Yeni cərimələr müəyyənləşdi İnzibati Xətalar Məcəlləsində dəyişiklik


Siyasət 25 Apr 2023 10:42:00 192 0

Yeni cərimələr müəyyənləşdi  İnzibati Xətalar Məcəlləsində dəyişiklik

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən 381-ci və 388-ci maddələr aşağıdakı redaksiyada verilir

"Maddə 381. Media haqqında qanunvericiliyin pozulması

381.1. Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

381.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə ‒

üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

381.3. Qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə -

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

381.4. Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə ‒

vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

381.5. Audiovizual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

381.6. Audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı "Media haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsinə görə -

vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

381.7. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa, digər audiovizual yayımçıların həmin proqramı yayımlamasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

381.8. Yayımın müvəqqəti dayandırılması barədə məlumatın yayımın dayandırıldığı müddət ərzində audiovizual yayımçının televiziya və (və ya) radio kanalında yayımlanmamasına, yaxud yayımın dayandırılmasına və ya digər məsuliyyət tədbirinin tətbiqinə səbəb olmuş audiovizual proqramın audiovizual yayımçının veb-saytından və həmin proqramın yayımlandığı videopaylaşım platformalarından çıxarılmamasına görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

381.9. Audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Azərbaycan Respublikası Audiovizual Şurasının razılığı olmadan dəyişdirilməsinə görə -

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

381.10. Dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

381.11. Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

381.12. Media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmasına görə -

vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

381.13. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

381.14. Platforma və ya multipleks operatorunun fəaliyyətinin Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.";

"Maddə 388. Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə

Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.".

BakıQazax yolunda qəza: Mikroavtobuslar toqquşdu  VİDEO like
  • 25 Apr 10:40  
Digərləri BakıQazax yolunda qəza: Mikroavtobuslar toqquşdu VİDEO

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İlham Əliyev İsxak Hersoqu təbrik edib like
  • 25 Apr 10:38  
Siyasət İlham Əliyev İsxak Hersoqu təbrik edib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik

arrow Ətraflı
Yer kürəsini son illərin ən güclü maqnit qasırğası vurdu  FOTO like
  • 25 Apr 10:37  
Dünya Yer kürəsini son illərin ən güclü maqnit qasırğası vurdu FOTO

Yer kürəsini son illərin ən güclü maqnit qasırğası vurub.

arrow Ətraflı
Əsas hədəfimiz budur  Kənd təsərrüfatı naziri like
  • 25 Apr 10:00  
Digərləri Əsas hədəfimiz budur Kənd təsərrüfatı naziri

Azərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir. �

arrow Ətraflı
Küsülü qala bilməyən 3 bürc like
  • 25 Apr 09:53  
Digərləri Küsülü qala bilməyən 3 bürc

Bəzi insanlar sevdikləri ilə 3 gündən artıq küsülü qala bilmir. Onlar d

arrow Ətraflı
Kolleclərə sənəd qəbulu bu gün başa çatır like
  • 25 Apr 09:50  
Digərləri Kolleclərə sənəd qəbulu bu gün başa çatır

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələr

arrow Ətraflı
Bayram günlərində yol qəzalarında 14 nəfər ölüb like
  • 25 Apr 09:42  
Digərləri Bayram günlərində yol qəzalarında 14 nəfər ölüb

Ramazan bayramı günlərində Azərbaycan avtomobil yollarında 11 yol-nəqliyy

arrow Ətraflı
İkinci mərtəbədən yıxıldı, öldü like
  • 25 Apr 09:31  
Digərləri İkinci mərtəbədən yıxıldı, öldü

Qusarda kişi ikinci mərtəbədən yıxılaraq ölüb.

arrow Ətraflı
Fransa xarici işlər naziri Azərbaycana səfər edəcək like
  • 25 Apr 09:22  
Siyasət Fransa xarici işlər naziri Azərbaycana səfər edəcək

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixlər

arrow Ətraflı
Fuad Musayev qızına toy etdi  VİDEO  FOTO like
  • 25 Apr 09:20  
Şou-biznes Fuad Musayev qızına toy etdi VİDEO FOTO

Müğənni Fuad Musayevin qızının toyu olub.

arrow Ətraflı
Ağcabədidə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var like
  • 25 Apr 09:18  
Digərləri Ağcabədidə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
2500 avro xərc çəkib 15 saniyəyə avtomobil oğurlamağın sirri öyrədilir  FOTO like
  • 25 Apr 09:09  
Digərləri 2500 avro xərc çəkib 15 saniyəyə avtomobil oğurlamağın sirri öyrədilir FOTO

Fırıldaqçılar düyməli telefondan istifadə edərək avtomobili oğurlamağ

arrow Ətraflı
Çətin zamanlarımızda Azərbaycanın etdiyi yardımlara görə təşəkkür edirik like
  • 25 Apr 08:55  
Siyasət Çətin zamanlarımızda Azərbaycanın etdiyi yardımlara görə təşəkkür edirik

Bu çətin zamanlarımızda Azərbaycanın verdiyi dəstəyə, göstərdiyi diqq

arrow Ətraflı
154 avtobusun hərəkət intervalında gecikmələr var like
  • 25 Apr 08:51  
Digərləri 154 avtobusun hərəkət intervalında gecikmələr var

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Yaya qədər sağlam arıqlamağın yolları like
  • 25 Apr 08:47  
Digərləri Yaya qədər sağlam arıqlamağın yolları

Yaya qədər arıqlayıb ideal bədən quruluşuna sahib olmaq istəyirsinizsə,

arrow Ətraflı