Avrasiyanın enerji xəritəsini yenidən cızırıq: İlham Əliyev növbəti dəfə qaz böhranının


Siyasət 26 Apr 2023 10:34:00 217 0

Avrasiyanın enerji xəritəsini yenidən cızırıq: İlham Əliyev növbəti dəfə qaz böhranının

Avropanın enerji böhranının qarşısını almaq yollarını axtardığı bir vaxtda Azərbaycan növbəti dəfə region ölkələrinin köməyinə çatdı. Dünən Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı imzalanmış Anlaşma Memorandumu Azərbaycanla Aİ ölkələri arasında enerji tərəfdaşlığının möhkəmlənməsi üzrə daha bir addımdır.

Son.az Trend-ə istinadən bildirir ki, Bolqarıstan tərəfindən təklif edilmiş və Avropa Komissiyası tərəfindən dəstəklənmiş, "Həmrəylik halqası" (STRING) təşəbbüsü çərçivəsində hazırlanmış bu sənədin mahiyyəti Aİ, habelə Mərkəzi və Cənub-Şərqi Avropaya stabil təbii qaz tədarükünün təmin olunmasından ibarətdir. Bu təşəbbüs çərçivəsində əlavə qaz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernizasiya olunmuş qaz nəqli şəbəkələri ilə tədarük olunacaq.

Azərbaycan STRING təşəbbüsünün həyata keçirilməsində xüsusilə mühüm rol oynayır. Anlaşma Memorandumunun imzalanma mərasimindən sonra SOCAR-ın Sofiyada yeni ofisinin açılış mərasimi olub. Bundan başqa, "SOCAR Trading"in Avropada təbii qaz ticarəti həyata keçirmək üçün lisenziyası artıq təsdiq olunub.

İmzalanma mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya, bu ildən başlayaraq isə Rumıniyaya ixrac edilir.

Bundan başqa, bütün lazımi infrastruktur hazır olarsa, bu ilin sonundan etibarən Azərbaycan qazı Macarıstana və Slovakiyaya da çatdırılacaq.

2021-ci ildə Avropaya tədarük olunan Azərbaycan qazı 8 milyard kubmetr idisə, 2022-ci ildə tədarük artıq 11 milyard kubmetrə çatıb. Ölkə bu il regiona qaz ixracını 12 milyard kubmetrə çatdırmağı planlaşdırır. Ümumilikdə 2023-cü ildə dünya bazarına Azərbaycan qazının tədarükünün 24,5 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Bu həcmin təqribən yarısının Avropanın payına düşməsi faktı isə özü-özlüyündən xəbər verir.

"Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq", - Prezident İlham Əliyev deyib.

Sofiyada keçirilən tədbirdə bir sıra yüksək səviyyəli qonaqlar iştirak edib və onların hər biri Azərbaycana təşəbbüsünə görə minnətdarlığını və dəstəyini bildirib.

Tədbirdə çıxış edən Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın təkcə Bolqarıstanın deyil, bütün Aİ-nin strateji tərəfdaşı olduğunu qeyd edib.

"Deyə bilərəm ki, bugünkü uğur əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır. Son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir. Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir", - o deyib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz növbəsində hazırda Azərbaycan qazının tədarükünün Avropadakı enerji böhranının ən səmərəli həll yolu olduğunu qeyd edib.

Sofiyada baş tutan mərasimin kuluarlarında çıxış edən Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Azərbaycanın regionda mühüm enerji tədarükçüsü rolunu qoruyub saxlamaqda olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson həmçinin qeyd edib ki, Avropa Komissiyası Azərbaycanla çalışmağa davam edəcək, belə ki, ölkə özünün etibarlı tərəfdaş olduğunu sübut edib.

Azərbaycanın bu gün Avropa üçün etdiyi regionda artmaqda olan enerji böhranını yumşaltmağın ən səmərəli yolu oldu. Bu faktla razılaşanların və Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışanların sayı ancaq artır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sazişləri və ya bəyannamələri imzalamaqla və qəbul etməklə artıq Aİ ölkələrinin üçdə biri ilə möhkəm əlaqələri təmin edib. İndi Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında son dərəcə mühüm qaz infrastrukturunun inkişafına və modernizasiyasına sərf etdiyi böyük səylərin bəhrəsini Avropa görə bilər və sarsıdıcı enerji böhranı artıq elə də həlledilməz görünmür. Prezident İlham Əliyevin hələ 2020-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsinin işə salınması ilə başlayan uzaqgörən enerji siyasəti bu gün Avropaya bu çətin vaxtlarda kömək etməyin yeganə olmasa da, ən uğurlu və düzgün yolu olaraq özünü sübut edir.

Son.az 

Ermənistanla sərhəddən Prezident İlham Əliyevə məruzə olundu, like
  • 26 Apr 10:30  
Siyasət Ermənistanla sərhəddən Prezident İlham Əliyevə məruzə olundu,

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin

arrow Ətraflı
Paşinyanla Şarl Mişel arasında telefon danışığı olub like
  • 26 Apr 10:23  
Dünya Paşinyanla Şarl Mişel arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prez

arrow Ətraflı
Erməni deputatdan Türkiyəni birbirinə vuran like
  • 26 Apr 10:20  
Digərləri Erməni deputatdan Türkiyəni birbirinə vuran

Türkiyədə terror təşkilatı PKK-nın siyasi qolu hesab edilən Halkların D

arrow Ətraflı
Ordumuz şərti düşmən hədəflərini belə məhv etdi like
  • 26 Apr 10:17  
Siyasət Ordumuz şərti düşmən hədəflərini belə məhv etdi

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ü

arrow Ətraflı
Bu əşyaları Formula 1 zamanı azarkeş zonasına gətirmək qadağandır like
  • 26 Apr 10:11  
Digərləri Bu əşyaları Formula 1 zamanı azarkeş zonasına gətirmək qadağandır

"Formula 1 Azərbaycan Qran Prisi" yarışları zamanı azarkeş zonas

arrow Ətraflı
Bolqarıstana birbaşa aviareyslər açıla bilər like
  • 26 Apr 10:06  
Siyasət Bolqarıstana birbaşa aviareyslər açıla bilər

Azərbaycan və Bolqarıstan birbaşa aviareyslərin açılması üzrə danış�

arrow Ətraflı
İrəvanda bu abidənin açılmasını qətiyyətlə pisləyirik like
  • 26 Apr 10:01  
Siyasət İrəvanda bu abidənin açılmasını qətiyyətlə pisləyirik

Cari ilin 25 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində &q

arrow Ətraflı
Qarabağa göndərilən generalın like
  • 26 Apr 09:56  
Digərləri Qarabağa göndərilən generalın

Moskva tezliklə Ermənistanda hərəkətə keçəcək.

arrow Ətraflı
Tərtərdə mina partladı: like
  • 26 Apr 09:49  
Digərləri Tərtərdə mina partladı:

Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmi�

arrow Ətraflı
Ali təhsil müəssisələrində akkreditasiya prosesi yekunlaşıb? like
  • 26 Apr 09:38  
Digərləri Ali təhsil müəssisələrində akkreditasiya prosesi yekunlaşıb?

Ali təhsil müəssisəsinin (ATM) akkreditasiya prosesi ümumi olaraq 6 ay müd

arrow Ətraflı
Evinizi tərk etmədən aliment, boşanma və uşaqla ünsiyyət hüquqlarınızı təmin edirik like
  • 26 Apr 09:35  
Digərləri Evinizi tərk etmədən aliment, boşanma və uşaqla ünsiyyət hüquqlarınızı təmin edirik

Aliment.az boşanma, aliment və uşaqla ünsiyyətlə bağlı məhkəmə mübah

arrow Ətraflı
Qadınların aşiq olduğunu göstərən davranışları like
  • 26 Apr 09:21  
Digərləri Qadınların aşiq olduğunu göstərən davranışları

Qadınlar birini həqiqətən sevdikdə və aşiq olduqda çox fərqli davranır

arrow Ətraflı
Məşhur müğənni və ictimai xadim vəfat edib like
  • 26 Apr 09:11  
Şou-biznes Məşhur müğənni və ictimai xadim vəfat edib

Məşhur amerikalı müğənni, aktyor və ictimai xadim Harri Belafonte vəfat

arrow Ətraflı
XİN İsrailin müstəqilliyinin 75ci ildönümü ilə bağlı təbrik ünvanlayıb  FOTO like
  • 26 Apr 08:54  
Siyasət XİN İsrailin müstəqilliyinin 75ci ildönümü ilə bağlı təbrik ünvanlayıb FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrail Dövlətinin müstəqill

arrow Ətraflı