Unibank birinci rübü mənfəətlə başa vurub
Digərləri 25 Apr 2023 16:50:00 290 0
"Unibank" KB ASC 2023-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti 15 milyon manata yaxın olub. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. Dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% artaraq, 75 milyon manata yaxınlaşıb. Bunun 48 milyon manatı faiz gəlirləri, 27milyon manatı isə qeyri-faiz gəlirləri hesabınadır. Beləliklə bank birinci rübü 4,3 milyon manat xalis mənfəətlə başa vurub.
Bu xəbəri də oxu: Türkiyədə stüardessalar bu qədər maaş alır Açıqlama
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin ilk rübünü bank üçün uğurlu dövrlərdən hesab edir: "Unibank komandası rüb ərzində əzmlə çalışıb. Deyə bilərik ki, bu il üçün qarşıya qoyduğumuz hədəflərə doğru ciddi addımlar atdıq. Müştərilərimiz üçün faydalı bank məhsulları və xidmətlərinin həyata keçirilməsi və daxili investisiya layihələrinin icrası birinci rüb ərzində davam etdirilib. Həyata keçirilən tədbirlərin nəticəsi, bu ilin ilk rübü üzrə maliyyə nəticələrinə də müsbət təsirini göstərib. Bu il üçün yeni daxili inkişaf layihələrimiz və müştərilərimiz üçün planladığımız yeniliklər var. 2023-cü ilin ölkə bank sektoru, eləcə də Unibank üçün əhəmiyyətli illərdən biri olacağını düşünürük".
2023-cü ilin 1-ci rübü ərzində bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə "Unibank"ın ümumi kredit portfelinin həcmi 20% artıb.
Hər zaman olduğu kimi biznesin kreditləşməsi "Unibank"ın prioritetləri sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. Dövr ərzində real sektorun inkişafına ayrılmış kreditlərin məbləği ötən ilin birinci rübü ilə müqayisədəartaraq, 83 milyon manata yaxınlaşıb. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq 290 milyon manata yaxın olub. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41%-ə yaxın artıb. Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 64% artaraq, 145 milyon manata çatıb. Verilən mikrokreditlərin həcmi isə 2022-ci ilin birinci rübü ilə müqayisədə 35% artaraq, 47 milyon manata çatıb.
2023-cü ilin ilk rübündə bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 30% artaraq, 134 milyon manat olub. Rüb ərzində bankın aktivləri bir qədər də artaraq, 1 milyard 446 milyon manatı ötüb.
Ötən müddət ərzində "Unibank"ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 78 milyon manat artaraq, rübün yekununda 548 milyon manat təşkil edib.
Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət
"Bu gün küsülü dediyiniz insanla məhkəmə prosesi gedir. Məhkəməy�
Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.
Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi
Belarusun Minsk şəhərində Azərbaycan vətəndaşı 12 il 2 ay müddətində
Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılar�
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan üçüncü dəfə nən
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbayc
Ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb ki, bunun
Udquna bilməmək, boğazda şişlik, qızartı, ağrı və yanma kimi əlamətl
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiymət
Sahibkarları işğaldan azad olunmuş ərazilərin bərpasına və tikintisinə
"Həmrəylik halqası" Avropada enerji tərəfdaşlığının möhkəm
Azərbaycanla Ermənistan arasındakı problemlərin həllində "əsas vasi