Yaxın gələcəkdə Qarabağın turizm potensialından istifadə edəcəyik
Digərləri 20 Apr 2023 11:06:00 236 0
İşğaldan azad olunmuş ərazilərimizin geniş turizm potensialı var və bölgədə yaradılmış imkanlar regionun yaxın gələcəkdə turizm potensialından istifadə edilməsinə şərait yaradacaq.
Bu xəbəri də oxu: Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxtadır RƏSMİ AÇIQLAMA
Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Turizm biznesi: Mövcud vəziyyət və perspektivlər" mövzusunda ictimai müzakirədə deyib.
"Bu isə turizm sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün geniş perspektivlər vəd edir. Bu baxımdan KOBİA, Dövlət Turizm Agentliyi və bu sahədə fəaliyyət göstərən assosiasiyalar birgə əməkdaşlıq formatında səylərini birləşdirməli və yeni layihələrin icrası məqsədilə əməkdaşlıq imkanlarını genişləndirməlidirlər.
Hazırda bu ərazilərdə iki - Füzuli və Zəngilan hava limanları artıq fəaliyyət göstərir. Bu ilin sonunda - gələn ilin əvvəlində isə Laçın beynəlxalq hava limanı istifadəyə verilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlərimizin Zəngilan rayonuna, Talış kəndinə qayıdışına artıq başlanılması, azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması işlərinin sürətlə davam etdirilməsi bu ərazilərdə turizmin yaradılmasına əsas verəcək",- deyə O.Məmmədov bildirib.
Son.az
Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının tə
Avrora MMC korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas
Postpandemiya dövründə digər sahələr kimi, bu sahədə də canlanma açıq
Qərb strukturları son 15 ildə Ermənistanın siyasi maraqlarına və onun də
Ermənistandakı Rusiya qoşunlarının "Alagəz" və "Kamxud&quo
Dünən Bakının Xəzər rayonu, Türkan qəsəbəsində avtomobilin iki yerə
Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsi zaman
İsrailin "Keshet International" şirkəti 2-ci Qarabağ müharibəsin
Türkiyənin Qara dəniz qazının istehlakına başlanıldıqdan sonra 25 kubme
Gender bərabərliyi üzrə layihənin müzakirəsi gələn ay başlayacaq.
Aprelin 19-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pe
Mayın 1-dən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz t
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımız�