Qərb İrəvanda Rusiyaya qarşı bu cür işləyir
Digərləri 20 Apr 2023 10:43:00 241 0
Qərb strukturları son 15 ildə Ermənistanın siyasi maraqlarına və onun dəyərlər sisteminə faktiki olaraq qarşı çıxan qondarma "fəallarla" fəal işləyir.
Bu xəbəri də oxu: Türkiyədə terrora cəhd edən şəxs həbs olundu
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rus mediasına açıqlamasında İrəvan Geosiyasi Klubunun rəhbəri Arman Boşyan deyib.
O bildirib ki, Qərbin yüksək rütbəli məmurlarının Ermənistana səfərləri İrəvanın Rusiya ilə münasibətlərdə mövqeyinin korreksiyası, informasiya sahəsinə nəzarətin qurulması və Rusiyaya qarşı olan ictimai təşkilatların maliyyələşdirilməsinə dair sazişlərin bağlanması məqsədilə xarici xüsusi xidmət orqanlarının ölkəmizdə aktivləşməsi kontekstində nəzərdən keçirilməlidir.
Politoloqun fikrincə, Cənubi Qafqazda təsir imkanlarını artırmaq üçün "Qərb layihəsi" ilk növbədə Azərbaycanın enerji resurslarına nəzarəti əhatə edir. Öz növbəsində regionda artan təsir Ermənistanda vətəndaş cəmiyyəti üzərində Qərbin nəzarətini nəzərdə tutur:
"Unutmamalıyıq ki, bu cür məmurların səfərləri (ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olsonun İrəvana səfəri və Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyan və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü nəzərdə tutulur - red.) və qondarma vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər, ilk növbədə, xarici kəşfiyyat xidmətlərinin mexanizmlərindən biridir. Bu, Ermənistanda Qərbin istəyinə uyğun əhval-ruhiyyə yaratmaq üçün ictimai rəyə təsir mexanizmidir. Bu mexanizm artıq 2018-ci ildə işlənib. Bu dəfə də Ermənistan ərazilərini itirəndə, o cümlədən sərhədlərin delimitasiyası zamanı anklavlar yaranarsa, bundan istifadə olunacaq və bu, baş nazirin son bəyanatından da göründüyü kimi, realdır".
Boşyanın sözlərinə görə, erməni informasiya məkanı antirusiya elementləri ilə doludur və Olsonun səfərindən sonra onların sayı daha da artacaq.
O, Paşinyan da daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərin Rusiyaya qarşı mənfi mövqe tutduğunu da xatırladıb:
"Ermənistan açıq şəkildə Rusiya ilə müttəfiqlikdən uzaqlaşmaq üçün addımlar atır. Hökumət rəsmilərinin açıqlamaları da bunu göstərir".
Ermənistandakı Rusiya qoşunlarının "Alagəz" və "Kamxud&quo
Dünən Bakının Xəzər rayonu, Türkan qəsəbəsində avtomobilin iki yerə
Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsi zaman
İsrailin "Keshet International" şirkəti 2-ci Qarabağ müharibəsin
Türkiyənin Qara dəniz qazının istehlakına başlanıldıqdan sonra 25 kubme
Gender bərabərliyi üzrə layihənin müzakirəsi gələn ay başlayacaq.
Aprelin 19-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pe
Mayın 1-dən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz t
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımız�
"Müğənni ayrı şeydir, oxuyan ayrı şey. Müğənni müğənni olmalı
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçiril
Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov