“Mən “prostoy” adam deyiləm, kralam, paxıllığımı çəkirlər”
Şou-biznes 18 Apr 2023 13:20:00 269 0
"Son iki il, yəni pandemiya bizi 100 il dala atdı. Qoymadı ki, işləyək, yaradaq, oxuyaq. Gənclər bunu dərk etmir, amma bizim beynimiz yatdı. 2 il azdır ki? Harada iş var? Mən xalq artistiyəm, prezident mənə ev bağışlayıb, "prostoy" adam deyiləm ee, kralam. Mən Cavan Zeynallıyam! Sənətkara hörmət etmək lazımdır, indiki cavanlar nə bilir ki, hörmət nədir? Çünki bizim dövrün insanları getdi, qaldı gənclər. Heç mənim efirlərə qayıtmağımı istəmirlər. Mən yüksək professional musiqiçiyəm, cazmenəm, pianoçuyam. O müğənnilər sadəcə 1-2 mahnı oxuya bilirlər. Ona görə də deyirlər ki, Cavan efirlərə çıxmasın, lazım deyil. Mənə paxıllıq edirlər".
Bu xəbəri də oxu: Azərbaycanlı aparıcı canlı yayımda təbaşir yedi
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib.
"Bir neçə il bundan əvvəl ölüm xəbərimi yaymışdılar. Mənim də heç nədən xəbərim yoxdur, evdə yatırmışam. Bilirəm ki, bütün bunları edənlər paxıl insanlardır. Hamı Röya xanıma zəng edib soruşurdu ki, "Cavana birdən-birə nə oldu ki, rəhmətə getdi?". Röya xanım da o anda yolda olub, tez mənə zəng edib, hal-əhval tutdu. Bir dəfə də şəkilimi qara çərçivəyə saldırıb, paylaşmışdılar. Bu artıq mənə sataşmaqdır. Bütün bunlar mənim uzun ömürlü olmağıma işarədir. İnşallah" deyə sənətkar bildirib.
Xalq artisti həyat yoldaşının ölümündən də danışıb.
"Yazırlar ki, "Cavan Zeynallının həyat yoldaşı rəhmətə getdi". Başlıqlar yazıb, olanı da şişirdirlər! Nə oldu?! 27 il birlikdə yaşamışıq. Heç vaxt aramızda inciklik falan olmayıb. Elə mahnılarım var ki, sözlərini Röya xanım yazıb. O mahnıları yoldaşım üçün səsləndirirəm. Artıq özümə gəlirəm. Həyatdır, nə deyəsən? Belə oldu! Evlilik üzüyümü hələ də barmağımdan çıxarmamışam. O üzük ölənə qədər barmağımda qalacaq. Cavanlıq illərimdən tək yaşamışam, indi də mənə tək yaşamaq çətin deyil. Həyat yoldaşım sən demə vəsiyyət edibmiş ki, mənə nəsə olsa Qusarda dəfn edin. Mənim onun bu vəsiyyətindən xəbərim olmayıb. Elə də oldu! Onu Qusarda dəfn etdik. Həyatsevər xanım idi. Allah bizə övlad verməsə də, biz xoşbəxt illər keçirdik" deyə sənətkar bildirib.
"Kiməsə vəsiyyət etmisiniz?" sualına sənətkar belə cavab verib.
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birin
Azərbaycanın Türkiyədəki Səfirliyi qardaş ölkədə təhsil alan vətənd
"Meyxanaya niyə qulaq asmıram ki? Qarşıma çıxanda qulaq asıram. Meyx
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında Prezident
İsfahan şəhərində İranın dini rəhbərinin ziyarət məsələləri üzrə
Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
2023 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin 90 faizi artıq satıl
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri
Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəh
Zənzəgur dəhlizinin əhəmiyyəti, onun tez bir zamanda reallaşması dünya
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Azərbaycanda nizamnamə kapitalı 100 000 manat olan "Uklon Azərbaycan&qu
Son otuz il ərzində Azərbaycanla İsrail arasında dövlətlərarası dostluq