ADA universitetində yeni kənd təsərrüfatı və qida elmləri fakültəsi yaradılacaq
Digərləri 25 Apr 2023 18:22:00 231 0
ADA Universiteti Boloniya Universiteti ilə birgə kənd təsərrüfatı və qida sisteminin idarə olunması üzrə sertifikasiya proqramını işə salmaqla yeni kənd təsərrüfatı və qida elmləri fakültəsinin yaradılması üçün təməl qoyur.
Bu xəbəri də oxu: Tələbələrə ŞAD XƏBƏR: Borclar bağışlandı
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal İtaliya-Azərbaycan Universiteti çərçivəsində ADA Universiteti və Boloniya Universitetinin kənd təsərrüfatının və qida sisteminin idarə olunması üzrə birinci qısamüddətli birgə sertifikasiya proqramının açılış mərasiminin kuluarlarında jurnalistlərə deyib.
"Bugünkü layihə ilə biz ADA Universitetində yeni fakültənin yaradılması üçün təməl qoyuruq. Bu fakültə ölkənin kənd təsərrüfatı və qida elmləri sahəsində kadr potensialını artırmasına imkan verəcək. Bu fakültənin yaradılması strateji əhəmiyyət daşıyır. Universitetimiz bu sahədə kadr potensialının hazırlanması üzrə uzun illər ərzində toplanmış təcrübəni tətbiq etməyi və ölkənin kənd təsərrüfatı və qida sənayesinin inkişafına öz töhfəsini verməyi planlaşdırır", - deyə o əlavə edib.
Xatırladaq ki, aprelin 25-də ADA Universiteti və Boloniya Universitetinin kənd təsərrüfatının və qida sisteminin idarə olunması üzrə birinci qısamüddətli birgə sertifikasiya proqramının açılış mərasimi baş tutub.
"3-4 yeni mahnı yazdırıram, inşallah ki, tezliklə tamaşaçılara təq
Şəkidə 30 yaşlı qadın itkin düşüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq müha
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqar�
"Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digər
"Unibank" KB ASC 2023-cü ilin birinci rübü üzrə əsas maliyyə g�
Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət
"Bu gün küsülü dediyiniz insanla məhkəmə prosesi gedir. Məhkəməy�
Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.
Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi
Belarusun Minsk şəhərində Azərbaycan vətəndaşı 12 il 2 ay müddətində
Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılar�
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan üçüncü dəfə nən
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbayc
Ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb ki, bunun