Ziraat Bank Azərbaycan 2023cü ilin I rübünə dair maliyyə hesabatını açıqladı
Digərləri 26 Apr 2023 10:40:00 243 0
Ziraat Bank Azərbaycan 2023-cü ilin I rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Yayımlanmış hesabatın göstəricilərinə əsasən bank müştərilərinin etimadını qazanmağa davam edir. Belə ki, etimadın əsas göstəricilərindən biri hesab edilən Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 58% artaraq 391 mln. 915 min manatı keçmişdir.
Bu xəbəri də oxu: Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bankın kredit portfelində də ötən ilin I rübü ilə müqayisədə 23% artım müşahidə edilib. Ümumi kredit portfelində diqqət çəkən məqamlardan biri də odur ki, artımın əsas payı hüquqi şəxslərə təqdim edilən biznes kreditlərinin hesabına düşür. Bu da Ziraat Bank Azərbaycanın real sektora olan dəstəyinin əsas göstəricilərindən biridir.
Həmçinin 2022-ci ilin I rübü ilə müqayisədə cəmi aktivlərdə də yüksək artım qeydə alınıb ki, bu da 37,4% təşkil edərək, göstəricinin 617 mln. 408 min manatıkeçməsi ilə nəticələnib.
Bankın uğurları bununla da bitməyib. Belə ki, hesabata əsasən Ziraat Bank Azərbaycanın cəmi kapitalı da son 3 ayda 4% artaraq 110 mln. 653 min manatı keçib. Bankda əhəmiyyətli artımın müşahidə edildiyi göstəricilərdən biri də xalis faiz gəliridir. Bu göstərici üzrə artım ötən ilin I rübü ilə müqayisədə 64% təşkil edib və beləliklə, xalis faiz gəliri hesabat dövrü üzrə 6 mln. 957 min manataçatıb. Bank fəaliyyətinin uğurluluğunun əsas göstəricilərindən biri olan xalis mənfəət də Ziraat Bank Azərbaycandaəhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət 62,63% artaraq 3 mln. 335 min manata yüksəlib.
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ilin bir
Avropanın enerji böhranının qarşısını almaq yollarını axtardığı bir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prez
Türkiyədə terror təşkilatı PKK-nın siyasi qolu hesab edilən Halkların D
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ü
"Formula 1 Azərbaycan Qran Prisi" yarışları zamanı azarkeş zonas
Azərbaycan və Bolqarıstan birbaşa aviareyslərin açılması üzrə danış�
Cari ilin 25 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində &q
Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmi�
"Mahnı və Rəqs" ansamblının fəaliyyətindən gileyliyəm. Yubile
Ali təhsil müəssisəsinin (ATM) akkreditasiya prosesi ümumi olaraq 6 ay müd
Aliment.az boşanma, aliment və uşaqla ünsiyyətlə bağlı məhkəmə mübah
Qadınlar birini həqiqətən sevdikdə və aşiq olduqda çox fərqli davranır