İran Türk Dövlətləri Təşkilatına üzv olur?
Digərləri 20 Apr 2023 11:42:00 235 0
Türkiyədə fəaliyyət göstərən, Rusiyaya rəğbəti ilə seçilən Vətən Partiyasının sədri Doğu Perinçek sensasion sayıla biləcək bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, İran İslam Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlük prosesi başlayıb. Ankaradakı qərargahında mətbuat konfransı keçirən partiya sədri İranın üzvlüyünün "Türk və İslam dünyasına bayram hədiyyəsi" ola biləcəyini bildirib.
Bu xəbəri də oxu: Bu 5 qidanı acqarına yemək
Perinçek, "İran İslam Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlük prosesini uğurlu etməkdə qərarlıyıq" deyib. İranın min illərdir türk dövlətlərinin və onların xalqlarının qonşusu və qardaşı olduğunu, onun Türk Dövlətləri Təşkilatında iştirakının türk və İran dövlətləri və xalqları üçün yeni üfüqlər açacağını deyib.
Hesab edir ki, bu üzvlüklə İranla Azərbaycan arasında problemlər daimi həll olunacaq. "Türkiyə, Rusiya və İranın yaratdığı Qafqaz Sülhünə Ermənistan qucaq açacaq və ABŞ-ın Ermənistan vasitəsilə bölgəyə müdaxiləsi imkanları aradan qaldırılacaq", deyən Perinçek Zəngəzur dəhlizinin işlərinə gəlincə, əlaqələri dar dəhlizdən deyil, geniş İran sahəsindən aparmaq imkanı ilə qarşı-qarşıya olduqlarını bildirib.
Abxaziya və Cənubi Osetiya kimi qondarma qurumların tanınmasının tərəfdarı olan bu şəxsin təşəbbüsü ilk baxışda təqdirəlayiqdir. Amma görək ki, İran özü nə qədər səmimidir? 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, Ermənistan üçün nəfəslik rolunu oynayan bir dövlət səmimi ola bilərmi? Təbii ki yox? İkinci Qarabağ müharibəsində anti-Azərbaycan, ermənipərəst mövqeni götürək. Hansı mövqeni tutduğunu xatırlatmağa da dəyməz. Ardınca Tehrandakı Azərbaycan səfirliyinə edilən terror hücumu, Azərbaycan əleyhinə aparılan təbliğatlar molla rejiminin simasızlığını bir daha göstərmiş olub.
Başqa bir fakt. Azərbaycanı İsraillə əməkdaşlıq etdiyinə görə, ittiham edən Tehran Ermənistanla münasibətləri strateji səviyyəyə yüksəldir. Budurmu molla rejiminin müsəlman həmrəyliyi? İran rejiminin də Türk Dövlətləri Təşkilatında görmək istəyənlər bunları nəzərə alsaydılar yaxşı olardı.
Azər Nuriyev Son.az
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarix
Abşeron DYP-də baş inspektor işləyən Vüsal Qələndərov Binəqədi Rayon
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ramazan bayramı ilə əlaqədar �
Xüsusi karantin rejimi ilə bağlı quru sərhədlərin bağlı olması ölkəy
İşğaldan azad olunmuş ərazilərimizin geniş turizm potensialı var və bö
Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının tə
Avrora MMC korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas
Postpandemiya dövründə digər sahələr kimi, bu sahədə də canlanma açıq
Qərb strukturları son 15 ildə Ermənistanın siyasi maraqlarına və onun də
Ermənistandakı Rusiya qoşunlarının "Alagəz" və "Kamxud&quo
Dünən Bakının Xəzər rayonu, Türkan qəsəbəsində avtomobilin iki yerə
Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsi zaman
İsrailin "Keshet International" şirkəti 2-ci Qarabağ müharibəsin
Türkiyənin Qara dəniz qazının istehlakına başlanıldıqdan sonra 25 kubme