeydiyyata alınan təbiət abidəsi statuslu 11 ədəd qədim ağacın (Şərq çinarı) hamısı məhv edilib, 90-cı illərdə dövlət və sahə balansında qeydiyyata alınan 6 mineral xammal yatağından 3-nün istismar olunduğu məlum olub.
Bu xəbəri də oxu: Aynur Qurbanlıya yüksək vəzifə verildi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Füzulidə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mineral-xammal ehtiyatlarının qiymətlndirilməsi nəticələrinə görə Füzuli rayonu ərazisində yerləşən Quruçay qum-çınqıl yatağının, Dövlətyarlı əhəngdaşı yatağının, Dilağardı əhəngdaşı yatağının istismar olunduğu, Cəbrayıl dağətəyi düzənliyi yeraltı su hövzəsinə daxil olan Füzuli yeraltı su yatağında yeraltı şirin su quyularının tamamilə məhv edildiyi, rayon ərazisində mövcud olmuş bütün kəhriz sistemləri dağıdıldığı qeydə alınıb.
"Füzuli rayonu ərazisinin geoekoloji və radioaktivlik şəraitinin qiymətləndirilməsi məqsədilə kompleks geoloji tədqiqatlar aparılıb, Füzuli şəhəri və ətraf ərazilərin radioaktivliyi qiymətləndirilib
İşğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işlərinin həyata keçirilməsi məqsədilə tikinti materiallarına olan tələbatın ödənilməsi üçün Füzuli rayonu ərazisində yerləşən "Dövlətyarlı" əhəngdaşı yatağının, "Aşağı Güzlək", "Quruçay", qum-çınqıl yataqlarının istismarına icazə verilməsi planlaşdırılıb", - deyə V.Kərimov əlavə edib.
Son.az
Sabahdan zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik av
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Müğənni Niyam Salami növbəti açıqlaması ilə marağa səbəb olub.
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə
İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərb
Deyirlər, qəhrəmanlıq haqda çox düşünənlərin qəhrəman olmağa zamanl
Aprelin 22-nə keçən gecə Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci
2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerl
Rusiya və MDB ölkələrində məşhurlaşan video bloqer və iş adamı Hüsey
Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilə
Füzuli şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ər
Qardaş Türkiyədə mayın 14-də keçiriləcək seçkilərə tək qardaş öl
Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının idarə etdi
27 aprel -1 may tarixlərində Türkiyənin İstanbul Atatürk Hava Limanında A
Kanadalı aktyor Sent von Koluççi plastik əməliyyatdan Cənubi Koreyadakı x