Formula 1 ilə əlaqədar metronun iş rejimində
Digərləri 26 Apr 2023 11:26:00 242 0
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar "Bakı metropoliteni"nin iş rejimi 2 saat uzadılacaq.
Bu xəbəri də oxu: Bakıda avtomobil partlayıb, xəsarət alan var
Son.az Trend-ə istinadən bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bıxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, aprelin 28-dən 30-dək keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək:
"Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq.
Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək.
Qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq. Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq"
Son.az
Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına x
İtaliyanın mafiya rəsmiləri 2000-ci ildə mafiya üzvünün bacısı ilə ya
Son.az siyasi şərhçi Asif Nərimanlının Axar.az-a müsahibəsini təqdim ed
Latın Amerikalı aktrisa və kinorejissor Salma Hayek çimərlik geyimində fot
Birbank Cashback taksit kartını əldə edən müştərilər üçün yeni qazan
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistan XİN rə
Ziraat Bank Azərbaycan 2023-cü ilin I rübünə dair maliyyə hesabatlarını
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ilin bir
Avropanın enerji böhranının qarşısını almaq yollarını axtardığı bir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prez
Türkiyədə terror təşkilatı PKK-nın siyasi qolu hesab edilən Halkların D
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ü
"Formula 1 Azərbaycan Qran Prisi" yarışları zamanı azarkeş zonas
Azərbaycan və Bolqarıstan birbaşa aviareyslərin açılması üzrə danış�