Məşhur Azərbaycan mahnısı 66 il sonra dünyanı qorxuya saldı –
Kriminal 06 Yan 2025 10:55:00 100 0
Azərbaycan ən məşhur uşaq mahnılarından "Cücələrim" bütün dünyada trend olub.
Son.az xəbər verir ki, mahnının orijinal və remiks versiyaları sosial şəbəkələrdə aktiv şəkildə paylaşılaraq milyonlarla izlənir.
Mahnının ilk remiks versiyası geniş izləyici kütləsi olan xarici sosial şəbəkə səhifələrində paylaşılıb. Daha sonra 1959-cu ildə geniş auditoriyada ifa olunduğu kadrlar tapılıb və o da yayılıb. Bir müddətdir sürətlə paylaşılan mahnı daha geniş auditoriyaya çatdıqca barəsində reallığa uyğun gəlməyən qorxulu hekayələr uydurulub. Belə ki, musiqi bəstəkar Qəmbər Hüseynli, sözləri isə şair Tofiq Mütəllibova aid olan "Cücələrim"i daha böyük tamaşaçı qarşısında 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Əməkdar artist Suğra Bağırzadə ifa edib. Müxtəlif səhifələr ifanın orijinal videosunu "sözlərini anlamır, hansı dildə olduğunu bilmirik, lakin qorxu hiss etdirir" başlıqları ilə paylaşırlar. Bir çox sosial şəbəkə istifadəçisi də musiqi və ifanın onlara qorxu hiss etdirdiyini, lakin sözlərin mənasını öyrəndikdən sonra bunu xoş bir uşaq mahnısı kimi dinlədiklərini yazıblar.
Bəzi səhifələrdə ifa ilə bağlı guya görnütülərinin SSRİ dövründə yaşamış bir qrup uşağın nasist Almaniyasının təcrübə qurbanı olmadan son anları olduğu qeyd edilir. Bəziləri də bu uşaqların kütləvi qırğına məruz qaldığını, ifanın yaxşı məna daşımadığını yazır. Lakin bir çox azərbaycanlı sosial şəbəkə istifadəçiləri paylaşımlara rəy bildirərək bunun sadəcə pozitiv bir uşaq mahnısı olduğunu bildirir, "Cücələrim" haqqında məlumatları qeyd edirlər.
Mahnının ifaçısı Suğra Bağırzadə də mahnının dünyada trend olması fonunda öz İnstaqram hesabında 1959-cu ildəki ifanı paylaşıb. Əməkdar artist mahnının yazılış tarixi, ilk dəfə ifa olunması ilə bağlı məlumatları qeyd edib.
Qeyd edək ki, "Cücələrim" uzun illərdir bütün dünyada ən çox tanınan Azərbaycan mahnılarında biridir. Mahnının musiqi ilk olaraq 1949-cu ildə ərsəyə gətirilib, daha sonra sözlər yazılıb. Məlumatlara görə, 1950-ci illərdə Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Kino işçiləri həmin tədbirdə aktyor Çarli Çaplinlə görüşürlər. Çaplin qonaqların haradan gəlməsi ilə maraqlanır. Azərbaycan adı eşitikdən sonra pianonun arxasına keçərək "Cücələrim"in melodiyasını ifa edir və deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin".
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yanvarın 6-da Azərbaycan Respub
İspaniyanın inanılmaz dərəcədə gözəl Torroks şəhəri qışda turistl�
Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda
Suriyada 13 il davam edən vətəndaş müharibəsi nəticəsində ən azı 43 m
ABŞ-nin texnologiya və müdafiə şirkəti "ZenaTech" Türkiyəyə b
Avropanı təsir altına alan İnfluenza B virusu Türkiyəyə doğru irəliləy
Xoruldamağı azaltmaq və ya tamamilə qarşısını almaq üçün bir neçə �
Etnik təmizləmə - sadəcə vəhşilik deyil, bu, insanlığa qarşı açıq-a
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
Yağ itkisi üçün kardio tez-tez ən çox seçilən üsul olsa da, güc məşq
2025-ci il maliyyə tələləri və fürsətlərlə dolu olacaq.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yo