“Heydər Əliyev siyasəti bugünkü uğurlarımızın özülünü təşkil edir” – sahibkarlar Prezidentə müraciət ünvanladılar


Siyasət 25 Apr 2023 14:59:00 192 0

“Heydər Əliyev siyasəti bugünkü uğurlarımızın özülünü təşkil edir” – sahibkarlar Prezidentə müraciət ünvanladılar

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunmuş, iqtisadiyyatımızın müasir bazar münasibətlərinə keçidi uğurla başa çatmışdır. Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin qüdrətinin artması, xalqımızın rifah səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi infrastrukturun müasirləşdirilməsi inkişaf tariximizin yeni bir mərhələsinə qədəm qoymağımıza imkan yaratmışdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda Bakıda keçirilən konfransın iştirakçılarının Prezident İlham Əliyevə müraciətində yer alıb.

Müraciətdə bildirilir ki, yüksək texnoloji yeniliklərin müşahidə edildiyi, rəqabətin artdığı, beynəlxalq geosiyasi vəziyyətin kəskinləşdiyi dünyada xalq-dövlət, sahibkar-dövlət birliyinin önəmi daha da artır: "Ümummilli Lider Heydər Əliyevin siyasətinin ana xəttini təşkil edən milli birlik, ölkəmizin maraqlarının prioritet təşkil etdiyi müstəqil xarici və daxili siyasət indi də öz aktuallığını qoruyub saxlayır. Sizin Heydər Əliyev ideyalarına söykənərək atdığınız qəti addımlar və uzaqgörən siyasətiniz bugünkü uğurlarımızın özülünü təşkil edir. Digər sahələr kimi sahibkarlığa, özəl təşəbbüsə dəstəyiniz nəticəsində 2022-ci ilin yekunlarına görə, Azərbaycanda ÜDM-də özəl sektorun payı 84 faizi, məşğulluqda isə 70 faizi ötmüşdür. Bu, Sizin də daim qeyd etdiyiniz kimi, sahibkarları sosial-iqtisadi inkişafın əsas lokomotivinə çevirmişdir".

Ölkəmizdə sahibkarlığın inkişafında Heydər Əliyevin bu sahədəki xüsusi xidmətlərinin xatırlandığı müraciətdə qeyd olunur ki, Ulu Öndərin uzaqgörən neft strategiyası, müstəqilliyimizin ilk illərində Azərbaycanın dünyanın ən böyük dövlətləri və mötəbər transmilli korporasiyaları ilə imzaladığı "Əsrin müqaviləsi" ölkəmizi dünya iqtisadi xəritəsində önəmli bir mövqeyə yüksəltmiş, başda neft sektoru olmaqla, digər sahələrdə də xarici investisiyanın, texnologiya və bacarıqlar transferinə böyük imkanlar açmışdır. Heydər Əliyev dühası əsas sərvətimiz olan neftin Azərbaycan iqtisadiyyatının formalaşmasına və siyasi müstəqilliyin güclənməsinə xidmət göstərməsini təmin etmişdir. Hər bir azərbaycanlı kimi, bizim üçün də Heydər Əliyevin həyat yolu, şəxsiyyəti ən gözəl örnəkdir. Məhz bu örnək xalqa bağlılıq, dövlətçiliyə sədaqət, inkişaf və tərəqqi yoludur.

"Heydər Əliyevin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu bir zamanda Ulu Öndərimiz Azərbaycan sahibkarları tərəfindən bir daha dərin hörmət və ehtiramla yad edilir. Ümummilli Liderin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız Sizin rəhbərliyiniz altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanırlar. Biz - Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfransın iştirakçıları Sizi əmin edirik ki, işğaldan azad olunmuş Qarabağda ən yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, bərəkətli torpaqlarımıza yenidən həyatın qayıtması, əhalinin rifah halının yaxşılaşdırılması, ümumilikdə isə iqtisadiyyatımızın inkişafı istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik", - deyə müraciətdə qeyd olunur.

Azad olunmuş ərazilərə ayrılan vəsaitin auditi üzrə əsas nəticələr açıqlanıb like
  • 25 Apr 14:58  
Digərləri Azad olunmuş ərazilərə ayrılan vəsaitin auditi üzrə əsas nəticələr açıqlanıb

Ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb ki, bunun

arrow Ətraflı
Boğaz ağrısı və öskürək like
  • 25 Apr 14:55  
Digərləri Boğaz ağrısı və öskürək

Udquna bilməmək, boğazda şişlik, qızartı, ağrı və yanma kimi əlamətl

arrow Ətraflı
Qızılın qiyməti yenidən 2 000 dolları ötüb like
  • 25 Apr 14:24  
Digərləri Qızılın qiyməti yenidən 2 000 dolları ötüb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiymət

arrow Ətraflı
Mikayıl Cabbarovdan sahibkarlara çağırış like
  • 25 Apr 14:20  
Digərləri Mikayıl Cabbarovdan sahibkarlara çağırış

Sahibkarları işğaldan azad olunmuş ərazilərin bərpasına və tikintisinə

arrow Ətraflı
Yeni rəisdən ilk təyinat like
  • 25 Apr 14:19  
Digərləri Yeni rəisdən ilk təyinat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rə

arrow Ətraflı
"Azərbaycanla enerji tərəfdaşlığında yeni səhifə açırıq" like
  • 25 Apr 14:18  
Digərləri "Azərbaycanla enerji tərəfdaşlığında yeni səhifə açırıq"

"Həmrəylik halqası" Avropada enerji tərəfdaşlığının möhkəm

arrow Ətraflı
Fransanın XİN başçısı Bakıya niyə gəlir? like
  • 25 Apr 14:16  
Siyasət Fransanın XİN başçısı Bakıya niyə gəlir?

Azərbaycanla Ermənistan arasındakı problemlərin həllində "əsas vasi

arrow Ətraflı
Svetlana Quzikova vəfat etdi like
  • 25 Apr 14:14  
Şou-biznes Svetlana Quzikova vəfat etdi

Rusiyanın Əməkdar artisti Svetlana Quzikova vəfat edib.

arrow Ətraflı
Azərbaycan və Bolqarıstan prezidentləri Sofiyada SOCARın ofisinin açılışında iştirak ediblər  FOTO like
  • 25 Apr 14:13  
Siyasət Azərbaycan və Bolqarıstan prezidentləri Sofiyada SOCARın ofisinin açılışında iştirak ediblər FOTO

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin aç�

arrow Ətraflı
“Azəriqaz” sədri Biləsuvardakı partlayışdan danışdı like
  • 25 Apr 13:54  
Digərləri “Azəriqaz” sədri Biləsuvardakı partlayışdan danışdı

Dünən Biləsuvar rayonunda qaz sızması səbəbi ilə baş vermiş partlayı�

arrow Ətraflı
Ayanın yaşadığı bina çökə bilər  Bu məsələyə ciddi yanaşmalıdır  VİDEO like
  • 25 Apr 13:52  
Şou-biznes Ayanın yaşadığı bina çökə bilər Bu məsələyə ciddi yanaşmalıdır VİDEO

Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətçidir.  

arrow Ətraflı
Qarabağda hər şeyin dəyişdiyi gün  Bölgədə sülh və əminamanlığı təmin edəcək like
  • 25 Apr 13:50  
Digərləri Qarabağda hər şeyin dəyişdiyi gün Bölgədə sülh və əminamanlığı təmin edəcək

Rusiyada fəaliyyət göstərən Xəzər Strateji Araşdırmalar İnstitutunun b

arrow Ətraflı
Bakıda “tiryəkxana” aşkarlanıb  VİDEO  FOTO like
  • 25 Apr 13:48  
Kriminal Bakıda “tiryəkxana” aşkarlanıb VİDEO FOTO

Xətaidə narkotiklərin satışı ilə məşğul olan, evində "tiryəkxan

arrow Ətraflı
İş adamı Novxanıdakı bağ evində arvadını niyə öldürüb?  Təfərrüat like
  • 25 Apr 13:00  
Kriminal İş adamı Novxanıdakı bağ evində arvadını niyə öldürüb? Təfərrüat

Ötən ilin may ayında Abşeron rayonu Novxanı bağlarında yerləşən bağ e

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 25 Apr 12:50  
Digərləri Sabah yağış yağacaq

Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı