“Xoşbəxt anayam, çünki...”
Şou-biznes 25 Apr 2023 18:14:00 245 0
"3-4 yeni mahnı yazdırıram, inşallah ki, tezliklə tamaşaçılara təqdim edəcəyəm. Biri həzin, biri şən, digəri isə ataya aid mahnıdır. Heç vaxt ataya aid mahnı, muğam, şeir oxumamışam. Bilmirəm, bu travmadır yaxud nədir? Amma bu "Ata" mahnısını oxuyacam. Ataya aid şeirlər, qəzəllər mənə heç vaxt çatmayıb. Çünki ata sevgisi görməmişəm. Ona görə də süni çıxacağından ehtiyyat etmişəm. "Ata" mahnısının sözləri və musiqisi Murad Zeynalabidinə aiddir. Murad Zeynalabidinin "Mənim birdənəm" mahnısını da artıq aranjmandadır. Mahnıların aranjmanı isə Anar Farizoğluna aiddir. Tamaşaçılarım, sevənlərim yenilikləri mütləq gözləsinlər".
Bu xəbəri də oxu: Sərdar Ortaç və Mehmet Əli Ərbil üçün ÇƏTİN SINAQ
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib.
"Qadın xoşbəxtliyi mənə nəsib olmayıb. Mən ana kimi xoşbəxtəm. Ana da qadındır. Deməli, həm də öz düşüncəmdə qadın kimi xoşbəxtəm. Ana kimi ona görə xoşbəxtəm ki, Əlhəm kimi tərbiyyəli, savadlı oğlum var. Allah bütün balaları saxlasın. Mən həyatda heç nədə yarımasam da, övladım tərəfdən çox yarımışam. Xoşbəxt, bəxtəvər anayam" deyə sənətçi bildirib.
Fədayə Laçın dünya şöhrətli sənətkar Zeynəb Xanlarovanın ona hər zaman dəstək olduğunu da bildirib.
"Xoşbəxtəm ki, çox sevdiyim sənətkar olan Zeynəb Xanlarova mənə hər zaman dəstək olub. Oxumağımı, ifalarımı da çox bəyənir. Bildiyiniz kimi, mən onun mahnılarını öz repertuarımda sevə-sevə səsləndirirəm. O özü də bunu dinləyib. O vaxt Siyəzənə şəhər statusu verilirdi. Konsert təşkil etmişdilər, Zeynəb xanım da orada idi. Mən də səhnədə onun qarşısında çıxış edirdim. Orada çox böyük sənətkarlar var idi, hamımız da fanaqram oxumalı idik. Adama iki fanaqram idi. Mən ikisini oxudum, ifamı bitirən kimi prodüsserim gəlib dedi ki, "Zeynəb xanım deyir ki, davam etsin". Orada canlı musiqiçilər də var idi. Mən də canlı-canlı Zeynəb xanımın mahnılarını oxumaqla ifama davam etdim. Bu ona çox xoş gəlmişdi. Konsertdən çıxandan sonra görüşdük, əlindən öpdüm. Məni çox istədiyini bildirdi. Zeynəb xanım mənim üçün hər zaman əlçatmazdır. Nə olsun ki, bir dəfə görüşmüşük. Bu gün heç bir əlaqəm yoxdur. İzləyirəm, mahnılarını sevərək oxuyuram. Sizin vasitənizlə Zeynəb xanıma və məni dəstəkləyən bütün sənətkarlara təşəkkürlərimi bildirirəm" deyə müğənni bildirib.
Müğənni sənət aləmində heç kimlə dostluq etmədiyini də gizlətmədi.
Şəkidə 30 yaşlı qadın itkin düşüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq müha
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqar�
"Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digər
"Unibank" KB ASC 2023-cü ilin birinci rübü üzrə əsas maliyyə g�
Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət
"Bu gün küsülü dediyiniz insanla məhkəmə prosesi gedir. Məhkəməy�
Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.
Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi
Belarusun Minsk şəhərində Azərbaycan vətəndaşı 12 il 2 ay müddətində
Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılar�
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan üçüncü dəfə nən
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbayc
Ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb ki, bunun
Udquna bilməmək, boğazda şişlik, qızartı, ağrı və yanma kimi əlamətl