Polis olduğunu deyib 30 sürücünü aldatdı
Digərləri 25 Apr 2023 19:24:00 204 0
Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub.
Bu xəbəri də oxu: Azərbaycan serialında bu səhnə tənqid olundu VİDEO
Son.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə Binəqədi RPİ tərəfindən saxlanılı.
Müəyyən edilib ki, Zeynalabdin Məlikzadə onlayn yolla taksi şirkətlərinə əsasən iri marketlərin yaxınlığından sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Zeynalabdin Məlikzadə taksi sürücülərinə guya onun işlədiyi Polis Bölməsinə çatdıqları zaman ödənişi qaytaracağını bildirib. Zərərçəkənlər Zeynalabdin Məlikzadənin qeyd etdiyi Polis Bölməsinə yaxınlaşdıqda isə aldanıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onunla əlaqə saxlamaması üçün onların telefon nömrələrini bloklayıb. Zərərçəkənlərin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə müxtəlif proqramlar vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib. Zeynalabdin Məlikzadənin bu yolla 30-a yaxın taksi sürücüsünə qarşı dələduzluq etdiyi müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Zeynalabdin Məlikzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, Zeynalabdin Məlikzadə bundan əvvəl də əmlak alqı-satqısı saytlarında saxta elanlar yerləşdirərək vətəndaşları dələduzluq yolu ilə aldatdığı üçün məhkum olunub.
Son.az
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə
Rusiyanın Moskva şəhəri və ətraf ərazilərdə gecə saatlarında sakinlə
ABŞ-nin keçmiş prezidenti Donald Tramp təcavüzdə ittiham olunub.
"Qaz İxrac" İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM&qu
ADA Universiteti Boloniya Universiteti ilə birgə kənd təsərrüfatı və qid
"3-4 yeni mahnı yazdırıram, inşallah ki, tezliklə tamaşaçılara təq
Şəkidə 30 yaşlı qadın itkin düşüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq müha
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqar�
"Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digər
"Unibank" KB ASC 2023-cü ilin birinci rübü üzrə əsas maliyyə g�
Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət
"Bu gün küsülü dediyiniz insanla məhkəmə prosesi gedir. Məhkəməy�
Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.