Muğam Mərkəzində “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçirilib FOTO
Kriminal 18 Apr 2023 15:00:00 219 0
Beynəlxalq Muğam Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində "Elə bağlı, ürəklərə bağlıyam" adlı konsert keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin iştirakı ilə keçirilən konsertdən öncə ADMİU nəzdində Humanitar Kollecin tələbələrinin Muğam Mərkəzinin foyesində portret, peyzaj, natürmort və s. bu kimi müxtəlif rəsm əsərləri sərgilənib.
Bu xəbəri də oxu: "Adlarını çəkə bilmirəm, çünki, sağdılar" FOTO
Konsertdən əvvəl Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhları 1dəqiqəlik sükutla yad edilib.
Proqramda ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblının müşaiyətində Azərbaycan, həmçinin xarici bəstəkarların seçilmiş əsərləri və instrumental musiqi nömrələri səslənib. Kollecin Qazi müəllimi, 44 günlük Zəfər tarixində Murovdağ, Talış kənd, Suqovuşan, Kəlbəcər istiqamətlərində döyüşmüş və Ali Baş Komandanın Sərəncamıyla Suqovuşan, Kəlbəcərin azad olunmasına görə medallar ilə təltif olunmuş Fərid Atazadənin ifasında Səid Rüstəmovun "Hardasan" əsərini səsləndirilib və eyni zamanda monitorda ADMİU nəzdində Humanitar Kollecdə təhsil almış 6 Şəhidin xatirə şəkilləri nümayiş etdirilib.
Konsertin davamında müəllim və tələbə heyətinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Bir birindən gözəl musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla və anşlaqla qarşılanıb.
Müğənni Aynur Dadaşova həmkarı Niyam Salamidən küsüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda
Ukrayna ordusu tamamilə Qərbin silah və maliyyə dəstəyindən asılıdır,
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühaf
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sosial
Azərbaycanda din pərdəsi altında cinayətkar fəaliyyət göstərən bir qru
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsəno
"Çox kasıb ailədə dünyaya göz açmışam. 3 qardaşın bir bacısı o
"Son iki il, yəni pandemiya bizi 100 il dala atdı. Qoymadı ki, işləyə
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birin
Azərbaycanın Türkiyədəki Səfirliyi qardaş ölkədə təhsil alan vətənd
"Meyxanaya niyə qulaq asmıram ki? Qarşıma çıxanda qulaq asıram. Meyx