İş adamı Novxanıdakı bağ evində arvadını niyə öldürüb? Təfərrüat


Kriminal 25 Apr 2023 13:00:00 253 0

İş adamı Novxanıdakı bağ evində arvadını niyə öldürüb?  Təfərrüat

Ötən ilin may ayında Abşeron rayonu Novxanı bağlarında yerləşən bağ evinin həyətində arvadı İlahə İsgəndərovanı xüsusi amansızlıqla qətlə yetirən iş adamı, 1971-ci il təvəllüdlü Tofiq Həsənovun məhkəməsi başa çatıb.

Son.az bildirir ki, news24.az-ın əldə etdiyi məlumata görə, Tovuz rayonundan olan və Rusiyada biznes fəaliyyəti göstərən Tofiq Həsənov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilib. 

Bildirilib ki, T.Həsənovdan boşanmaq istəyən arvadnı 14 bıçaq zərbəsi ilə qətlə yetirərkən İlahənin anası da orada olub və hadisələr onun gözü qarşısında baş verib.

Qadın qızını xilas etməyə çalışarkən bıçaq onun əlini kəsib. Həmçinin qeyd edilib ki, İ.İsgəndərova hyat yoldaşının aldığı bağ evinə ərini buraxmırmış. Tofiq Həsənov iddia edib ki, arvadı onun Bakıda aldığı evləri və seyfdə saxladığı 200 min manata yaxın pulu ələ keçirib.

T.Həsənov məhkəmədəki ifadəsində deyib: 

"1999-cu ildə Rusiyadan Tovuza gəlib, ailəvi tanışımız olan İlahə ilə evlənmişdim, 2 övladımız oldu və Rusiyada birgə yaşayırdıq. 2012-ci ildə uşaqların təhsili ilə əlaqədar Bakı şəhərinə gəlib Nərimanov rayonundan 3 otaqlı mənzil aldım və İlahə uşaqlarla daimi Bakı şəhərində yaşamağa başladı. Mən də ildə 3-4 dəfə Rusiyadan Bakıya gəlirdim, tez-tez ailəmin dolanışığı üçün pul göndərirdim. 2016-cı ildə Bakı şəhərində Xətai rayonundan 3 otaqlı ev, 2019-cu ilin yay aylarında isə istirahət etmək üçün Novxanı bağlarında bağ evi aldım. Övladlarım təhsili almaq üçün Türkiyəyə getdikdən sonra qaynanam İlahə ilə birgə Xətaidəki evdə yaşamağa başladı. İlahə 2019-cu ildən Nərimanov rayonunda yerləşən uşaq bağçasında müəllimə kimi işləməyə başladı.

2021-ci ilin dekabrın sonlarında Rusiya Federasiyasından Azərbaycana gəldim və aramızdakı problemlər bundan sonra başladı. Onun məndən çox soyuduğunu gördüm. 2022-ci il yanvarın 30-da Rusiyaya getdim və oradan İlahəyə zəng vursam da o, zənglərə cavab vermirdi. 30 mart 2022-ci il tarixdə Bakıya gəldim, lakin İlahə məni görən kimi "sənin nə işin var burda nə üçün mənə deməmiş Azərbaycana gəlmisən" bildirməklə həmin gün saat 02-dək evə gəlmədi. İlahə mənimlə yaşamaq istəmədiyini, boşanacağını dedi. Rusiyadan pulsuz gəldiyimdən İlahədən evdə olan pullarını istədikdə o, pulunun olmadığını deyərək anası ilə birlikdə bacısının yaşadığı Günəşli qəsəbəsindəki evə getdi, mənə pul vermədi və məhkəmədə görüşəcəyini dedi. Sonra Əkbər adlı polis əməkdaşı mənə zəng edərək nə üçün Azərbaycana gəldiyimi soruşdu. Evə gedib, seyfə açıb baxdıqda evdə olmalı 165.000 dollar puldan sadəcə 12.000 dollar pulun qalmasını gördüm. Bundan başqa, seyfdə dəftər tapdım və İlahənin pulları faizə verdiyini aşkar etdim".

Təqsirləndirilən şəxs əlavə edib ki, arvadı onunla boşanacağnı bildirib və aldığı bağ evinə buraxmayıb: "İlahə məni görmək istəmədiyini və boşanacağını deyib üstümə ayaqqabı və müxtəlif əşyalar ataraq evdən qovdu. Daha sonra boşanmaq üçün Tovuz rayon məhkəməsində iddia qaldırdı. 2022-ci il mayın 8-də saat günorta vaxtı İlahə ilə barışmaq üçün qardaşım arvadı ilə Novxanı qəsəbəsində yerləşən bağa getdim. Lkain o, məni evə buraxmadı. Bir müddət sonra hasarı aşıb həyətə daxil oldum, təxminən 3 saat həyətdə oturdum. İlahə həyətə çıxanda onu görüb "nə gəzirsən burda çıx rədd ol burdan" deyərək üstümə gəlib təhqir etdi. Həmin vaxt qayınanam və qardaşım arvadı evdə idi. İlahənin hərəkətlərinə əsəbləşərək həyətdən dəstəyi qırmızı rəngli bıçağı götürüb İlahənin müxtəlif nahiyələrinə vurmağa başladım. Sonra maşınla Nərimanov rayon polis idarəsinə gedərək təslim oldum".

T.Həsənov həmçinin qeyd edib ki, Rusiyada ticarətlə məşğul olduğu vaxt İlahə və övladları üçün aylıq 10.000 manatadək pul göndərib. O, hadisənin konkret səbəbini isə belə göstərib: "İlahənin özü bağçada müəllimə işləyirdi. Bizim aramızda olan mübahisənin yaranma səbəbi isə İlahənin mənə xəyanət etməsindən şübhələnməyim oldu. Belə ki, İlahəyə aldığım "Toyota Rav 4" markalı maşında və evin yataq otağında siqaret yandırmaq üçün istifadə olunan alışqan tapmışdım, halbuki İlahə siqaret çəkən deyildi.  İlahə zənglərimə cavab vermirdi və evə gecə gəlirdi".

Məhkəmədə ifadə verən şahidlər İlahədən faizlə pul götürmələrini təsdiq ediblər. Həmçinin ifadə verən Z.Salmanov Sumqayıtdakı məşhur restoranlardan birinin rəhbəri olduğunu İlahəni müştəri kimi tanıdığını və müştəri kimi münasibətlərinin olduğunu deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə arvadını amansızlıqla öldürən biznesmen 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Sabah yağış yağacaq like
  • 25 Apr 12:50  
Digərləri Sabah yağış yağacaq

Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Hadisenin çılpaq çəkildiyi klipinin kameraarxası görüntüləri yayılıb  FOTO like
  • 25 Apr 12:48  
Şou-biznes Hadisenin çılpaq çəkildiyi klipinin kameraarxası görüntüləri yayılıb FOTO

Hadise "Feryat" klipinin kameraarxası görüntülərini yayımlayıb.

arrow Ətraflı
"Arxanca da danışacaqlar"  Mehin qısa geyimi ilə göz oxşadı  VİDEO  FOTO like
  • 25 Apr 12:12  
Şou-biznes "Arxanca da danışacaqlar" Mehin qısa geyimi ilə göz oxşadı VİDEO FOTO

Müğənni və aparıcı Mehin Hümbətova "bir güllə ilə iki dovşan vu

arrow Ətraflı
Kiçik və orta biznes Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayır  Xalid Əhədov like
  • 25 Apr 11:56  
Digərləri Kiçik və orta biznes Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayır Xalid Əhədov

Kiçik və orta biznes (KOB) ölkə iqtisadiyyatının inkişafında mühüm rol

arrow Ətraflı
Sahibə Qafarova Vahid Əhmədovla bağlı tapşırıq verdi like
  • 25 Apr 11:54  
Siyasət Sahibə Qafarova Vahid Əhmədovla bağlı tapşırıq verdi

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından b

arrow Ətraflı
Kapital Bankdan “Sahibkarlar Günü”nə sərfəli təklif like
  • 25 Apr 11:52  
Digərləri Kapital Bankdan “Sahibkarlar Günü”nə sərfəli təklif

Kapital Bank 25 aprel - Sahibkarlar Günü münasibətilə kiçik, orta və iri

arrow Ətraflı
Deputatlar Vahid Əhmədovu sərt tənqid etdilər like
  • 25 Apr 11:48  
Siyasət Deputatlar Vahid Əhmədovu sərt tənqid etdilər

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından b

arrow Ətraflı
Tanınmış videoqrafın Bakıda dəbdəbəli toyu oldu  VİDEO  FOTO like
  • 25 Apr 11:36  
Şou-biznes Tanınmış videoqrafın Bakıda dəbdəbəli toyu oldu VİDEO FOTO

Tanınmış rejissor, videoqraf Hüseyn Qəribov ailə qurub.

arrow Ətraflı
İlham Əliyev Bolqarıstana işgüzar səfərə gedib like
  • 25 Apr 11:25  
Siyasət İlham Əliyev Bolqarıstana işgüzar səfərə gedib

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıs

arrow Ətraflı
Bu məsələ ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub  AQTA sədri like
  • 25 Apr 11:24  
Digərləri Bu məsələ ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub AQTA sədri

"Birinci Böyük Qayıdış Proqramı"nda işğaldan azad edilən əra

arrow Ətraflı
Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək like
  • 25 Apr 11:14  
Siyasət Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilm�

arrow Ətraflı
Səhvən başqa maşına mindiyi üçün güllələndi like
  • 25 Apr 11:12  
Dünya Səhvən başqa maşına mindiyi üçün güllələndi

ABŞ-də yanacaqdoldurma məntəqəsində təsadüfən başqasının maşınına

arrow Ətraflı