Azərbaycanda yeni növ müavinətlər:
Digərləri 26 Apr 2023 14:15:00 190 0
Əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə və himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ildə 4 dəfə birdəfəlik müavinətlər veriləcək. Bununla bağlı "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklər təklif edilir.
Bu xəbəri də oxu: Məktəblər bağlandı
Son.az xəbər verir ki, yeni müavinətlərin müəyyən edilməsi ilə bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə çıxarılaraq plenar iclasa tövsiyə edilən "Sosial müavinətlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlərin təsis edilməsi nəzərdə tutulur.
Belə ki, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq və himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlərin təyin olunma şərtləri də müəyyənləşib.
Layihəyə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda təyin ediləcək.
Eyni zamanda himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilənin qüvvədə olduğu müddətə müavinət təyin olunacaq. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin ediləcək.
Son.az
Dünən canlı yayım zamanı halı pisləşən Türkiyə Prezidenti Rəcəb Tay
"Xarici müğənnilərin hər şeyi olanda, heç kim təəccüblənmir. Biz
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşç
Artıq yaz fəslinin isti nəfəsini duymaq ərəfəsindəyik. Təbiət oyanmağ
Şahdəniz yatağı üzrə hasilatın ilk günündən bu yana təxminən 189 mil
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan ara
Aprelin 25-də yerli vaxtla saat 08:20-də İsveç Kosmik Şirkəti tərəfində
Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-
CinemaPlus kinoteatrlar şəbəkəsində aprelin 27-dən etibarən "Üçlü
Bu ilin mart ayında Türkiyə Gürcüstana elektrik avadanlıqları məhsullar�
"Bakı özü sürüşmə zonasında yerləşir".
Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində a
Sabahdan zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik av
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand