Bakıda “tiryəkxana” aşkarlanıb VİDEO FOTO


Kriminal 25 Apr 2023 13:48:00 198 0

Bakıda “tiryəkxana” aşkarlanıb  VİDEO  FOTO

Xətaidə narkotiklərin satışı ilə məşğul olan, evində "tiryəkxana" təşkil edən və qanunsuz odlu silah saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakini Aqil Məmmədov və Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə rayon ərazisində metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində "tiryəkxana" təşkil edən Kamal Ələkbərov. və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb. Araşdırma zamanı ev sahibinin yaşadığı ünvanda narkotik vasitə aludəçilərinə psixotrop maddə olan metamfetamin qəbul etmək üçün şərait yaratdığı müəyyən edilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah saxlayan paytaxt sakini Elçin Hüseynov saxlanılıb. Ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid daraq, 29 ədəd patron və 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib. Elçin Hüseynov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Ümumilikdə isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının son iki ayda həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 73 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

İş adamı Novxanıdakı bağ evində arvadını niyə öldürüb?  Təfərrüat like
  • 25 Apr 13:00  
Kriminal İş adamı Novxanıdakı bağ evində arvadını niyə öldürüb? Təfərrüat

Ötən ilin may ayında Abşeron rayonu Novxanı bağlarında yerləşən bağ e

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 25 Apr 12:50  
Digərləri Sabah yağış yağacaq

Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Hadisenin çılpaq çəkildiyi klipinin kameraarxası görüntüləri yayılıb  FOTO like
  • 25 Apr 12:48  
Şou-biznes Hadisenin çılpaq çəkildiyi klipinin kameraarxası görüntüləri yayılıb FOTO

Hadise "Feryat" klipinin kameraarxası görüntülərini yayımlayıb.

arrow Ətraflı
"Arxanca da danışacaqlar"  Mehin qısa geyimi ilə göz oxşadı  VİDEO  FOTO like
  • 25 Apr 12:12  
Şou-biznes "Arxanca da danışacaqlar" Mehin qısa geyimi ilə göz oxşadı VİDEO FOTO

Müğənni və aparıcı Mehin Hümbətova "bir güllə ilə iki dovşan vu

arrow Ətraflı
Kiçik və orta biznes Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayır  Xalid Əhədov like
  • 25 Apr 11:56  
Digərləri Kiçik və orta biznes Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayır Xalid Əhədov

Kiçik və orta biznes (KOB) ölkə iqtisadiyyatının inkişafında mühüm rol

arrow Ətraflı
Sahibə Qafarova Vahid Əhmədovla bağlı tapşırıq verdi like
  • 25 Apr 11:54  
Siyasət Sahibə Qafarova Vahid Əhmədovla bağlı tapşırıq verdi

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından b

arrow Ətraflı
Kapital Bankdan “Sahibkarlar Günü”nə sərfəli təklif like
  • 25 Apr 11:52  
Digərləri Kapital Bankdan “Sahibkarlar Günü”nə sərfəli təklif

Kapital Bank 25 aprel - Sahibkarlar Günü münasibətilə kiçik, orta və iri

arrow Ətraflı
Deputatlar Vahid Əhmədovu sərt tənqid etdilər like
  • 25 Apr 11:48  
Siyasət Deputatlar Vahid Əhmədovu sərt tənqid etdilər

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından b

arrow Ətraflı
Tanınmış videoqrafın Bakıda dəbdəbəli toyu oldu  VİDEO  FOTO like
  • 25 Apr 11:36  
Şou-biznes Tanınmış videoqrafın Bakıda dəbdəbəli toyu oldu VİDEO FOTO

Tanınmış rejissor, videoqraf Hüseyn Qəribov ailə qurub.

arrow Ətraflı
İlham Əliyev Bolqarıstana işgüzar səfərə gedib like
  • 25 Apr 11:25  
Siyasət İlham Əliyev Bolqarıstana işgüzar səfərə gedib

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıs

arrow Ətraflı
Bu məsələ ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub  AQTA sədri like
  • 25 Apr 11:24  
Digərləri Bu məsələ ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub AQTA sədri

"Birinci Böyük Qayıdış Proqramı"nda işğaldan azad edilən əra

arrow Ətraflı
Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək like
  • 25 Apr 11:14  
Siyasət Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilm�

arrow Ətraflı