AQTAya yeni səlahiyyət verildi
Digərləri 25 Apr 2023 20:31:00 213 0
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, "Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası" təsdiq edilib.
Bu xəbəri də oxu: Türkiyədə çovğun Yüzlərlə insan yardım gözləyir
Son.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bu Qayda "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.11-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydasını müəyyən edir.
Bu Qaydaya əsasən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Bu Qaydaya əsasən Agentlik tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxalına yol verilir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının ərazisinə qida və yem məhsulları idxal etmək istəyən ölkələrin qida təhlükəsizliyi sahəsində səlahiyyətli qurumları (bundan sonra - xarici səlahiyyətli qurum) xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması üçün bu Qaydaya uyğun olaraq diplomatik kanallar vasitəsilə Agentliyə müraciət etməlidir.
Qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma zamanı istinad edilən qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyasına dair tələblər müəyyənləşdirən texniki normativ hüquqi aktların xarici səlahiyyətli qurumun müraciətinə uyğun olaraq hamısının, birinin və ya bir neçəsinin ekvivalentliyinin tanınması həyata keçirilə bilər.
İngiltərənin "Daily Star" nəşri dünyaca məşhur öngörücü No
Türkiyəli aktyor Sarp Levendoğlu yeni münasibətə başlayıb.
İnfluenser Səbinə Orucova (Sabiorudjeva) evini satışa qoyub.
Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə
Rusiyanın Moskva şəhəri və ətraf ərazilərdə gecə saatlarında sakinlə
ABŞ-nin keçmiş prezidenti Donald Tramp təcavüzdə ittiham olunub.
"Qaz İxrac" İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM&qu
ADA Universiteti Boloniya Universiteti ilə birgə kənd təsərrüfatı və qid
"3-4 yeni mahnı yazdırıram, inşallah ki, tezliklə tamaşaçılara təq
Şəkidə 30 yaşlı qadın itkin düşüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq müha
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqar�
"Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digər