Gülnarə Xəlilovanın "Qarabağ" milli geyimlərinin ekspozisiyası VIDEO FOTO
Kriminal 25 Apr 2023 16:45:00 254 0
Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə əlaqədar aprelin Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
"Odlar Yurdu, Azərbaycan - Azerbaijan, The Land Of Fire" Mədəni İrs layihəsi çərçivəsində Belqraddakı Madlena Art Palace-da tanınmış dizayner Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim olunub. Üç gün ərzində təqdim olunan ekspozisiya tədbir qonaqlarının və KİV-lərin böyük marağına səbəb olub.
"Qonaqlar Azərbaycanın mədəniyyəti və ənənələri ilə yaxından maraqlanırdılar. Qarabağ geyiminin Azərbaycanın zəngin mədəni irsində xüsusi yeri var. Qarabağ geyim mədəniyyəti milli-mənəvi və maddi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Kolleksiyanın hər bir nümunəsi öz xüsusi ornamentləri və naxışları, bədii xüsusiyyətləri əks etdirən xüsusi elementləri ilə Qarabağın ayrı-ayrı regionunu təcəssüm etdirir. Eyni zamanda, kolleksiya müasir tələblərə uyğun olaraq stilize edilib", - deyə dizayner bildirib.
Gülnarə Xəlilova-Azərbaycan milli geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
"Bu gün küsülü dediyiniz insanla məhkəmə prosesi gedir. Məhkəməy�
Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.
Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi
Belarusun Minsk şəhərində Azərbaycan vətəndaşı 12 il 2 ay müddətində
Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılar�
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan üçüncü dəfə nən
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbayc
Ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb ki, bunun
Udquna bilməmək, boğazda şişlik, qızartı, ağrı və yanma kimi əlamətl
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiymət
Sahibkarları işğaldan azad olunmuş ərazilərin bərpasına və tikintisinə
"Həmrəylik halqası" Avropada enerji tərəfdaşlığının möhkəm
Azərbaycanla Ermənistan arasındakı problemlərin həllində "əsas vasi