Kamaləddin Qafarov: “Ermənistan Prezident İlham Əliyevin mesajı barədə ciddi düşünməlidir”


Siyasət 25 Apr 2023 11:50:00 258 0

Kamaləddin Qafarov: “Ermənistan Prezident İlham Əliyevin mesajı barədə ciddi düşünməlidir”

"Ölkə Prezidenti İlham Əliyevin mütəmadi olaraq Azərbaycanın rayon və bölgələrinə etdiyi səfərlər regionlarda görülən işlərin, həyata keçirilən irimiqyaslı layihələrin daim dövlət başçısının diqqət mərkəzində saxlandığını bir daha təsdiq edir. Digər tərəfdən, Prezident İlham Əliyevin rayon və bölgələrdə ictimaiyyətlə keçirdiyi görüşlər, çıxışlar və verdiyi müsahibələr ölkə ictimaiyyətini ən çox maraqlandıran və düşündürən məsələlər barədə  dövlət başçısının öz fikirlərini səsləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bir çox önəmli açıqlamalar və təhlillər yer almışdır". Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Deputat deyib: "Dövlət başçısının bu gün regionlara etdiyi səfərlərin böyük hissəsi məhz işğaldan azad edilmiş ərazilərin payına düşür. Bu, heç də təsadüfi deyil. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətin prioritet kimi müəyyən etdiyi əsas istiqamətlərdir. Prezident İlham Əliyevin dediyi kimi, bu bölgələrdə görülən işlər bir daha sübut edir ki, Azərbaycan xalqı artıq öz doğma dədə-baba torpaqlarına qayıdıb. Otuz il ərzində Ermənistan bu torpaqlarda daşı daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Azərbaycan isə bu torpaqlara qayıdan kimi qurub-yaratmağa başlayıb. Hazırda Ağalı və Talış kəndlərində  keçmiş köçkünlər yaşayır. Bu iki layihə bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.  Azərbaycan İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə qazandı. Təəssüf ki, Ermənistanda revanşist qüvvələr yenə baş qaldırmaq istəyir  və ölkəmiz, dövlətimiz  daim hər cür fitnəkarlığa hazır olmalıdır. Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müharibədən sonrakı iki il yarım ərzində ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Nəticədə bu gün Azərbaycan Ordusu 2020-ci ildə Zəfər qazandığı zaman olduğundan qat-qat  güclüdür. Təsadüfi deyil ki, dövlət başçısı öz müsahibəsində ordu quruculuğu və ölkənin müdafiə potensialı ilə bağlı olan bütün məsələlərin Qarabağın, Şərqi Zəngəzurun bərpası kimi, əsas vəzifələr olduğunu xüsusi vurğuladı".

K.Qafarov Ermənistanla sülh danışıqları ilə bağlı Prezident İlham Əliyevin verdiyi açıqlamaların önəmini vurğulayaraq  deyib: "Dövlətimizin başçısı jurnalistlərin Ermənistanla sülh danışıqlarının mövcud durumu ilə bağlı verdiyi sualı cavablandırarkən, ilk növbədə, bu prosesdə məhz Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əsas amil kimi çıxış etdiyini diqqət mərkəzinə çəkdi. Həqiqətən də işğala, 30 il ərzində xalqımıza qarşı davamlı olaraq törədilmiş erməni vəhşiliklərinə, barbarlığına baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin  imzalanmasını məhz ölkəmiz təklif etmişdir. Bu məqsədlə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan beş baza prinsipini ortaya qoymuşdur. Bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında danışıqların aparılması və sülh müqaviləsinin imzalanması mümkündür. Ermənistan da prinsip etibarilə məsələyə Azərbaycanın yanaşması ilə razıdır. Beləliklə, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Qarabağda yaşayan ermənilərin isə iki yolu var: onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da ki, ölkəmizi tərk etməlidirlər".

Deputat bir neçə gün əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın dövlət bayrağının yandırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi açıqlamaların Ermənistana ciddi mesaj olduğunu qeyd edib: "Əlbəttə ki, baş vermiş bu çirkin hadisə erməni hökumətinin növbəti təxribatıdır. Öz müsahibəsində dövlətimizin başçısı  birmənalı olaraq bəyan etdi ki, bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Əgər Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verirsə və buna heç bir reaksiya olmursa, deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əmələ şərikdirlər. Heç şübhəsiz, ölkəmizə qarşı öz nifrətini yalnız bu cür alçaq və xain üsullarla nümayiş etdirə bilən vandallar bu gün Azərbaycan bayrağının Qarabağda və Şərqi Zəngəzurda dalğalandığını unutmamalıdırlar.  Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, bu iyrənc təxribatın müəllifləri də, icraçıları da Azərbaycan Bayrağını istənilən an öz başlarının üzərində görə biləcəklərini daim xatırlamalıdırlar. Möhtərəm dövlət başçımızın səsləndirdiyi bu fikir Ermənistan üçün ciddi xəbərdarlıq mesajıdır. Əgər Ermənistan hökuməti öz ölkəsini və öz xalqını daha böyük fəlakətlərə sürükləmək istəmirsə, bu mesajın mümkün nəticələri barədə ciddi şəkildə düşünməlidir".

Deputatlar Vahid Əhmədovu sərt tənqid etdilər like
  • 25 Apr 11:48  
Siyasət Deputatlar Vahid Əhmədovu sərt tənqid etdilər

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından b

arrow Ətraflı
Tanınmış videoqrafın Bakıda dəbdəbəli toyu oldu  VİDEO  FOTO like
  • 25 Apr 11:36  
Şou-biznes Tanınmış videoqrafın Bakıda dəbdəbəli toyu oldu VİDEO FOTO

Tanınmış rejissor, videoqraf Hüseyn Qəribov ailə qurub.

arrow Ətraflı
İlham Əliyev Bolqarıstana işgüzar səfərə gedib like
  • 25 Apr 11:25  
Siyasət İlham Əliyev Bolqarıstana işgüzar səfərə gedib

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıs

arrow Ətraflı
Bu məsələ ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub  AQTA sədri like
  • 25 Apr 11:24  
Digərləri Bu məsələ ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub AQTA sədri

"Birinci Böyük Qayıdış Proqramı"nda işğaldan azad edilən əra

arrow Ətraflı
Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək like
  • 25 Apr 11:14  
Siyasət Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilm�

arrow Ətraflı
Səhvən başqa maşına mindiyi üçün güllələndi like
  • 25 Apr 11:12  
Dünya Səhvən başqa maşına mindiyi üçün güllələndi

ABŞ-də yanacaqdoldurma məntəqəsində təsadüfən başqasının maşınına

arrow Ətraflı
Deputatlar 11 məsələnin müzakirəsinə başlayıb like
  • 25 Apr 11:10  
Digərləri Deputatlar 11 məsələnin müzakirəsinə başlayıb

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.

arrow Ətraflı
Audiovizual Şura və MEDİAya yeni səlahiyyət verilib like
  • 25 Apr 11:02  
Siyasət Audiovizual Şura və MEDİAya yeni səlahiyyət verilib

Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyy

arrow Ətraflı
VTB (Azərbaycan) birinci rübü 3 milyon manata yaxın xalis mənfəətlə başa vurub like
  • 25 Apr 11:00  
Digərləri VTB (Azərbaycan) birinci rübü 3 milyon manata yaxın xalis mənfəətlə başa vurub

Bank VTB ASC (Azərbaycan) 2023-cü ilin birinci rübü üzrə maliyyə nəticə

arrow Ətraflı
"Şəhər yenə cəhənnəmə dönüb" like
  • 25 Apr 11:00  
Şou-biznes "Şəhər yenə cəhənnəmə dönüb"

"Şəhər yenə cəhənnəmə dönüb, evdən çıxmağım burnumdan gəldi

arrow Ətraflı
Formula 1 ərzində bu yollarda hərəkət açıq olacaq  SİYAHI like
  • 25 Apr 10:56  
Digərləri Formula 1 ərzində bu yollarda hərəkət açıq olacaq SİYAHI

Ötən illərdən fərqli olaraq builki yarış həftəsində Bakı Şəhər Hal

arrow Ətraflı
Prezident: Azərbaycanİsrail əlaqələrinin bugünkü səviyyəyə çatması məmnunluq doğurur like
  • 25 Apr 10:50  
Siyasət Prezident: Azərbaycanİsrail əlaqələrinin bugünkü səviyyəyə çatması məmnunluq doğurur

Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əld�

arrow Ətraflı
Pakistanda partlayış çox sayda can alıb  FOTO like
  • 25 Apr 10:48  
Dünya Pakistanda partlayış çox sayda can alıb FOTO

Pakistanın Svat vadisinin şimal-qərbində terrorla mübarizə idarəsinin sil

arrow Ətraflı
Yeni cərimələr müəyyənləşdi  İnzibati Xətalar Məcəlləsində dəyişiklik like
  • 25 Apr 10:42  
Siyasət Yeni cərimələr müəyyənləşdi İnzibati Xətalar Məcəlləsində dəyişiklik

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

arrow Ətraflı